Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peygember (s A V A V) Den Revayet.

Rəvayətdir ki, bir gün Həzrət Mühəmməd risalət pənah məclisində oturmuşdur. Təsadüfən bir ərəb daxil oldu və Həzrətə salam etdi. Həzrət cavab verdi və buyurdu:- haradan gəlirsən ərəb?
Ərz etdi uzaqdan gəlirəm və sizə bir neçə sualım var, cavabını sizdən istəyirəm.
Həzrət buyurdu: - soruş cavabını eşidərsən.
Ərz etdi:
1. İstəyirəm xalqın alimi olam.
Həzrət buyurdu: - Allahdan qorx.
2. İstəyirəm Allah dərgahında yaxınlardan olam.
Həzrət buyurdu: - Gecə və gündüz Quran oxu.
3. İstəyirəm həmişə mənim ürəyim işıq olsun.
Həzrət buyurdu: - Ölümünü yaddan çıxarma.
4. İstəyirəm haqqın rəhmətində olam.
Həzrət buyurdu: - Allahın xəlqinə yaxşılıq et.
5. İstəyirəm düşməndən mənə zərər yetişməsin.
Həzrət buyurdu: - Həmişə Allaha təvəkkül et.
6.İstəyirəm xalqın gözündə xar olmayım.
Həzrət buyurdu: - Pəhriz et özünü təmiz saxla.
7. İstəyirəm ömrüm uzun olsun.
Həzrət buyurdu: - Qohum əqrəbanı yada sal, kömək et.
8. İstəyirəm ruzum bol olsun.
Həzrət buyurdu: - Həmişə dəstəmazlı ol.
9. İstəyirəm cəhənnəm odunda yanmayım.
Həzrət buyurdu: - Gözünü, dilini bağla naməhrəmə baxma, qiybət etmə.



10. İstəyirəm biləm günahları nə ilə tökürlər.
Həzrət buyurdu: - Allaha yalvarmaq, tövbə etmək sadəliklə.
11. İstəyirəm Xalqın ağırlarından olam.
Həzrət buyurdu: - Heç kəsdən heç bir şey istəmə.
12. İstəyirəm həya pərdəm yırtılmasın.
Həzrət buyurdu: - Özgəsinin pərdəsini yırtma, sirrini açma.
13. İstəyirəm qəbrim dar olmasın.
Həzrət buyurdu: - Mülk sürəsini həmişə oxu.
14. İstəyirəm malım çox olsun.
Həzrət buyurdu: - Hər gecə Vaqiə surəsini oxu.
15. İstəyirəm Qiyamətin savabında amanda olam.
Həzrət buyurdu: - Şam ilə xiftə arasında zikr et.
16. İstəyirəm – Allah-təalanı namazda hazır tapım.
Həzrət buyurdu: - Dəstəmaz alanda çox diqqət elə.
17. İstəyirəm Allahın yaxınlarından olam.
Həzrət buyurdu: - İşlərində düzlüyü və doğruluğu sənət et.
18. İstəyirəm nameyi əməlimdə günah olmasın. Həmişə xeyir və xoşluq olsun.
Həzrət buyurdu: - Ata-anana yaxşılıq və hörmət et.
19. İstəyirəm mənim üçün qəbir əzabı olmasın.
Həzrət buyurdu: - Libasını, paltarını pak saxla.

Bunları sadəcə oxumaq üçün deyil, oxuyub da nəticə çıxarmaq üçün yazdım. Allah hər zaman yardımçınız olsun..

Tural


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar
loading...