Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlənmək üçün Quranın 5 Tövsiyəsi

Qurani-Kərim həyat yoldaşını seçmək
üçün 5 meyar irəli sürür ki, evlənmək
istəyən cütlər bu meyarlara diqqət
etməlidir. Əgər evlənən zaman bu
meyarlara diqqət etsəniz, dünya və
axirət səadətinə çata bilərsiniz. 1. İslam və iman.
Həyatının şəriki olacaq insanı seçən
zaman ən mühüm meyar - İslam dini
və həmin şəxsin əqidəsidir. Qadınla
kişi bu məsələdə eyni fikirdə və eyni
əqidədə olmalıdır. Əgər onlardan biri müşrik olsa, evlilikləri batil olar. “Müşrik qadınlarla, iman
gətirməyincə evlənməyin. Əlbəttə
ki, möminə bir kəniz azad və müşrik
bir qadından - hətta o(nun camalı və
malı) sizin xoşunuza gəlsə belə -
daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad
verməyin. Əlbəttə ki, mömin bir qul
azad və müşrik bir kişidən - hətta o
(nun malı və məqamı) sizin
xoşunuza gəlsə belə - daha
yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti
boyunca küfr və mənəvi pozğunluq
baxımından öz həyat yoldaşlarına
təsir edir və nəticədə onları) oda
tərəf dəvət edirlər. Allah Öz yardımı
ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara
açıqlayır ki, bəlkə (düşünüb)
anladılar”. (”Bəqərə” 221). 2. İffətli olmaq.
Quranın nəzərinə görə günaha
batmamış pak nəfs - paklıq tələb edər.
Bu cür nəfs özünə pak nəfsdən
başqasını cəzb etməz. Quran buyurur: “(Əqidə, əxlaq və əməldə) xəbis
qadınlar xəbis kişilər üçün və xəbis
kişilər xəbis qadınlar üçündürlər
(onlar zat və təbiətlərinin tələbinə
əsasən bir-birlərini taparlar).
Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər
üçün və pak kişilər pak qadınlar
üçündürlər (bunlar da öz nürani zat
və təbiətlərinin tələbinə əsasən bir-
birlərini taparlar). Onlar (paklar
başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar.
Onlar üçün (dünya və axirətdə)
bağışlanma və dəyərli ruzi vardır” . (“Nur” 26).
3. Təvazökarlıq, tövbə, ibadət, Allahın
əmrlərinə itaət etmək.
Qurani-Kərim “Təhrim” surəsində
buyurur: “Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona
sizdən daha yaxşı zövcələr – Allaha
təslim olan, mömin, itaətkar,
tövbəkar, ibadət edən, oruc tutan,
dul qadınlar və bakirə (qızlar)
versin”. (“Təhrim” 5). O şəxs ki, mömin ailəyə malik olmaq
istəyir, gərək hər şeydən əvvəl
müsəlman, iffətli, təqvalı, imanlı qadınla
evlənməyə çalışsın. Əks halda bu
cəmiyyətin bünövrəsini sarsıdar.
4. Saleh əməl. “Hər kim – kişi, yaxud qadın imanı
olan halda yaxşı iş görsə, onu
şübhəsiz, (dünyada) pak bir həyatla
yaşadacaq və (axirətdə)
mükafatlarını çox gözəl olan
əməllərinin müqabilində verəcəyik” . (“Nəhl” 97).
5. Təqva. “Ey insanlar! Şübhəsiz, Biz sizin
hamınızı bir kişi və qadından (Adəm
ilə Həvvadan) yaratdıq (və ya sizin
hər birinizi bir ata və anadan
yaratdıq) və sizi bir-birinizi
tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin
aranızda irqi üstünlük yoxdur.)
Həqiqətən sizin Allah yanında ən
hörmətliniz sizin ən pəhizkarınızdır.
Həqiqətən, Allah çox bilən və
xəbərdardır”. (“Hucurat” 13). İmam Sadiq (ə) buyurur: “Sizlərdən hər
kim evlənmək istəsə, yaxşı olar ki, iki
rükət namaz qılsın ki, Allah ona əmin,
təvazökar, namus və sirrlərini hifz
edəcək həyat yoldaşı nəsib etsin”.
Qısaca demək olar ki, İslam dini müsəlmanları evlənən zaman diqqətli
olmağa və imanlı, təqvalı, iffətli bir
müsəlmanla ailə qurmağa dəvət edir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...