Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MİNNƏT SAVABI PUÇA ÇIXARIR

Bütün əməllərin düzgünolma və qəbul şərtləri vardır. Oruc tutarkən bu şərtlərə əməl etməsək onun qəzasını tutmağa məcburuq. Amma əməlin qəbul olması üçün başqa şərtlər də vardır. Əgər bu şərtlərə əməl olunmasa hətta düzgün yerinə yetirilmiş əməl üçün axirət savabı gözləməyə dəyməz. Yaxşı, bəs bir mömin həm düzlük, həm də qəbul şərtlərinə əməl etmişsə yenə də axirət üçün qorxu qalırmı? Diqqət etməliyik ki, çirkin bir iş əvvəlki savabı puça çıxara bilər. Tövbə günahı yuyub apardığı kimi, pis iş də savabı puça çıxara bilər. Məsələn, riya bütün savabları məhv edə bilər. «Hucurat» surəsinin 2-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, səsinizi peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən əməlləriniz puç olar». Bir mö᾽min saf niyyətlə yardım əlini uzadıb savab qazanır. Amma bir neçə il ötəndən sonra etdiyi yaxşılığı onun üzunə vuraraq əvvəlki savabı puça çıxarır. «Bəqərə» surəsinin 264-cü ayəsində oxuyuruq: «Sədəqələrinizi malını riyakarlıqla xərcləyən kafir kimi, minnət qoymaqla puça çıxarmayın». Minnət yaxşılığı puça çıxarır!

İmam Sadiq(ə) buyurur: «Birinə əl tutmusansa minnət qoymaqla puça çıxarma, əksinə, daha yaxşı bir iş gör ki, əxlaqın gözəlləşsin, axirət savabın artsın.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar
loading...