Hər bir məsələdə olduğu kimi
səhabələr haqqında da vəhy
məntiqinə əsaslanmaq
zəruridir. Tarixdə on iki min
nəfər səhabə adı qeyd
olunmuşdur. Bunların
arasında müxtəlif simalar
var. Sözsüz ki, Peyğəmbərlə
(s.a.a.) bir yerdə olmaq
böyük şərəfdir. Bu şərəfə
nail olanlar daim İslam
ümməti tərəfindən hörmətlə
anılmışlar. Çünki onlar İslamı
ilk qəbul edənlər, uğrunda
qılınc çalan, cihad edənlər və
İslamın izzət bayrağını
yüksəkliklərə
qaldıranlardırlar. Quran
onları hörmətlə anır:
"Sizlərdən (mal-dövlətini)
fəthdən (Məkkənin
fəthindən) əvvəl (Allah
yolunda) sərf edənlər və
(müşriklərə qarşı) vuruşanlar
(başqaları ilə) eyni deyillər.
Onlar (mallarını Allah
yolunda) fəthdən sonra sərf
edib döyüşənlərdən dərəcə
etibarilə daha üstündürlər.
Bununla belə, Allah onların
hamısına (həm birincilərə,
həm də ikincilərə) ən gözəl
mükafat (Cənnət) vəd
buyurmuşdur. Allah sizin nə
etdiklərinizdən
xəbərdardır!" (Hədid, 10).
Eyni halda etiraf etmək
lazımdır ki, Peyğəmbərlə
(s.a.a.) bir yerdə olmaq, onu
görmək, insanların
mahiyyətini dəyişəcək, onları
ömürlərinin sonunadək
sığortalayacaq iksir deyil.
Məsələnin aydınlaşması üçün
Qurana müraciət etmək
lazımdır. Qurana görə
Peyğəmbərin (s.a.a.)
hüzurunda olan insanlar iki
qrupa bölünürlər. Quran
birinci qrupu böyük hörmətlə
yad edir (Tövbə, 100; Fəth,
18; Həşr, 8; Fəth, 29).
Digər qrup isə qəlbləri xəstə,
iki üzlü insanlar idi. Hansı ki,
Quran onları ifşa edərək
Peyğəmbərə (s.a.a.)
xəbərdarlıq edir. Bu qrupa
daxil olanların bir neçə
nümunəsinə nəzər salaq:
1. Tanınmış münafiqlər: "(Ya
Peyğəmbər!) Münafiqlər
(riyakarlar) sənin yanına
gəldikləri zaman: “Biz sənin,
doğrudan da, Allahın
Peyğəmbəri olduğuna
şəhadət veririk! – deyirlər.
Allah sənin Onun həqiqi
Peyğəmbəri olduğunu bilir.
Allah həm də münafiqlərin
xalis yalançı olduqlarına
şəhadət
verir." (Munafiqun,1).
2. Tanınmamış münafiqlər:
"Ətrafınızdakı bədəvilər və
Mədinə əhalisi içərisində
ikiüzlülüyü özlərinə adət
etmiş (bu işdə mahir)
münafiqlər vardır. Sən onları
tanımazsan, Biz isə onları
tanıyırıq. Onlara iki dəfə
(dünyada və qəbir evində)
əzab verəcəyik. Sonra
(axirətdə) isə ən böyük
əzaba uğrayacaqlar." (Tövbə,
101).
3. Könlü xəstələr: "O zaman
münafiqlər və qəlblərində
mərəz (şəkk) olanlar: “Allah
və Onun peyğəmbəri bizə
yalan vəd etmişdir. (Biz zəfər
çala bilməyəcəyik)” –
deyirdilər." (Əhzab, 12).
4. Günahkarlar:
"(Münafiqlərin) bir qismi də
günahlarını etiraf etdi. Onlar
(əvvəl etdikləri) yaxşı bir
əməllə (sonradan etdikləri)
pis bir əməli bir-birinə
qarışdırmışlar. Ola bilsin ki,
Allah onların tövbələrini
qəbul etsin. Həqiqətən, Allah
bağışlayandır, rəhm
edəndir!" (Tövbə, 102).
Bütün bunlardan başqa hədis
qaynaqlarında səhabələri
məzəmmət edən çoxsaylı
hədislər də mövcuddur.
Buxari və Müslum
Peyğəmbərdən (s.a.a.)
rəvayət edirlər: “Qiyamət
günü səhabələrimin bəzisinin
hovuzdan (kövsərdən)
qovulduğunu görüb
deyəcəm: İlahi, bunlar mənim
səhabələrimdir. Allah
buyuracaq: Sən onların
səndən sonra nə etdiklərini
bilmirsən. Onlar (səndən
sonra) keçmiş dövrə
(cahiliyyə dönəminə)
qayıtdılar."
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar