1. Əl-Bəra (r) belə rəvayət edir: “Mən peyğəmbərin (s) Əlinin oğlu Həsəni зiyninə alıb: “Allahım, mən bunu sevirəm, bunu Sən də sev!” – buyurduğunu gцrdьm.” (Buxari; “Kitabul-fadail-əshab”, 24/89; Mьslim, “Fadail-səhabə”, 58-59 (2422); ət-Tirmizi, “Mənaqib”, 3784).
2. Ьsamə bin Zeyddən (r) rəvayət olunur ki, “Peyğəmbər Ьsaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev”, yaxud buna oxşar bir sцz deyərdi” (Buxari, “Kitabul-fadail əshab”, 24/87).
3. Rəsulullah (s) Həsən və Hьseynə baxıb: “Allahım mən bunları sevirəm, sən də sev!” – deyərdi. (Tirmizi; “Mənaqib”, 3784).
4. Uqbə bin əl-Haris (r) belə demişdir: “Əbu Bəkr (r) ikindi (əsr) namazını qıldı, sonra Əli (r) ilə getdi. Yolda o, Həsəni uşaqlarla oynayan gцrьb onu зiyninə aldı və ona: “Peyğəmbərə oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” – dedi. Əli isə gьldь” (Buxari, “Kitabul-fadail əshab”, 24/90).
5. Ənəs (r) rəvayət edir ki, “Bir kimsə Rəsulullahdan (s) Əhli-beytindən kimi daha зox sevdiyini soruşanda, o (s): “Həsən və Hьseyni” – deyərdi. Rəsulullah (s) Fatiməyə: “Mənim oğullarımı зağır” – deyər, onları qucaqlayar və цpьb ətirlərini duyardı” (ət-Tirmizi, “Mənaqib”, 3774).
6. Yəla bin Murrəh (r) Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Hьseyn məndəndir, mən də Hьseyndənəm. Allah Hьseyni sevəni sevər. Hьseyn “Əsbat”dan biridir” (ət-Tirmizi, “Mənaqib”, 3774; İbn Macə, “Muqəddimə”, 144). Hədisdəki “əsbat” sцzь 3 məna verir: nəvə, qəbilə, ьmmət.
7. Əbu Səid (r) Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Həsən və Hьseyn Cənnət əhlinin iki gəncidir” (ət-Tirmizi, “Mənaqib”, 3778).
8. Abdullah bin Şəddad (r) atasından (r) rəvayət edir ki, Rəsulullah (s) iki axşam namazından (məğrib və ya işa) birində yanımıza gəldi. Həsən və Hьseyn onun belində idi. Peyğəmbər (s) qabağa keзib uşağı yerə qoydu, təkbir edib namaza başladı. Namaz vaxtı onun səcdəsi зox uzun зəkdi”. Atam deyir ki: “Səcdə uzun зəkdiyi ьзьn başımı qaldırıb baxdım. Gцrdьm ki, səcdədə olan peyğəmbərin belində uşaq oturub və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda səhabələr Rəsulullahdan (s) soruşdular: “Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyini zənn etdik!” Peyğəmbər cavab verdi ki: “Xeyr, bunlardan heз biri olmadı. Lakin, oğlum belimə mindi. Mən цzь dьşənə qədər onu dьşürməyi uyğun bilmədim” (ən-Nəsai, “İftitah”, 83 (2, 229, 320)).
9. Ənsardan Səlma adlı bir qadın rəvayət edir ki, “Ummu Sələmənin (r) yanına girdikdə gцrdьm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: “İndicə Rəsulullahı (s) başı və saqqalı torpaqlı halda yuxumda gцrdьm. “Sənə nə olub, ya Rəsulullah?” – deyə soruşdum. O, dedi: “Bir az əvvəl Hьseynin цldьrьldьyьnьn şahidi oldum” (ət-Tirmizi, “Mənaqib”, 3774).
10. Ənəs bin Malik (r) rəvayət edir ki, “Hьseynin (r) başı gətirildiyi zaman Ьbeydullah bin Ziyadə əlindəki sьngь ilə kəllənin burnuna, gцzlərinə vuraraq: “Bu qədər gцzəlini gцrmədim” – dedi. Mən də: “O, Əhli-beyt iзində Rəsulullaha (s) ən зox oxşayan şəxs idi” – dedim. (Buxari, “Kitabul-fadail əshab”, 24/88, ət-Tirmizi, “Mənaqib”, 3780).
Ьbeydullah bin Ziyad bin Əbu Sufyan – Mьaviyənin oğlu Yezidin xəlifəliyi dцvrьndə Kufə valisi idi. Hьseyn bu dцvrdə şəhid edilmişdi.
11. Ammar bin Uməyr (r) rəvayət edir ki, “Ьbeydullah bin Ziyad və yoldaşlarının kəlləsini Kufəyə gətirəndə Rahəbə məscidində зoxlu adam toplaşmışdı. Mən də onlara yaxınlaşdım. “Gəldi! Gəldi!” – deyirdilər. Gələn nə idi? – marağı ilə bir az da onlara yaxınlaşdım. Bir ilan kəllələr arasına girib yox olur, təkrar зıxırdı. İlan Ьbeydullah bin Ziyadın burun deşiyinə girdi və bir qədər qaldı. Sonra зıxıb getdi və qeyb oldu. Bir az sonra “Yenə gəldi! Yenə gəldi!” deyərək camaat qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı” (ət-Tirmizi, “Mənaqib”, 3782).
12. Əbu Musa (r) Həsən əl-Bəsridən (r) Əbu Bəkrin (r) belə dediyini eşitdiyini rəvayət edilir: “Mən peyğəmbərin (s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə (r) baxaraq belə dediyini eşitdim: “Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki mьsəlman kьtləni barışdıracaq” (Buxari, “Kitabul-fadail əshab”, 24/86).
13. Ənəs bin Malik (r) demişdir: “Heз kim Həsən bin Əli (r) kimi peyğəmbərə (s) зox oxşamırdı” (Buxari, “Kitabul-fadail əshab”, 24/92).
14. Şubə, Məhəmməd bin Yaqubdan rəvayət edir ki, “Mən İbn Əbu Numdan Abdullah bin Цmərin ona belə dediyini eşitdim: “İraq əhlindən bir adam məndən цldьrьlmьş milзəyin hцkmь haqqında soruşanda cavab verdim ki: “İraq əhalisi milзəyin цldьrьlməsi haqqında soruşur. Halbuki onlar peyğəmbərin (s) qızının oğlunu (Hьseyni) цldьrmьşdьlər. Peyğəmbər (s) isə o iki nəvəsi haqqında: “Onlar mənim dьnyada (ətrini duyduğum) iki reyhanımdır” – demişdir.” (Buxari, “Kitabul-fadail əshab”, 24/93).
Bu hədislər Həsən və Hьseynin (r) fəzilətinə nьmunədir. Həsən və Hьseyn (r) peyğəmbərin (s) Əli və Fatimədən (r) olan nəvələridir.
Həsən (r) hicrətin 3-cь ili Ramazan ayında Mədinədə anadan olmuşdur. Peyğəmbərə (s) зox oxşayan həlim xasiyyətli və yьksək dərəcəli təqva sahibi olan Həsən (r) hərtərəfli mьsbət xьsusiyyətlərə malik olub, var-dцvlətə və dьnyaya bağlı deyildi. Atasının цlьmьndən sonra xəlifə Mьaviyənin (r) ordusu ilə ona bağlı olan əsgərlərdən ibarət iki ordu qarşılaşdı. O, qan tцkьləcəyi anda Mьaviyə (r) ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmmədin ьmmətinə xəlifə olmaq istəmirəm deyərək xilafəti ona vermiş, və beləliklə mьsəlmanlar arasında qan tцkьlməsinin qarşısını almışdır.
49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir.
Hьseyn (r) hicrətin 4-cь ilində Şaban ayında anadan olmuş, 61 yaşında Kərbəla adlanan yerdə Məhərrəm ayının 10-da şəhid olmuşdur.
Ьmumiyyətlə istər Həsənin, istərsə də Hьseynin xəlifəliyi dцvrьndə və daha sonralar xilafətdə fitnələr gьndən-gьnə зoxalırdı. İslam tarixində bu hadisələr haqqında dəqiq məlumat gцstərilməyib. Mьxtəlif mьəlliflər mьxtəlif rəvayətlər edirlər. Daha ətraflı məlumat ьзьn “Tarix-Təbəri” kitabına mьraciət etmək olar.
Hьseynin (r) şəhid edilməsinin tarixi haqqında mцvcud rəvayətlərdən biri belədir:
Mьaviyə (r) oğlu Yezidi xəlifə təyin edərək цləndən sonra, Kufə əhalisi Hьseynə (r) məktub yazaraq onu xəlifə gцrmək istədiklərini və ona itaət edəcəklərini bildirdilər. Hьseyn (r) Mьaviyə oğlu Yezidə biət etmir və Məkkəyə gəlir. Kufəlilərin məktubunu Məkkədə alır və Kufəyə yollanmaq ьзьn hazırlaşır. Dцvrьn bцyьk səhabələrindən olan Цmərin oğlu Abdullah, Abbasın oğlu Abdullah və qardaşı Məhəmməd bin Hanəfiyyə (Əlinin (r) digər arvadından olan oğlu) kimi bir зox hцrmətli adamlar ona Kufəyə getməməsini tцvsiyyə edirlər. Lakin Hьseyn (r) yolundan qalmır. Yezid Kufəyə Ubeydulla bin Ziyadı vali təyin edər və Hьseyni (r) qarşılamaq ьзьn qoşun hazırlayır. Qoşuna Цmər bin Səd bin Əbu Vaqqas başзılıq edir. Məqsəd heз də Hьseyni (r) və onunla olanları цldьrmək olmasa da, bu qarşıdurma 72 nəfərin, o cьmlədən Hьseyn (r) və 19 nəfər əhli-beyt adamlarının şəhid olması ilə nəticələnir.
Hьseynin (r) kəsilmiş başını təhqir edən Ubeydullah bin Ziyadı, Allah İbrahim bin əl-Əştər adlı şəxsin əli ilə цldьrьr. İbrahimi Muxtar bin Əbu Ubeydə əs-Saqafi gцndərir. Ubeydullahın və yoldaşlarının kəsilmiş kəllələrini gətirərkən nazik bir ilanın kəllələrin burun və ağız deşiklərindən girib-зıxması rəvayət olunur. Doğrusunu Allah bilir.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar