Son dərsin qurtarmağına az
qalmışdı.
Şagirdlər dərsdən tez çıxmaq
üçün səbirsizlənirdilər.
Dəftər və kitablarını çantalarına
qoyurdular.
Zəng çalar-çalmaz, çölə çıxmaq
üçün hazır idilər. Bircə Əli hazır
deyildi.
Gecikmək üçün əlindən gələni
edirdi.
Nəhayət zəng çalındı. Şagirdlər
bir anda qapıya qaçdılar.
Əli, yerindən qalxmadı. Ağır ağır
əşyasını yığdı.
Bir tərəfdən göz ucuyla
müəlliminə baxır,
bir tərəfdən də yoldaşlarının
getməsini gözləyirdi.
Müəllimi, onun bu halını görübi:
- Xeyir ola Əli, dedi. Evə
getməyəcəksənmi?
Əli, son yoldaşının da çıxdığını
görüncə cavab verdi:
- Sizinlə danışmaq istəyirdim
müəllimə.
- Yaxşı, dedi müəllimə. Nə
söyləyəcəksən de?
- Əhməd yoldaşımız var ha…
- Bəli, nə olub Əhmədə?
- Vəziyyətləri çox da yaxşı deyil.
Anası, yemək üçün çantasına
yaxşı şeylər qoymur.
- Sonra?
- Ona kömək etmək istəyirəm.
Amma mənim kömək etdiyimi
bilsə
kədərlənər. Gündə bir simit pulu
yığıb hər həftə sizə versəm, siz
də ona verərsiniz?
Cibindən bir ovuc xarab qəpik
çıxarıb müəllimin masasının
üzərinə qoydu. Müəllim, pula
toxunmadı. Kürsüsünə oturub
düşündü.
Əli haqqındakı məlumatlarını
yoxladı. Bildiyi qədər Əlinin də
ailəsinin
vəziyyəti yaxşı deyildi. Bu
çalışqan və sevimli şagirdi, nə
qədər də yaxşı niyyətli
və düşüncəli idi. Zəngin bir
ailənin uşağı deyildi.
Buna baxmayaraq kömək etmək
istəyirdi. Üstəlik kömək etdiyinin
bilinməsini istəmirdi.Müəllim:
-Bildiyim qədər sizin də maddi
vəziyyətiniz yaxşı deyil. Səhvmi
bilirəm?
- Doğru bilirsiniz müəllimim.
Atam gündəlikişə baxır.
Çox vaxt iş tapa bilmir. Amma
mən də işləyirəm, pul qazanıram.
- Harada işləyirsən?
- Simit satıram.
Müəllim yenə dayanıb düşündü.
Yaxşılığın bu qədərinə nə
deməliydi indi.
Bunun reallaşması çətin idi. Onu,
bundan imtina etdirmək üçün bir
əlac
tapmalı idi. Bunu edərkən,
sevimli şagirdini də qırmamalı
idi.
Onunla bir az daha çox danışsa,
bəlkə bir yolunu tapardı.
Müəllim, Əliyə:
- Böyüyəndə nə olmaq
istəyirsən, deyə soruşdu.
- Çox zəngin bir işadamı…
- Nə üçün?
- İnsanlara daha çox kömək
etmək üçün…
- Gözəl, dedi Müəllim. Bax indi Əli,
Əhmədin ailəsinin vəziyyəti
yaxşı deyil;
bu doğrudur. Amma sizinki də
bundan çox fərqli deyil.
İstəyirsən
tələsmə; çox zəngin adam
olanda insanlara kömək edərsən.
Olmazmı?
- Olmaz, dedi Əli. İndi etməliyəm.
- Niyə olmaz, səbəbi nədi?
- Üç səbəbdən ötəri
olmaz.Birincisi: Bu pul onsuz da
mənim deyil. Yaxşılıq etdiyim
üçün Allah, məni insanlara
sevimli göstərir. İnsanlar da
bundan təsirlənir, daha çox simit
alırlar.
Bunun sayəsində gün boyu
işləyənlərdən belə çox simit
satıram.
Hələ məhəllədə Həsən Əmi var,
hər gün iki simit alıb
göyərçinlərə verir.
İkincisi: "Ağac yaş ikən əyilər."
deyirlər. İndidən yaxşılıq etməyi
öyrənməsəm, böyüyəndə heç nə
edə bilmərəm.
Üçüncüsü isə daha
əhəmiyyətlidir: Böyüyəndə çox
zəngin bir işadamı
olmaq istəyirəm. Vaxtında
sərmayə qoymayanlar böyük iş
adamı ola bilməzlər.
Müəllim, qarşısında böyük biri
varmış kimi dinləyirdi:
- Sonuncusunu çox yaxşı anlaya
bilmədim, dedi. Bir az
açıqlayarsanmı?
- Açıqlayım müəllimim, dedi Əli.
İndi, çox zəngin olmadığım üçün,
ancaq gündə
bir simit pulu qədər kömək edə
bilirəm. Bundan çoxunu verə
bilmirəm.
Allah, Cənnəti əlindəki gücü
qədər yaxşılıq edənə verir. İndi
əlimdəki gücüm
bu olduğuna görə Cənnətin
qiyməti bir neçə simit pulu
qədərdir.
Əgər zəngin olmadan ölsəm bir
neçə simit puluyla
Cənnətə girə bilərəm. Bundan
daha qazanclı bir sərmayə
olarmı?
Müəllimin gözləri doldu. Başını
"Bəli"
mənasında yelləyərkən masanın
üzərindəki pulları bir-bir
yığmağa başladı.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar