Deyerler.org: Seyid ibni Tavus “Mənhəcul-dəvat” kitabında yazır: “Seyyidi-Şühəda (ə) buyurub: “Mən atamla birlikdə gecə qaranlığında Allah Evini təvaf etməklə məşğul idim. Bu zaman bir nəfərin yanıqlı naləsini eşitdim ki, ehtiyac əlini Allaha tərəf uzatmışdır. Yangı ilə nalə və ah çəkirdi. Atam buyurdu: “Ya Hüseyn! Eşidirsənmi, günahkarın naləsini ki, Allaha pənah aparır? Pak qəlblə peşmançılıq göz yaşı tökür. Onu tap və mənim yanıma gətir”.
İmam Hüseyn (ə) buyurur ki, həmin gecə qaranlıqda Evin ətrafını axtardım. Onu məqamın yanında tapdım. Atamın xidmətinə gətirdim. İmam Əli (ə) görür ki, bu gözəl qamətli bir cavandır ki, əynində bahalı paltarları vardır. Ondan soruşur: “Sən kimsən? Deyir ki, ərəblərdən bir kişiyəm”. Soruşur: “Bu nalən və yangın nə üçündür?” Deyir: “Bunu məndən niyə soruşursan, ya Əli! Günahın yükü belimi bükmüşdür, atamın nifrini gücümü almışdır”.
Buyurdu: “Əhvalatın necədir?” Dedi: “Qoca bir atam var idi ki, mənə qarşı çox mehriban idi. Ancaq mən gecə və gündüz yersiz işlərlə məşğul olurdum. O, hər nə qədər mənə nəsihət edirdisə, qəbul etmirdim. Bəzən ona əziyyət verir və təhqir edirdim. Bir gün pul axtarırdım və gizli olan sandığı açmağa çalışdım ki, pulu götürüm. Atam mənə mane oldu. Mən onun əlini sıxdım və yerə yıxdım. Yerindən qalxmaq istədi, ancaq ağrının şiddətindən qalxa bilmədi. Pulu götürüb işimin ardınca getdim. Arxamca dedi: “Allahın Evinə gedirəm və sənə nifrin edəcəyəm”.
Bir neçə gün oruc tutdu. Sonra səfər əşyalarını topladı. Dəvəsinə minib, Məkkəyə tərəf yollandı. Mən onun bu işlərinin şahidi oldum. Kəbənin pərdəsindən yapışdı, yanıqlı səslə məni nifrin etdi. Allaha and olsun ki, hələ nifrini sona çatmamışdı ki, bu çarəsizlik məni bürüdü. Sağlamlığımı məndən aldı. Köynəyimi qadırıb gördüm ki, bədənimin bir tərəfi quruyubdur və heç bir hissi yoxdur”. Cavan deyir: “Bundan sonra çox peşman oldum və onun yanına gedib, üzr istədim. Ancaq o, qəbul etmədi və evinə tərəf yollandı. Üç il həmin vəziyyətdə qaldım. Daima ondan üzr istədim, ancaq o, rədd etdi. Həccin üçüncü ilində ondan xahiş etdim ki, mənə nifrin etdiyi yerdə dua etsin. Bəlkə Allah bu yolla mənə sağlamlığımı qaytarar. Qəbul etdi və biz Məkkəyə tərəf yollandıq. İraq vadisinə çatan zaman atam iki daşın arasına yıxıldı və orada can verdi. Onu həmin yerdə dəfn etdim. Bilirəm ki, mənim bu çarəsizliyimin səbəbi atamın nifrinidir”.
İmam Əli (ə) buyurur: “İndi sənin fəryadına çatmışdır. Peyğəmbərin (s) mənə öyrətdiyi duanı sənə təlim verəcəyəm. Hər kim Allahın Əzim adı ilə olan bu daunı oxuyarsa, çarəsizlik, qəm, dərd, xəstəlik, yoxsulluq aradan qalxar. Günahları bağışlanar”.
Buyurdu: “Zilhiccə ayının 10-da bu duanı oxu və səhər çağı mənim yanıma gəl ki, səni görüm”. Duanı ona verir. Ayın onunda cavan sevincli halda bizim yanımıza gəldi. Duanı təslim etdi. Onu yoxlayan zaman gördük ki, sağlamdır. Dedi: “Allaha and olsun ki, bu dua Allahın Əzim adıdır. Allaha and olsun ki, duam yerinə yetdi, hacətim yerinə yetdi”.
Həzrət (ə) buyurdu: “Bu iş necə oldu?”. Cavan dedi:” Onuncu günün gecəsində insanların gözü yuxuya gedən zaman duanı əlimə aldım. Allah dərgahına nalə etdim və peşmançılıq göz yaşı tökdüm. İkinci dəfə oxumaq istəyəndə bir avaz gəldi: “Ey cavan! Kifayətdir, Allaha Əzim adı ilə and verdin və yerinə yetdi”. Sonra bir an yuxuya getdim. Peyğəmbəri (s) gördüm ki, əlini mənim bədənimi qoyub və buyurur: “İhfiz Billahil Əzim. Fəinnəkə ələ xeyr”. Yuxudan ayıldım və özümü sağlam gördüm”.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Maraqlı melumatlar