Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Floranın Musahibesinin Ardı 2

-Sınaq imtahanlarından neçə bal
toplayırdın?
- 650-dən yuxarı ,700 balı qəbula
saxlamışdım.
-Suallar asan idi?
-Mənim üçün asan idi.
-“...bu son iki ayı Floranın gecəsi-
gündüzü yox idi. Otağın qapısını
arxadan bağlayıb, ancaq dərs
oxuyurdu. Televizoru açmağa imkan
vermirdi ki, imtahan verəndən sonra
televizora baxa bilərsiniz”-deyə
Floranın nənəsi söhbətimizə
müdaxilə edir.
-Təbii ki, imtahandan sonra nə
qədər bal toplayacağını təxmin
etmək olur. Heç 700 bal toplaya
biləcəyini düşünmüşdün?
-Hə, təxminən bilirdim ki, 690 baldan
yuxarı toplamışam.
-Bəs imtahana qədər belə yüksək
nəticə əldə edəcəyinə inanırdın?
-Bəli, həmişə hədəfim “700” olub.
Müəllimlərim də 700 bal
toplayacağıma əmin idi.
-Həyəcan oldu?
-Yox. Artıq alışmışdım. Sınaq
imtahanlarına çox getmişdim.
Nənəsi : -İmtahana bir gün qalmış
dedim ki, ay bala, get yat, səhər
imtahandır, dedi ki nə olsun sabah
imtahandır, mən hələ oxuyuram.
-Nənə, siz belə nəticəni
gözləyirdiniz?
-Hə gözləyirdim, o qədər oxuyurdu
ki... Biz bir otaqda yatırıq, mənə də
yatmağa imkan vermirdi.
-Flora, heç dərsdən qaçmısan?
-Olub. Bir iki dəfə. Amma çalışırdım
qaçmayım. Çox vaxt sinifdə uşaqlar
qaçanda 4 nəfər qalırdıq. Sinif
nümayəndəsi olduğuma görə qaçan
uşaqları məndən soruşurdular.
“Bilmirəm”- deyib yalan danışmaq
da istəmirdim, sinif yoldaşlarımın
xətrinə dəymək də, çalışırdım ki,
problemi sakitliklə həll edim.
- Müəllimlərinin səni danladığı
vaxtlar olubmu heç?
-Nadir hallarda olub.
-Anan səni döyübmü?
-Anası: -Mən heç onu döyərəm ?
Amma arada olub ki, dərsdən evə gec
gəldiyinə görə danlamışam.
-Xobbin varmı?
-Futbola baxmağı çox xoşlayıram.
-Hansı futbol klublarına
azarkeşlik edirsən?
-“Manchester-United ”və “Qarabağ”.
Nənəsi : - Floranın həm də çox yaxşı
əl işləri var. Hazırladığı “buta”
hazırda Amerika universitetlərinin
birinin muzeyində saxlanılır.
-Millət vəkili Qənirə Paşayeva
sənin kimi 700 bal toplayan
Nərmin Murğuzova ilə görüşdü.
Bəs sən necə, dövlət
nümayəndələrimizdən kiminsə
səni daha yaxından təbrik
etməsini istərdinmi?
-Siyasətə marağım yoxdur.
- Əlavə olaraq yalnız “Araz”
hazırlıq kursunamı getmisən?
-Hə, 10-11-ci sinflərdə.
-Necə oldu ki, hicab bağladın?
- İstəyim çoxdan idi. Ancaq orta
məktəbdə hicaba icazə verilmədiyi
üçün məktəbi bitirəndən sonra hicab
bağlamağa başladım. 7-ci sinifdən
namaz qılıram.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 163 Bölmə: Maraqlı melumatlar
loading...