Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışlanmaq insan üçün ən xeyirli və ən vacib olandır

BİSMİLLAHİR REHMANİR REHİM
" Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.” (Şura Surəsi, 25)
Ayəsində də bildirildiyi kimi, Allah bağışlayandır. Möminlər də Allahın bəyəndiyi əxlaqa tabe olan kəslər olaraq, birindən pislik gördüklərində bağışlamağı, pisliyi yaxşılıqla uzaqlaşdırmağı seçərlər. Şübhəsiz, bir pislik qarşısında səbr edərək, pislik edən kimsəni bağışlayaraq intiqam ehtirasına qapılmamaq, qəzəbini boğmaq, təqva sahibi insanlara xas bir xüsusiyyətdir. Və bu münasibətin qarşılığı Allahın məmnuniyyəti və sevgisidir. Allah bir ayəsində belə bildirir:
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mal-larındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran Surəsi, 134)
Pisliklərə qarşı yaxşılıqla cavab verərək bağışlayan adam eyni zamanda özü və ətrafı üçün də sülh və hüzurlu bir mühit hazırlamış olur. Bu əlbəttə ki, qarşılıqlı olaraq intiqamların alındığı, kin, nifrət, düşmənçilik duyğularının hakim olduğu bir mühitlə müqayisə edilməyəcək qədər asan, dinc və rahat bir mühitdir. İnsan, ilk an qapıldığı qəzəb və kin duyğularından xilas olmaq üçün bəlkə qısa bir müddət nəfsini sabitləmək və səbr etmək və səy göstərməli olacaq, amma qarşılığında dostluq, sevgi, hörmət və sülh dolu bir ruha və mühitə sahib olacaq. Allah ayələrində möminlərə belə bildirir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.(Fussilət Surəsi, 34-35)
Allah, gözəl əxlaqın qarşılığında insanlara gözəl və asan bir həyat təqdim edir. Əfvedici olmayan bir insanın ətrafında həmişə düşmənləri, ona kin və nifrət bəsləyən insanlar olarkən, bağışlayan insanın dünyada aldığı qarşılıq dinc və sülh dolu bir həyat və yaxın dostlardır.


Tarix: 06.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar
loading...