Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**iBReTLi_DiNi_HeKaYe**

Həzrəti Fatimeyi Zehra bir gün
atası peyğəmbərimiz
Məhəmməd (s.a.s) yanina gəlib
dedi: Ata cənnətə ilk olaraq
qadınlardan kim girəcək?
Peyğəmbərimiz : Filan məhəllədə
bir qadin var.O qadın cənnətə ilk
girəcək qadındır,buyurdular.
Həzrəti Fatimə çox
maraqlanmışdı. Məndəndənmi
əvvəl girəcək ata? - deyə
soruşdu. Həzrəti
Peyğəmbərimiz: Səndən də
əvvəl girəcək. Istəyirsən get bir
tanış ol dedi. Həmdə onu nə
üçün ilk cənnətə girən qadın
olacağını buyurduqlarınıda
öyrənərsən.
Çox maraqlanan HZ.Fatimə bir
gün həmin qadının evini axtara-
axtara gəlib tapır və qapını
döyür. İçəridən qoca bir qadın
səsi esidildi: Kimdir?deyə
soruşdu. HZ.Fatimə özünü
tanıdıb görüşmək istədiyini
söyləyəndə qadın : -Canim sənə
qurban ey Allah Rəsulunun qızı
səninlə görüşməyi çox
istəyirdim lakin bayıra
çıxmadığım üçün ziyarətinizə
gələ bilmirdim.Həyat
yoldaşımdan icazə almayınca
sizi içəri ala bilmərəm üzr
istəyirəm canım sənə
qurban.Sabah inşAllah gələrsiniz
ve məndə yoldaşımdan icazə
alaram gorüşərik dedi.
HZ.Fatimə sağollaşıb geri
döndü,qadın da axşam əri
gələndə məsələni başa salıb
icazə aldı.Ikinci gün qadınla
görüşəcəyinə əmin olan
HZ.Fatimə yanında Hz Həsəni"də
götürüb gəlir.Qapını döyür və
gəldiyini bildirir.Qadın
HZ.Fatimənin yanındakı uşağı
görüb deyir: Üzr istəyirəm mən
ərimdən yalnız sizin üçün izn
almışdim,istəyirsiniz siz girin
uşaq bayırda gözləsin.Yada
ərimdən uşaq üçündə icazə
alaram sabah birlikdə
gələrsiniz.HZ.Fatimə geri dönüb
sabahı gözlədi.Sabah yanında
birdə HZ.Hüseyn'idə gətirdi və
yenə həminki kimi geri döndü.
Qadın ərindən üçünədə icazə
aldı və HZ Fatiməni gözləməyə
başladı.4-cü gün Hz.Fatimə
uşaqlarla birgə qadının evinə
gəldi və içəri daxil olub
salamlaşdı.Baxıb gördü
ki,qapının arxasından danışan
yaşlı qadin gözəl ve yaraşıqlı bir
xanımdı.Hz.Fatimə təəccüblənib
soruşdu:Mənimlə danışarkən
səsiniz çox yaşlı qadın səsiydi
indi isə tam əksinə. Qadin cavab
verdi:Sizinlə danışarkən səsim
bayıra çıxırdı,yad kişilər
eşitməsin və günaha batmayım
deyə ağzıma bir daş parçası
almışdım.Indi isə o daşı
çıxartdım.
Hz.Fatimənin gözləri
dolmuşdu.Atasının niyə ilk
cənnətə girən qadının bu
olduğunu söylədiyini başa
düşdü. Qadın HZ.Fatiməyə:Ey
Allah Rəsulunun qızı! Indi mən
yoldaşıma qarşı vəzifəmi yerinə
yetirmiş olurammı?Allah məni
ərimə qarşı hesaba çəkər deyə
çox qorxuram,dedi. HZ.Fatimə
Atasinin mujdəsini bildirdi. -Yox!
Sən Atamın cənnətə ilk girəcək
qadın deyə müjdələdiyi
birisən.Heç bir qadın sizin
etdiyinizin yüzdə birini
etməz ,dedi. VƏ CƏNNƏTƏ
GIRƏCƏK ILK QADINLA
SÖHBƏTDEN SONRA ICAZƏ ALIB
EVƏ DÖNDÜ


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Maraqlı melumatlar
loading...