Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazın fəziləti və namazı öyrətmənin əhəmiyyəti

Namaz, Allaha imanın və yaxınlığına nail olmanın, varlığını təxəyyül etməyin ən əsas vəsilələrindən sayılır. Namaz, nəfsi təmizləyib, tərbiyə etmənin və ən faydalı, ən gözəl əxlaqa alışdırmanın ən doğru vasitəsidir.

Namaz, islam binasının üzərinə oturduğu rükunların ikincisidir. Namaz, islamın təməlinin ən böyük və ən əsas əhəmiyyətli dirəyidir. Namaz, müsəlman insanı həyatı boyu ağlı başında bir mükəlləf olduğu müddətcə, islamın şüarlarına ən çox bağlayan bir ünsürdür. Allah Təala mömin qullarına namazı mühafizə etmələrini əmr edərək belə buyurur:
“- (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)”.
(Bəqərə, 238)
Namaz Peyğəmbərin (s.ə.s) ölümü vaxtı səhabələrinə ən son tövsiyəsi olmuşdur. Ənəs bin Malik (r.a) belə deyir: “Özünə ölüm gəldikdə Allah rəsulunun (s.ə.s) ən son vəsiyyəti, iki dəfə: “Namaza sarılın, namaza sarılın və əllərinizin altında olanlara diqqət edin” – demək olmuşdur. Sinəsi bu sözlərlə doluykən, dilindən bu sözlər tökülürdü”.(Əhməd, İbn Macə, Hakim. əl-Əlbaninin səhih dediyi bu hədisin ləfzi hakimə aiddir)
Bu da namazın nə qədər əhəmiyyətli olduğunu və islam dinindəki yerinin ölçülərini göstərir. Çünki, əhəmiyyətli olduğu üçün, Peyğəmbər (s.ə.s) bu dünyadan ayrılması və uca rəfiqinə (dostuna) çatması vaxtı bunu vəsiyyət etmişdir.
Əxlaq və nəfsin tərbiyəsi sahəsində namazın çox böyük faydaları vardır. Bəlkə də ən böyük faydası, mömin insanın namazını əda etməsi vaxtı ruhunda Rəbbbinə itaət etdiyini və özü ilə Allah arasında heç bir əngəlin olmadığını hiss etmiş olmasıdır. Belə ki, mömin təkbir alar almaz, birbaşa məliklər məliki və mülkün sahibi Allah ilə pıçıldaşmasıyla, qəlbində Onun hörməti, qorxusu və yaxınlığı gerçəkləşir.
Namazın müsəlmanın həyatındakı faydaları və onda meydana gətirdiyi ədəb, əxlaq və nəfs tərbiyəsi haqqında Allah Təala belə buyurur:
“- (Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”
İmam Qurtubi (rh.a) bu ayənin təfsirində belə izah verir: “Namaz, namaz qılanın bütün bədənini məşğul edər. Namaz qıldığı yerə, mehrabına girdiyi, Rəbbinə boyun əyib hörmət etdikdə, Onun hüzurunda olduğunu və Onun özünə hər cəhətdən vaqif olub gördüyünü xatırladıqda nəfsi düzələr, son dərəcə qiymətsiz və əhəmiyyətsiz olar (Özünü heç nə bilər). Allahın nəzarəti onun nəfsini əhatə edər və nəfsindəki heybət, əzalarında meydana çıxar”. Yəni namaz öz sahibinə, Allahın nəzarətini hiss etdiyindən və qulların hallarından xəbərdar olub bildiyini xatırlamasından meydana gətirdiyi duyğular səbəbilə doğru yolda istiqamət qazanmasını təmin edər.
Namaz, namaz vaxtına diqqətə və hörmətə alışdırdığı kimi, müsəlmana namazı əda etməsi əsasında özünü yoxlamağa və sakitliyə (sükunətə) də alışdırır. Namazın funksiyası: əxlaqı düzəltmək, günah və pislik kirlərindən təmizlənməklə yanaşı, bədən və sağlamlıq təmizliyində də çox əhəmiyyətli bir yerə sahibdir.
Namazın uşaq üzərindəki təsiri isə, namazın uşağın həyatında ən mühüm dini, sosial, əxlaqi, tərbiyəvi və tarixi bir hadisə olmasıdır. Elə isə namaza, uşağın həyatında elə belə gəlib keçən adi bir şey kimi baxmamağımız lazımdır.
Atanın öz övladına yeddi yaşında namazı öyrətməsi, Məhəmməd peyğəmbərin (s.ə.s) bu sözü ilə şəriətə görə vacibdir: “Uşaqlarınıza yeddi yaşında namazı əmr edin, (əgər qılmasalar) on yaşında namazdan ötrü yüngülcə döyün”.(Əbu Davud, Hədis, 418, Əhməd)
İslam namaza vərdiş etdirmə və qılınması işinə, ibadətlərə vərdiş müddətinin ən uzun müddətini qoymuşdur. Yeddi yaşından on yaşına qədərki yaş; vərdiş etdirmə, təlim və sevdirmə yaşıdır. Daha sonra on yaşından təklif çağına qədər olan vaxt cəzalandırma vaxtıdır.
Bütün bu illər, uşağını namaza vərdiş etdirərək düzəltməyə həvəsli bir ata üçün kifayətdir.


Tarix: 07.05.2013 / 21:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar
loading...