Hz.- Əli (ə) buyurub;
1. Həcc və ümrə zəvvarı Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər.
2. Möminin sevinci üzündə, qüdrəti dilində, kədəri qəlbindədir.
3. Mömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayış və rahatlıqda.
4. Eyib və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir.
5. Bəndə Allahın sevdiyini sevməyincə və Allahın sevmədiyinə nifrət etməyincə imanı kamilləşməz.
6. İnsanların ən bəsirətlisi öz eyiblərini görən və öz günahlarından əl çəkən şəxsdir.
7. Həya gözəldir, amma qadınlarda daha gözəldir.
8. Haqq şəxsiyyətlərə tanınmır, haqqı tanı ki, onun əhlini də tanıyasan.
9. İslama zəiflik gətirmədiyi halda mən sülhü müharibədən daha faydalı bilirəm.
10. Allaha itaətin tacı bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə razı olmaqdır.
11. Kifayət edənə qane olan kimsə rahatlıq tapıb dinclik mənzilində məskən salar.
12. Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun.
13. Ağlın zəkatı cahillərə dözməkdir.
14. Özünə rəhmət cəlb etmək üçün ən yaxşı yol hamının xeyrini istəməkdir.
15. Hər kəs bir şeydən Allaha xatir əl çəksə, əvəzində Allah da ondan yaxşısını ona verər.
16. Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlığdır.
17. Allah Təala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.
Əməllərinin ən yaxşısı Allah xatir dost və Allaha xatir düşmən olmaqdır
Tarix: 07.06.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar