Allah insanı ona ibadət üçün
yaratmşdır. Bu yolla insan Allaha
yaxınlaşmaq üçün bir sıra ibadətlər
edir, Onun bəyənmədiyi işlərdən çəkinir
və Onun razı olmadığı işləri etmir, necə
deyəllər Allahın istədiyi bir insan olur. Amma bu həmişə belə olmur. Bir çox
insanlar cəmiyyətdəki mövqeyindən
aslı olmayaraq Allaha ibadət və itaət
etməkdən boyun qaçırır və bunu nə
iləsə izah edib, bəhanələr gətirməyə
çalışır. Bütün bunların səbəbi nədir? Nə üçün insan Allahın dediklərinə və
əmrlərinə itaət etmək istəmir? Buna
mane olan nədir və bunu necə aradan
qaldırmaq olar? Bütün bunlar bugünkü
insan cəmiyyətinin ən mühüm problemi
hesab edilməlidir. Onu da qeyd etmək lazmdır ki, bu elə də asan həll edilə
bilən məsələ deyildir. İnsana mane olan
və onu Allaha ibadət və itaət
etməməsinə səbəb olan səbəbləri
aşağıdakı kimi qeyd etmək olar: 1.Birinci səbəb insanın özünü
tanımaması, necə və nə üçün
yarandığını və sonda nə olacağını
bilməməsidir. Bütün bunları öyrənmək
üçün insan ilk olaraq düşünməli,
oxumalı, öyrənməli və özündən öncə yaşamş insanlardan dərslər
götürməlidir. Quran da bizi ən çox
düşünməyə çağırır. Bütün
zərrəciklərdən tutmuş nəhəng planet,
qalaktikalara qədər düşünmək və
bütün bunlardan nəticə çıxartmaq lazımdır. Bütün bu ecəzkar aləmin və
bir- birlərini tamamlayan varlqların
heçnədən və heç bir səbəbdən və heç
bir hədəf olmadan yaranmadığını dərk
etmək lazımdır. 2. İkinci səbəb ondan ibarət ola bilər ki,
insan ibadəti və Allaha itaəti onun şəxsi
mənafelərinə zidd görsün. Bu halda
insan özünə sərf etmədiyi işi "boş
şeydi” deyib keçişdirir. Amma burada
insan hər tərəfli düşüncəyə sahib olmalıdır.Əgər insan Allahın əmrinin
onun məqəsd və hədəfinə zidd olmasını
görürsə, bu onun hər bir işi heç kimi və
hç nəyi nəzərə almadan yerinə
ytirməsinə haqq vermir. Burada
müxtəlif amilləri nəzərə almaq lazımdır. Bu amillərdən biri də yaradılış
qanunlarını bizlərə nazil edən Allahdır.
Hər şeydə bir qanunauyğunluq olduğu
kimi insanın cəmiyyətdə və şəxsi
həyatında da qanunlar olmalıdır.
Bunsuz qeyri- mümkündür. 3. Üçüncü səbəb insanın etdiyi
günahlardır. İnsan nə qədər çox
günaha bulaşmışsa bir o qədər çətin
Allah taalanın dediklərini eşidə və
anlaya bilir. Bunun üçün insan
günahlardan vaxtında çəkinməlidir ki, sonradan geri dönüş çətin olmasın.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar