İslami elmlər terminologiyasında
isə nurdan yaradılmış, yeməyən,
içməyən, kişilik və dişiliyi
olmayan, yatmayan, gəncliyi və
qocalığı olmayan və günah
işləməyən, ağırlığı olmayan, lətif,
ruhani və nurani varlıqlardır.
Mələklərə iman İslamın təməl
şərtlərindən biridir.
Çünki onlar varlığı ilə sabitdir.
Hər nə qədər onları gözlərimizlə
görmək mümkün deyilsə də,
ağlan inkarını tələb edəcək bir
səbəb də yoxdur.
Mələklərin varlığı və onlara
inanmanın fərziyyəti ilə birlikdə
xüsusiyyətlərini, vəzifələrini və
növlərini də belə açıqlamaq
mümkündür:
1- Mələklər, nurdan yaradılmış,
nurani və ruhani varlıqlardır.
Onlarda; yemək, içmək, kişilik,
dişilik, evlənmək, yatmaq, gənclik
və qocalıq kimi insanlara aid
xüsusiyyətlərdən heç biri
yoxdur. Quranda belə
buyurulmaqdadır:
"Göylərdə və yerdə kimlər varsa,
Onun xidmətindədir.
Onun hüzurunda olanlar, ona
ibadət barəsində qürurlanmazlar
və yorulmazlar. Onlar, bezib
usanmadan gecə gündüz təsbeh
edərlər." (Ənbiya, 21/19-20)
2- Mələklər Allaha üsyan
etməzlər. Hansı iş üçün
yaradılmışlarsa o işi edərlər.
Daimi olaraq Allaha ibadət və
itaət edərlər
Quranda bu xüsusa belə işarə
edilmişdir:
"Çünki onlar üstlərindəki
Rəblərindən qorxarlar və
özlərinə nə əmr olunsa onu
edərlər." (Nəhl, 16/50), "Şübhəsiz
Rəbbin qatındakılar ona qulluq
etməkdən əsla qürurlanmazlar.
onu təsbeh edər və tək ona
səcdə edərlər" (Ə'RAF, 7/206).
3- Mələklər bir anda Allahın əmr
etdiyi bir məkandan digər bir
məkana intiqal edəcək, hətta
yerləri və göyləri gəzəcək bir
qabiliyyətdə yaradılmışlar.
Onların qanadları vardır. Bu
mövzuda Qurani Kərimdə belə
buyurulmaqdadır: "Göyləri və
yeri yaradan, mələkləri iki, üç,
dörd qanadlı elçilər edən, Allaha
həmd olsun. O, yaratmada
(istədiyinə) dilədiyi qədər çox
verər. ."(Fatır, 35/1)
Mələklər çox az bir zamanda çox
uzaq yerlərə gedə bilərlər. Ancaq
onların gəlib getməsi, enməsi və
çıxması bizim vəziyyətimizə
bənzəməz. İnsanların
hərəkətləriylə müqayisə edilməz.
Quran bu mövzuda da belə
xəbər verir: "Mələklər və Ruh
(Cəbrayıl) oraya miqdarı (dünya
ili ilə) əlli min il olan bir gündə
yüksəlib çıxar." (Məaric, 70/4).
4- Mələklər, Allahın əmrləriylə
fərqli şəkillərə girə bilərlər.
Məsələn Cəbrayıl Peyğəmbərə
gəlirkən bəzən əshab-ı kiramdan
Dıhye adındakı səhabə kimi
görünmüş, bəzən də kimsənin
tanıya bilmədiyi bir xarici kimi
gəlmişdir. (Müslim; İman; 1).
Hz. İbrahim və Hz. İsaya
göndərilən mələklərin də bir
insan şəklində göründükləri yenə
Quranda xəbər verilməkdədir
5- Mələklər gözlə görülməzlər.
Gözlə görülməyişləri onların yox
olduqlarından deyil, gözlərimizin
o qabiliyyətdə yaradılmamış
olmasındandır.
Mələkləri gözlərimizlə müşahidə
edə bilməyişimiz onları inkar
etməmizi tələb etməz. Çünki
gözümüzlə görmədiyimiz halda
varlığını qəbul etdiyimiz çox şey
vardır.
Ağıl, ruh, zəka, sevinc və kədər
kimi halları bunlardan saya
bilərik. O halda mələklərin
varlığına da ruhumuz və ağılımız
kimi inanmaq
məcburiyyətindəyik.
Mələklər, qeybi tək başlarına bilə
bilməzlər. Ancaq Allah tərəfindən
özlərinə qeyblə əlaqədar bir
məlumat verilmişsə, bu
məlumatları ölçüsündə belə
bilərlər. Bu barədə Cənabı Haqq
belə buyurmaqdadır:
"Allah Adəmə bütün adları,
əşyanın adlarını və nə işə
yaradıqlarını öyrətdi. Sonra
onları əvvəl mələklərə ifadə edib
"Əgər siz sözünüzdə sadiq
sinizsə, bunların adlarını mənə
deyin" dedi.
Mələklər, "Ya Rəb! Səni nöqsan
sifətlərdən tənzih edər, kamal
sifətləri ilə təvsif edərik ki, sənin
bizə öyrətdiklərindən başqa
bizim məlumatımız yoxdur.
Şübhəsiz alim və hakim olan
ancaq sənsən" dedilər." (Bəqərə,
2/31-32)
Mələklər vəzifələri cəhətdən bir
neçə qrupa ayrılar. Mələklər
yerdə, ərşdə və ya səmada
olmazlar. Yerdə olanlara ərzi,
göydə ol/anlara səmavi, ərşdə
olanlara isə ərşi deyilir.
Mələklər yükləndikləri vəzifələr
etibarilə fərqli adlarla
xatırlanmışlar. Bunlardan dördü,
böyük mələk olaraq
bilinməkdədir: Cəbrayıl, Mikayıl,
İsrafil və Əzrail. Bilinən digər
mələklər də bunlardır: münkər-
Nekir, Kiramən katibin (Hafaza),
Hamelesi Ərş, Qəmli, Zəbani, Malik,
Rıdvan.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar