Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Sələfin Həyatından İbrətlər (6)

Namaz ikən dünyasını dəyişən- Əli ibni Fudeyl İbni İyəd

O böyük sələf alimi Fudeyl ibni İyədin (rahiməhullah) oğlu idi.
Muhəmməd ibn Nəcə (rahiməhullah) buyurur:
- Bir dəfə Fudeyl ibni İyəd bizə sübh namazını qıldırırdı. Mənim yanımda isə onun oğlu Əli ibni Fudeyl dayanmışdır. Fudeyl ibn İyəd “Mələklərə deyiləcək: "Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın!” (Həqqa surəsi, 30-31) ayələrini oxuduqda ağlamağa başladı, onun oğlu Əli də ağladı və huşunu itirərək yerə yıxıldı.

Sələfin böyük muhəddislərindən sayılan Muhəmməd ibnul Bəşşər (rahiməhullah) buyurur:
- Əli ibni Fudeylin ölümünə bu ayə səbəb olmuşdur. Uca Allah buyurur: "Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin!" (Ənam surəsi, 27)
Əli ibni Fudeyl bu ayəni oxuyub hönkürtü ilə ağlamağa başlayır, huşunu itirir və bir daha özünə gəlmir.
Həmin gün onun cənazəsində mən də iştirak etdim.


Tarix: 09.05.2013 / 13:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar
loading...