Peyğəmbər (s.a.a.s) buyurur: Layiqli
övlad Allah tərəfindən verilən xoş
ətirli güldür ki, bəndələri arasında
bölüşdürüb və buyurub: Layiqli övlad
behiştin bir dəstə xoş ətirli gülüdür. Bir kişi Peyğəmbərin (s.a.a.s) yanına
gəlir və deyir: İndiyə qədər övladımı
öpməmişəm. Həzrət (s.a.a.s) buyurur:
Həqiqətən də, bu kişi cəhənnəm
əhlidir. Peyğəmbər (s.a.a.s): Oğlanla oğlanın,
qızla oğlanın və qızla qızın yatağını on
yaşına çatanda ayırın. Bəli, on yaşına
çatmış iki oğlanın və ya qızla oğlanın
və ya iki qızın bir yataqda yatmağı
məsləhət deyildir, İslam bu əməli bəyənmir. Peyğəmbərdən (s.a.a.s) nəql olunur
ki, Beş nəfər dünyadan gediblər,
ancaq onların qovluqları hələ
bağlanmayıb, daim onlara savab çatar:
o kəs ki, ağac əkib, insanların
bəhrələnməsi üçün su quyusu qazıb, məscid tikib, Quranı yazıb və
arxasında layiqli övladlar qoyub
gedib. İmam Cəfər Sadiq (ə.s) Peyğəmbərdən
(s.a.a.s) nəql edir: Övladlarınızı sevin
və onlara rəhmət edin. Əmirəlmöminin (ə.s): Övladın xəstəliyi
ata və ananın günahlarının
kəffarəsidir. İmam Sadiq (ə.s): Musa Tur dağında
Allaha buyurdu: Ya Allah, hansı əməl
sənin yanında ən üstün əməldir?”
Allah buyurdu: Övladlarını sevmək.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar