Ramazan ayının ilk günündə oruc tutanlar üçün imsaq vaxtı 05:16-dır. Sübh əzan oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə saat 21:11-dir.
Ramazan ayının ilk gün üçün iftar duası belədir: “İlahi, mənim orucumu tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından qərar ver, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Allahı, ey günahkarları Əfv edən (Allah)!”
Allah oruc namazinizi qebul etsin eziz dostlar.
Ramazan ayının 2-ci gününün duası:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur’ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Allah oruclarınızı və namazlarınızı qəbul eləsin!
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar