Yetər ki, sən peşman ol! Ürəkdən, könüldən istə... Bağışlanmaq ümidi ilə üz tut o qapıya. Bu qapı ümidsizlik qapısı deyil. Ümidini itirməmiş bir qul nə vaxt bu qapını döysə, içəridən "gəl" səsini eşidər, unutma!
Yetər ki, diz çök bir dəfə! Edə bilmədiyin qulluq üçün yansın için. Etdiyin günahlara bir daha qayıtmamaq üçün söz ver! Gör necə gözəlliklər çıxacaq qarşına. Qulluğun ləzzətini hiss edəcəksən, indiyə qədər hiss etmədiyin tərtəmiz duyğularınla...
Yetər ki, yaş axsın gözlərindən bir neçə damla da olsa... Bu tərtəmiz damlalar yusun, təmizləsin səni günahlardan. Elə kiçik görünməklərinə baxma! Cəhənnəmin odunu söndürəcək qədər güclüdür onlar. Elə deyir Könüllərin Sultanı! Elə isə durma! Qaldır əllərini səmaya! Artıq işlədiyin günahlar nədir biz bilməyək... Şahid olmasın heç kim günahlarına...
Sən səssizcə bir xəlvətə çəkilib yalvarmağa başlayanda dənizlərin köpükləri qədər, ağacların yarpaqları qədər, yağışların damlaları qədər də günahın olsa, bağışlanacağını unutma!
Yetər ki, istə, yetər ki, diz çök, yetər ki, göz yaşı tök bir neçə damla da olsa...
Bu qapı Rəhman və Rəhim olan Allahın qapısıdır. Və Allahın (c.c.) Rəhməti Qəzəbindən üstündür..
Tarix: 08.06.2013 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar