Peyğəmbər - sallallahu aleyhi və səlləm - ümmətinin işləriylə, əskərləriylə, ailə üzvüləriylə məşğul olurdu. Hər haqq sahibinin haqqını verirdi. Bir kimsənin haqqını kiməsə görə tapdalamazdı. Yüklərinin və işlərinin çox olmasına baxmayaraq kiçiklərə də qəlbində bir yer ayırmışdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - böyüklərlə zarafat etdiyi kimi kiçiklərlə oynayır, zarafatlaşır, onlarla ünsiyyətdə olurdu. Əbu Hureyrə - radıyallahu anhu - Peyğəmbər -sallallahu aleyhi və səlləm -ə: «Ey Allahın Rəsulu! Sən bizimlə zarafatlaşırsan» dedim. O: «Mən ancaq doğru olanı söyləyirəm» deyə buyurdu
. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, bədəvi ərəblərdən Zahir b. Haram adında çirkin bir kimsə var idi. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm - o kimsəni sevərdi. Bir gün Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun yanına getdi. O da özünə aid olan malları satırdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu arxadan qucaqladı. O da: «Məni burax, kimdir bu» dedi. Arxaya baxdıqda Peyğəmbər - sallallahu aleyhi və səlləm –i görüb tanıdı. Onu tanıdıqda belini Peyğəmbər - sallallahu aleyhi və səlləm -in sinəsinə sürtməkdən çəkmədi. Peyğəmbər: «Bu köləni kim ala bilər» deyə səsləməyə başladı. O, da: «Ey Allahın Rəsulu! Allaha and olsun ki, məni alacaq bir kimsə tapa bilməzsən» dedi. Peyğəmbər: «Sən Allahın yanında dəyəri yüksək olan bir kimsəsən» deyə buyurdu:Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına bir qadın gələrək dedi: «Mənim üçün dua et ki, Allah məni Cənnətə salsın». Peyğəmbər: «Allah yaşlı qadınları Cənnətə salmaz» deyə buyurdu. Qadın ağlayaraq geri döndü. Peyğəmbər: «Ona xəbər verin ki, yaşlı qadınlar ixtiyar olaraq Cənnətə girməzlər, gənc olaraq girərlər» deyə buyurdu:Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Haqlı olduğu halda mübahisəni tərk edən kimsə üçün Cənnətin aşağısında bir ev, zarafatla da olsa belə yalanı tərk edən kimsəyə Cənnətin ortasında bir ev, əxlaqı gözəl olan kimsəyə də Cənnətin ən üstündə bir ev vardır»
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar