Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsininin qırılmasıdır.Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar.Bəziləri bu əlaqəni gəmi və gəminin sükançının əlaqəsi ilə müqayisə etmişlər ki,ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır.Deyirik,"mənim jayağım","mənim əlim","mənim gözlərim".Amma əsl "mən"ayaq deyil,əl deyil,göz deyil,qulaq deyil.(Yəni,insanın ayağını,əlini itirməklə"mən"i itməz.)"Getdim"deyəndə,düzdür ki,sən gedirsən,amma ayağınla gedirsən."Sən"ayaqdan qeyri bir şeysən.Gördüm,eşitdim,dedim,hər biri vahid şəxsə qayıdır.Bu şəxs şərif ruhdur ki,həmin üzvlərlə zühur edir.Görən,eşidən ruhdur.Amma görəsən qulaq və gözdə eşidib görürmü?Deməli görən ruhdur.Göz,qulaq isə yalnız ruhun görüb,eşitməsi üçün çatlardır.Deməli,göz yalnız ruhun görmə alətidir,ruh isə görəndir.Ruh cismin,bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz,qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir.Ölüm,yəni bu çırağın yerini dəyişmək.Məsələn,fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik.Görəciyik ki,həmin dəliklərdən işıq verir.Elə ki,çıragı daxmadan çıxartdıq,zülmətə bürünür.Ölüm,yəni bədəndən həmin çırağın(ruhun)çıxarılması.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar