Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Əli (ə)-dan Hədislər

1. Heç bir bəndə zarafat və ya ciddi
yalanı tərk etməyincə imanın dadını
dadmaz.
2. Tövbənin dörd əsası vardır: 1-Qəlbən
peşmançılıq;2-Dil ilə istiğfar;3- Bədən
üzvləri ilə (saleh) əməllər etmək;4-Bir
daha günaha qayıtmamaq üçün
(ciddi)qərara gəlmək.
3. Bilik üç növdür: Fiqh dinlər üçün,Tibb
bədənlər üçün və Nəhv (sintaksis) dil
üçün.
4. Hər canlının dərdi vardır.Hər bir
dərdin də dərmanı..
5. Zülm və fəsad yolundan çəkinib itaət
yolunu tutun ki,axirətdə xoşbəxt
olasınız.
6. Allahdan həya etmək bir çox
günahları aradan aparır.
7. Elmsiz əməl etmək zəlalətdir (yoldan
azmaqdır).
8. Bəndələrin dünyadakı
əməlləri,axirətdə gözlərinin qabağında
olacaqdır.
9. Təqvalıların nəfsi qane,şəhvətləri
ölü,çöhrələri açıq,qəlbləri isə qəmgindir.
10. Dünya bulud kölgəsi və şirin yuxu
kimidir.
11. Ağıllı şəxs odur ki,öz nəfsi üzərində
qələbə çalsın və axirətini dünyasına
dəyişməsin.
12. Kimə bu dörd şey verilsə,ona dünya
və axirət xeyri verilmişdir:danışdıqda
düzlük,əmanəti qaytarmaq,qarnı
(haramlardan) gözləmək,xoş xasiyyət.
13. Qəzəbdən çəkin ki,onun başlanğıcı
dəlilik,sonu isə peşmançılıqdı.
14. Ağıllı şəxs odur ki,dilini saxlasın.
15. Yalan dünyada rüsvayçılıq,axirətdə
isə əzabdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar
loading...