“Və ləhu ma səkənə fil-ləyli vən-nəhari
və huvəs-səmiul elim." Əhli-beyt əleyhimüssəlamdan olan
rəvayətlərdə qəzəb, hirs və mübahisə
barəsində buyrulmuşdur:
Bir şəxs dedi:
-“Ey Allahın rəsulu, mənə nəsihət ver."
Həzrəti Məhəmməd (s) buyurdu: -“Hirsdən və qəzəbdən uzaq ol.” Muhəmməd Peyğəmbər (s) demişdir:
"Allah buyurdu: “Bilin ki, mənim
məhəbbətim qəzəbimə üstün gəldi.” "Hər hansı bir tayfa yalnız münaqişəyə
uyduqda yolunu azır." "Öz qəzəbini Allahın xətrinə udan şəxs
ömründə ən yaxşı iş görmüşdür." "Qəzəbini udan şəxs qəzəblə başqasına
üstün gələn adamdan güclüdür." "Qəzəbini buxovlamağı bacaran şəxs
əcrini alacaqdır." "Düz yolu tapan insan məhv olmaz.
Yalnız qəzəb, mübahisə və münaqişə
onu məhv edə bilər." “Qəzəb imanı, sirkə balı xarab etdiyi tək
zay edər”
(Usuli Kafi). “Qəzəb hikmət sahiblərinin qəlbinin
hikmətini yox edər (elə buna görə də
onda hikmət əvəzinə səfehlik müşahidə
olunar) və buyurdu: Hər kim qəzəbinə
sahib olmasa (qəzəbini cilovlaya
bilməsə) ağılına da sahib ola bilməz” (Usuli Kafi) İmam Rza (ə) demişdir:
“Bir kişi Peyğəmbəri-Əkrəmdən (s.)
behiştdən uzaq düşməməsi üçün ona
bir şey öyrətməsini istədi.
Həzrət buyurud:
1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yəni hər bir şeyi
Xaliqdən istə);
3. Özün üçün istədədiyini xalq üçün də
istə (yəni özünə rəva bilmədiyini xalqa
rəva bilmə)”.
(Biharul-ənvan) Həmçinin, Əhli-beytədən belə rəvayət
edilir ki, hirs və qəzəbin soyuması üçün
aşağıdakı ayəni oxumaq lazımdır: “Və ləhu ma səkənə fil-ləyli vən-nəhari
və huvəs-səmiul əlim” Bu ayə, ümumiyyətlə qəzəbin
sakitləşməsi üçündür. İstər insanın özü
qəzəblənsin, istərsə də qarşısındakı
şəxs.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar