İmam Hüseyn (ə) Kufə qoşunu
qarşısında son xütbəsindən
sonra Əhli-Beyti (ə) ilə həmişəlik
vidalaşmaq üçün yenidən
çadırlara qayıtdı. Onlara
dözümlü, səbrli olmağı bildirib,
Allah savabını vəd etdi. Hüseyn
(ə) onlara matəm paltarları
geyinib əzadarlığa
hazırlaşmalarını tapşıraraq
buyurdu: "Bəlalara hazırlaşın.
Bilin ki, sizi qoruyan Allahdır. O,
tezliklə sizi düşmən şərindən
qurtaracaq, aqibətinizi xeyirlə
sona çatdıracaqdır,
düşmənlərinizi isə müxtəlif bəla
və müsibətlərə düçar edəcəkdir.
Çəkdiyiniz bu müsibətlərin
əvəzində sizə bol nemət və
fəzilət verəcəkdir. Məbada
narazılıq edib dözümsüzlük
göstərəsiniz. Yoxsa qədr-
qiymətinizi azaldarsınız. Sonra
İmam (ə) sözünə davam edərək
dedi: "Mənə elə paltar gətirin ki,
heç kimin ona tamahı düşməsin.
Onu altdan geyim ki, kimsə
çıxarıb məni üryan qoymasın."
İmam (ə) üçün qısa bir paltar
gətirdilər. İmam (ə) paltarı
gördükdə buyurdu: "yox, bu
zillət əhlinin geyimidir." Sonra
köhnə paltar götürüb geyindi.
Döyüş meydanına getmək
istəyərkən, qadınlardan ayrılıb
kənarda oturdu, ağlayan qızına
nəzər saldı. İmam (ə) ona son
dərəcə nəvazişlə dedi: "Əzizim,
bu mənim son görüşümdü. Bir
də Qiyamət günü Kövsər
hovuzunun başında görüşəcəyik.
Bəsdir ağladın, əsir düşməyə
hazırlaş. Səbr və dözümü özünə
şüar et. Məni tikə-tikə olmuş, isti
qumlar üstündə damarlarımdan
qan axan halda gördükdə səbrli
ol
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar