Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hami Diqqetle Oxusun!!!

Niyə kədərlisən?
Hz. Adəm (a.s.) kimi 200 il tövbəmi
etdin?
Niyə kədərlisən?
Hz. İbrahim kimi atəşəmi atıldın?
Niyə kədərlisən?
Hz. Zəkəriyyə (a.s) kimi mişarlamı
kəsildin?
Niyə kədərlisən?
Hz. Yusuf (a.s) kimi quyuyamı atıldın?

Niyə kədərlisən?
Hz. Məhəmməd (s.ə.v.) kimi Taifdə
daşlandınmı?
Namaz qılarkən başına içalat
(bağırsaqmı) qoyuldu?
Dişinmi sındırıldı, üzünə tüpürcəkmi
atıldı?
Hicrətəmi məcbur edildin,
sevdiklərindənmi ayrıldın?
Niyə kədərlisən?
Hz. Həmzə (r.ə) kimi burnun, qulağınmı
kəsildi?
Niyə kədərlisən?
Musab bin Umeyr kimi qollarınmı kəsildi?
Niyə kədərlisən?
Cəfər ibn Əbu Talib kimi ox, mizraq və
qılınc zərbələriyləmi yaralandın?
Niyə kədərlisən?
Ammar, Sümeyyə, Yasir kimi işgəncəmi
gördün?
Niyə kədərlisən?
Bilal kimi qızğın qumlara yatırdılıb,
üzərinə daşlarmı düzüldü?
Niyə kədərlisən?
Yunus peyğəmbər kimi dənizəmi atıldın?
Niyə kədərlisən?
Eyyub peyğəmbər kimi bədənini
yaralarmı örtdü?
Niyə kədərlisən?
Hz. İsa kimi çarmıxa çəkməkmi istədilər
səni?
Niyə kədərlisən?
Yoxsa İbn Teymiyyə kimi “lə iləhə illəllah”
dediyinə görə ömrün zindanda keçdi?
Niyə kədərlisən?
Yoxsa İmam Nəsai kimi haqqı dediyinə
görə döyülərək öldürüldün?
Yenə də əhvalın pisdirmi?
Nə düşünürsən, dünyalıq işlərinimi? Artıq
özünə gəl!...
Kədərlənəcəksənsə
Namazını qəzaya saxladığın üçün, birinin
ürəyini qırdığın üçün,
Bazar ertəsi, cümə axşamı orucunu tuta
bilmədiyin üçün kədərlən..!!
Kədərlənəcəksənsə
Bu gün ALLAH üçün bir şey edə
bilmədiyin üçün, ALLAH və Elçisi (s.ə.v)-
ini məmnun edə bilmədiyin üçün
kədərlən!...
Kədərlənəcəksənsə
Fələstində, Çeçenistan, İraqda və
dünyanın dörd bir tərəfində zülm görən,
işgəncə edilən, öldürülən din qardaşların
üçün kədərlən!...
Kədərlənəcəksənsə
Bir kasıba kömək edə bilmədiyin üçün,
yetimin əlindən tuta bilmədiyin üçün
kədərlən!...
Kədərlənəcəksənsə
Afrikada və digər ölkələrdə bir loxma
çörək tapa bilməyən, xəstəliklərlə
mübarizə edən insanlar üçün kədərlən!...
Kədərlənəcəksənsə
Quranı kifayət qədər oxuyub, həyatında
tətbiq edə bilmədiyin üçün kədərlən!...
Kədərlənəcəksənsə
Peyğəmbər əfəndimizi, canından,
malından, dostlarından, yaxınlarından
hər şeydən çox sevə bilmədiyin üçün
kədərlən!...
Kədərlənəcəksənsə
ALLAHa, səni Yaradana həqiqi mənada
qul, Peyğəmbərimizə ümmət ola
bilmədiyin üçün kədərlən!...
Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını
düşünüb kədərlən...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar
loading...