Elm əhlindən bu hədisi rəvayət edənlər hədisdə gələn “şirk” və “küfr” sözlərinin mübaliğə olduğunu və işin ağırlığını hiss etdirmək üçün deyildiyini qeyd edirlər.
əl-Hafiz Əbu İsa ət-Tirmizi – rahiməhullah – “əs-Sünən”də deyir:
“Elm əhlindən bəziləri bu hədisi təfsir edərkən onun “küfr etmiş və ya şirk etmişdir” sözlərinin işin ağırlığını hiss etdirmək üçün olduğunu deyiblər. Bunun hüccəti İbn Ömərin hədisidir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Öməri “atama and olsun, atama and olsun” deyərkən eşitdi və dedi: “Diqqət edin! Həqiqətən Allah sizə atalarınıza and içməyi qadağan edir.”[29]
əl-Hafiz İbn Hacər əl-Asqalani deyir:
Onun “küfr etmişdir və ya şirk etmişdir” sözlərini işlətməsi (bu işdən) çəkindirmək üçün mübaliğə işlətmək və işin ağırlığını göstərmək üçündür, bunun haram olduğunu söyləyənlər bu hədisə əsaslanıblar.”[30]
Yəni, bu sözlərlə heç də insanı kafir və müşrik edən şirk və küfrün qəsd olunmadığını deyirlər. İmam Əbu Cafər ət-Tahavi əl-Hənəfi – rahiməhullah – deyir:
“Bizə görə - doğrusunu Allah bilir – hədisdə İslamdan çıxaran şirk qəsd olunmur ki, bu əməlin sahibi İslamdan çıxmış olsun. Lakin Allahu Təalədən başqasına and içməyin doğru olmadığı qəsd edilmişdir. Kim Allahdan başqasına and içərsə and içdiyi şeyi Allahu Təalə kimi and obyekti etmişdir. Beləliklə and içdiyi kimsə və ya and içdiyi şeyi şərik etmiş sayılır ki, bu da böyük bir şeydir. Ona görə də sahibini İslam dinindən çıxararaq Allahu Təaləyə qarşı kafir edən şirkdən başqa bir şirk ilə müşrik sayılmışdır.”[31]
İmam Muhamməd bin İsmayıl əl-Buxari – rahiməhullah – “əs-Sahih”də deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Kim Lata və Uzzaya and içərsə qoy “lə iləhə illəllah” desin!” və həmin adamı küfrə nisbət etməmişdir.” İbn Hacər – rahiməhullah - əl-Buxari’nin bu sözləri haqqında deyir: “Müəllif bu cür and içənin küfr edib etməməsi barəsində bir qərar verməmişdir, lakin onun sözünü bu cür ifadə etməsi belə birinin küfr etməməsini tələb edir, çünki “Kim Lat və Uzzaya and içərsə qoy “lə iləhə illəllah” desin!” hədisi üzərinə “həmin adamı küfrə nisbət etməmişdir” sözlərini əlavə etmişdir. Bu cür dəlil gətirməyin tam şəkili belədir ki, peyğəmbər (salləllahu aleyhi va səlləm) təkcə “lə iləhə illəllah” deməsini əmr etmişdir, əgər bu əməl küfr olsaydı şəhadəti tamamlamasını[32] əmr edərdi.”[33]
Alimlərdən bəziləri isə bu hədislərin zahirinə əsaslanaraq qəsd olunan şirk və küfrün böyük şirk və küfr olduğunu deyiblər. Şeyx Suleyman bin Abdilləh bin Muhamməd bin Abdil-Vahhəb – rahiməhullah – deyir:
“(Peyğəmbərin) “küfr etmiş və ya şirk etmişdir” sözlərinə gəldikdə alimlərdən bir qrup bu sözə əsaslanaraq dedilər ki, Allahdan başqasına and içən şirk küfrü ilə küfr etmiş olur. Dedilər ki, buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – ona “lə iləhə illəllah” deməklə İslamını yeniləməsini əmr etmişdir, əgər bu, insanı millətdən çıxaran küfr olmasaydı ona belə bir şey əmr etməzdi.”[34]
Bunun şirk olması haqqında gələn hədislərin sihhəti
Doktor Bəşər Avvad əl-Məruf ət-Tirmizi’nin “əl-Cami əl-Kəbir” kitabını təhqiq edərkən ət-Tirmizi’nin bu hədisi həsən sayması ilə bağlı deyir:
“Bu cür hökm etmişdir, lakin hədisdə müəllifin izah etmədiyi gizli bir illət vardır, beləki Sad bin Ubeydə İbn Ömərin etibarlı tələbələrindən olsa da və əl-Buxari və Muslim onun İbn Ömərdən rəvayətlərini rəvayət etsələr də bu hədisi xüsusən İbn Ömərdən eşitməmişdir. Əksinə onun məclisində Kində bölgəsindən olan bir nəfərlə - rəvayətlərdən birində onu Muhamməd əl-Kindi adlandırmışdır və o, məchuldur – birlikdə olublar, sonra oradan çıxıb Said bin əl-Musəyyəb’in məclisinə getmiş və əl-Kindi hədisi İbn Ömərdən eşitmişdir. Sonra gəlmiş və Sad bin Ubeydə’yə rəvayət etmişdir, necəki bunu Mənsur bin əl-Mutəmir öz rəvayətində bəyan etmişdir. Bu dediyimizə istinad edərək ət-Tahavi “Şərhul-Muşkil”də (2/300) demişdir: “Gördük ki, Mənsur bin əl-Mutəmir bu hədisin isnadında əl-Aməş və Said bin Məsruq’un Sad bin Ubeydə’dən rəvayətində onunla İbn Ömər arasına məchul bir adamı əlavə etmişdir, bununla da hədisin isnadı fasid olur.” əl-Beyhəqi dedi: “Bu, – yəni hədis – Sad bin Ubeydə’nin İbn Ömərdən eşitmədiyi bir hədisdir.” (10/29)
İşarə olunmağa layiq olan daha bir məqam budur ki, əl-Aməş Sad bin Ubeydə’dən rəvayət edir; deyir: “İbn Ömər ilə bir dərsə halqasında idim və bir nəfəri başqa bir halqada “Xeyr, atama and olsun!” deyərkən eşitdi və İbn Ömər ona daş atdı və dedi: “Ömər də belə and içərdi və peyğəmbər – salləllahu aleyhi va səlləm – ona bunu qadağan etdi və dedi: “Bu, şirkdir.” (Əhməd bunu Vaki’dən rəvayət etmişdir. 2/58 və 60)
Bu, ya başqa bir hadisə olaraq qəbul olunmalıdır ki, bu zaman bununla və Mənsur bin əl-Mutəmir’in sənədi qopuq rəvayətinin arasını birləşdirmək olar, ya da bu, əl-Aməş’in xətaları və tədlislərindən biridir. İnşallah ikinci ehtimal daha doğrudur, çünki anlayışları gülcü olan ilk dövr nəhəng alimlər fərqli rəvayətlər olanda Mənsur’u əl-Aməş’dən üstün görüblər.”[35]
Alləmə əl-Mühəddis Muqbil bin Hadi əl-Vadi – rahiməhullah –əl-Aməş’in hədisi haqqında deyir: “Bu rəvayət Mənsur’un rəvayətinə aid edilməlidir, çünki Mənsur’un rəvayətindən görünür ki, İbn Öməri eşitməmişdir, çünki iştirak etmədiyi başqa bir halqada bir nəfərdən eşitməsi mümkündür. Üstəlik Mənsur əl-Aməş’dən daha sabit, daha güclüdür və əl-Aməş müdəllisdir.” Bunu bəyan etdikdən sonra deyir: “Bil ki, hədis zəifdir.”[36]
ət-Tahavi, əl-Beyhəqi kimi alimlər bu hədisin zəifliyinə işarə ediblər. Eləcədə əd-Dəraqutni illətlər haqqında yazdığı kitabında bu hədisi də qeyd etmişdir. Bununla belə hədisi ət-Tirmizi, əl-Hakim, İbn Hibban, əz-Zəhəbi, İbn Teymiyyə, Şeyx əl-Albani və başqaları səhih sayıblar.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar