Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəs Siz Hansısınız?

Bir ata ilə qızı dərtləşirdi. Qızı həyatında çox
çətinlik yaşadığından və bunlarla necə baş
edəcəyini bilmədiyini deyirdi atasına.Atası qızını
dinlədikdən sonra «Gəl, sənə bir şey
göstərəcəyəm!» deyib qızını mətbəxə aparır.
Ata sobaya 3 dənə bərabər böyüklükdə qab
qoyur, üçünə də bərabər miqdarda su tökür və
üçünün də altını eyni miqdarda yandırır. Birinci
qaba kök, digərinə bir ədəd yumurta, digərinə
isə də bir ovuc çəkilməmiş qəhvə tökür. Hər
üçünü də tam 20 dəqiqə bişirir. Masaya iki dənə
boşqab və bir dənə boş stəkan qoyur və ilk əvvəl
qaynadılmış kökü götürüb bir qaba qoyur. Daha
sonra artıq çox bişmiş olan yumurtanı digər qaba
qoyur. Ən sonunda da artıq suda yaxşıca həll
olunmuş qəhvəni də götürüb bir stəkana
boşaldır.Sonra qızından soruşur: «Qızım nə
görürsən?»
Qız cavabında «Kök, yumurta və qəhvə.»
Deyir.Ata qızını əlindən tutub masaya
yaxınlaşdırır daha yaxından baxmasını və hiss
etməsini istəyir.
Qız masaya yaxınlaşıb «Nə görürəm.
Qaynadılmış yumşaq bir kök, artıq bişməktən içi
qatılaşmış bir yumurta və bir stəkan qəhvə.Hətta
dadı olduqca yaxşıdır»deyir.
Sonra yenə «Ata, bunu nə üçün mənə
göstərirsən?» deyə qız soruşur. «Bax hamısı eyni
ölçülü qabda, eyni temperaturda, eyni dəqiqədə
bişdi. Lakin hamısı bu təsirə fərqli reaksiya
verdilər.Kök ilk başda bərk və güclü idi. Amma
qaynadıldıqca yumşaldı hətta gücsüzləşdi.
Yumurta çox həssas idi, yüngülcə toxunsan
çatlaya bilərdi, amma qaynadıldıqca içi sərtləşdi.
Bir ovuc çəkilməmiş qəhvə isə yenə sərt idi,
amma isindikcə içində olduğu suda həll oldu.
Ətirlər yaydı, dad yaydı və suyu bənzərsiz dadda
bir qəhvəyə çevirdi. „
“Qızım sən hansısan? Deyə soruşdu ata.
Çətinliklərlə qarşılaşdığın zaman necə reaksiya
göstərirsən?
Kök kimi sərt, amma problemlər yaşayanda
yumşalan və gücsüzləşən bir insanmısan yoxsa
yumurta kimi içi yumşaq, hər an qırıla bilər
amma problemlər qarşısında (ölüm, ayrılıq,
böhranlar vs.), güclənən və sərtləşən birisənmi?
Bəlkə bir qəhvə dənəsi kimisən? Əgər sən bu
qəhvə dənəsi kimisənsə, ətrafında nə qədər
problem olursa olsun, bunları səbrlə həll edə
bilər, ətrafına gözəl dadlar, duyğular bəxş edə
bilərsən.
Bəs siz hansısınız?Kök,yumurta yoxsa
qəhvə?


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar
loading...