Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Floranın Müsahibesin Ardı 3

-Düşünmürsən ki, gələcəkdə
universitetdə də, hicabla bağlı
problem yaşaya bilərsən?
-Yox.
Nənəsi : -Bunu gələcək göstərər,
bəlkə gələcəkdə elə bütün qadınlar
hicab bağladı.
-Flora, deyəsən balıqları çox
sevirsən. Balıq akvariumunu
kimsə hədiyyə edib?
Hə, çox xoşlayıram, ümumiyyətlə,
heyvanları xoşlayıram. Balıqları
əvvəl mən yemləyirdim, sonradan
hazırlığa getdim, qardaşım
yemləməyə başladı. Akvariumu isə
özüm almışam.
-Rəfiqələrin çoxdur?
-Hə, çoxdur.
-Qızıl medal siyahısına adın niyə
düşmədi?
-Bilmirəm. Mənə demədilər, desələr
də istəməzdim. Amma
məktəbimizdən bir nəfərin adı
siyahıda var.
-Flora, sonda yeni təhsil
nazirimizə təklifin nə olardı?
-Elə bir təklifim yoxdur. Şagirdlər
məktəbdə dərslərinə daha çox
diqqət etsinlər. Təkcəbir illik hazırlıq
müddətində deyil, qabaqcadan -
məktəbdə də yaxşı oxusalar,
universitetə daxil olmaq asan olacaq.
Belə olsa, 700 bal toplayanların sayı
daha çox olar.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...