Hər bir qadın üçün əri - onun yavəri və dayağıdır. Heç kim də əri üçün arvadından daha vəfadar və ürəkyandıran olmaz. Qoymayın ki, mehribanlıq bağları başqa probelmlərə görə sarsılsın. Çünki bir gün görəcəksiniz ki, bu bağlar qılırmış və sizin aranıza böyük bir fasilə düşmüşdür.
Evliliyimizin ilk günlərində niyə bu qədər bir-birimizi başa düşür və bir-birimizə qarşı diqqətli oluruq? Çünki biz bir-birimizi tanımağa və bir-birimizi sevindirməyə çalışırıq. Ancaq həyatda başqa bir sevinclə üzləşən kimi həyat yoldaşımızı yaddan çıxardırıq. Soyuq olmaq, uzaqlaşmaq, bir-birinin yanında susaraq oturmaq yavaş-yavaş bizləri əlçatmaz yerlərə aparar ki, dönməsi çətin olar.
Əvvəl uşaqların atası, sonra uşaqlar! Uşaqlara ərindən daha diqqətli olmaq səhvini adətən qadınlar edir. Ancaq ərləri əksər hallarda analarını övladlarından üstün hesab edərlər.
Həyat yoldaşları ilə rabitələrinin necəliyi övladları ilə rabitəyə təsir qoyar. Hər nə qədər həyat yoldaşı ilə rabitəsi yaxşı olar, övladları ilə rabitəsi yaxşı olar.
Ancaq qadınlar belə deyildir. Dünyaya gələn körpəsi bir qadın üçün o qədər sevimli və əzizdir ki, onu ətrafdakı bütün insanlara qarşı biganə və laqeyd edir. Əlbəttə, övlad tərbiyəsi çox mühümdür. Ananın çox vaxtını alır. Ancaq bu amil bir qadının ərinə qarşı soyuq rəftar etməsinin səbəbi ola bilməz. Uşaqlar gərək öz valideynlərindən örnək alsınlar. Gələcəkdə layiqli həyat yoldaşı olsunlar.
Güman etməyin ki, əgər vaxtınızın hamısını uşaqlarınıza fəda etsəniz, uşaqlar ancaq sizi sevəcəklər. Həyat yoldaşınıza yer qalmayacaqdır. Və düşünməyin ki, bu zaman fədakarlıq etmiş olarsınız. Əksinə, bu yolla övladlarınızı özünüzdən asılı hala gətirərsiniz. Özünüz də bu hala adət etdiyiniz üçün, övladlarınıza gələcəkdə əlavə narahatçılıq yaradarsınız.
Onlar sizdən axır-əvvəl qaçacaqlar. Orta yaşa çatan zaman həsrət sizi bürüyər, peşman olarsınız. Övladlarınız evlənər, sizi sevmələrinə baxmayaraq, onların diqqəti yeni həyatlarında olar. Sizin yanınızda isə boş yerdən başqa bir şey qalmaz. Bəli, bu, sizin vəfasızlığınızın nəticəsidir.
Ona görə də ayıq olun və o zaman ki, hiss etdiniz ki, həyat yoldaşınıza səbriniz çatmır, bütün səylərinizi uşaqlarınıza verirsiniz, bir qədər dayanın və düşünün. Rəftarınızı düzəltməyə çalışın. Əgər rəftarınız dəyişərsə, bu zaman irəli gedə biləcəksiniz.
Səbəbsiz yerə həyat yoldaşınızda eyb axtarmayın. Bu eyblər əvvəllər də onda olmuşdur. Ancaq tənha olan zaman bu eyblərə çox da diqqət etmirdiniz. Həyat yoldaşınızdan soyumağınız sizi eyb axtarmağa vadar edir. Fərz edək ki, bəli, onun eybləri vardır, bəs bu eyblər onu buraxmağınıza gətirib çıxartmalıdırmı? Bu nə sizin xeyrinizədir, nə də övladlarınızın. Çalışın ki, məhəbbət və mehribanlıqla bu işi yoluna qoyasınız. Bu yükün altından qaçmayın.
Bəzən uşaqlarınızı bir yerə qoyub, həyat yoldaşınızla bir yerdə bayıra çıxın və evlilliyin ilk günlərində olduğu kimi bir yerdə addımlayın. Əgər həyat yoldaşın filmə baxırsa, yanında oturun, əgər boşdursa, üzbəüz oturub söhbət edin. Özünüz haqqında və keçmiş şirin xatirələrdən danışın.
Həyat yoldaşınızı yaddan çıxartmayın və onun üçün yaşamağa çalışın.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar