Namaz qılanın məqamı
Allahın Peyğəmbəri (s): "Namazda olduğun müddətdə Qadir padşahın evinin qapısını döyürsən. Kim padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır."
İmam Əli (ə): "Əgər namaz qılan, Allahın cəlalından hansı tacının onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi."
İmam Əli (ə): "Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis paxıllıqla ona baxar."
Namazı namaz olmayan şəxs
Allahın Peyğəmbəri (s): "Namazın ruku və səcdəsini düzgün yerinə yetirməyənin namazı namaz deyil."
Allahın Peyğəmbəri (s): "Kim namaz əsnasında qəsdən sağında və solunda kimin olduğunu başa düşsə, namazı namaz deyil."
İmam Sadiq (ə): "Zəkat verməyən şəxsin namazı düzgün deyil."
İmam Sadiq (ə): "Haqinin, haqibin və haziqin namazı düzgün deyil. Haqin sidiyini sıxıb saxlayan kimsə, haqib nəcis ona sıxıntı verən və haziq də ayağına geydiyi şeydən sıxılan şəxsdir."
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar