Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Şəfqətli anasının yanında

Şəfqətli anasının yanında

Bu hadisədən dərhal sonra Peyğəmbərimiz (Səllallahu Aleyhi və Səlləm) Məkkəyə, anasının yanına gətirildi. Anasıyla birlikdə iki il qaldı. Daha sonra anası onu Mədinəyə, öz qohumlarının, Adiyy oğulları olan dayılarına və atasının qəbrinə aparmaq üçün Mədinəyə apardı. Yanlarında Abdul-Muttalib və xidmətçisi Ümmü Əymən də vardı. Mədinədə bir ay qədər qaldılar. Qayıdanda Əminə yolda xəstələndi, Mədinə ilə Məkkə arasındakı Əbva bölgəsində vəfat etdi və orada dəfn edildi.

Nəzakətli babasının yanında

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in babası Abdul-Muttalib, bu yeni müsibətdən son dərəcə böyük ələm və istirab keçirdi. Ciyərparasını Məkkəyə gətirib, yanında saxladı. Ona son dərəcə şəfqətli, mərhəmətli və incə davranırdı. Onu çox sevir və başqa bütün övladlarından önə çəkirdi. Əlindən gəldiyi qədər ikram edir və hətta yalnız özünün otura bildiyi xüsusi yatağına sadəcə onu (Səllallahu Aleyhi və Səlləm) oturdurdu. Məhəmmədini yanından heç ayırmır, başını sığallayır, könlünü xoşnut edirdi. Onun gələcəkdə şan və şərəf sahibi olacağına inanırdı. Ancaq, Abdul-Muttalib iki ildən sonra vəfat etdi. O vaxtlar Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) hələ səkkiz yaşından iki ay on gün keçmişdi.

Şəfqətli əmisinin yanına gəlişi

Babası Abdul-Muttalibin vəfatından sonra, onu atasının öz qardaşı olan Əbu Talib yanına götürdü. Əbu Talib ona son dərəcə mərhəmətli və şəfqətli davrandı. Sevgi ilə müamilə etdi. Kasıb bir şəxs olmağına baxmayaraq, Rəsulullahın gəlməyi ilə onun evinə də bərəkət gəldi. Bir nəfərlik yemək ilə bütün ailə doyurdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), bir qənaət və səbr timsalı idi. Allahın təqdir etdiyi ilə kifayətlənməyi bilirdi.


Tarix: 03.05.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 22 Bölmə: Maraqlı melumatlar
loading...