Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Coox Tesilidir.

Bacımın ölüm anı (Olmuş hadisə) Özüm
də pis oldum :(( Ərəb ölkələrinin birində
olmuş hadisə Bacım solğun və yorğun
görünürdü, fəqət
hər zaman olduğu kimi Quran
oxuyurdu. Nə zaman axtarsan səccadəsində rüku

səcdə vəziyyətində və ya əllərini göyə
açaraq dua edən görərdin. Səhər-
axşam və
ya gecəyarısı fərq etməzdi. Hər zaman bu cür idi. Mən isə jurnal, kitab
oxumağa həvəskar
idim. O qədər çox videoya baxırdım ki,
bununla məşhur olmuşdum.
Vəzifələrimi
tam olaraq yerinə yetirə bilmirdim. Namazda da çox nizamlı deyildim. Bu
gün də həmişəki kimi üç saat
müddətində müxtəlif filmlərə tamaşa
edib,
videonu söndürdüm. Yaxınlıqdakı
məsciddən azan səsi gəlirdi. Yatağıma döndüm.
Bacım otağından məni səslədi. -“Nə
istəyirsən?”- deyə soruşdum.
Hiddətli səslə :
-“Sübh namazını qılmadan yatma!” –
dedi. Sonra da yanıqlı səslə:
-“ Aaa, sübh namazına hələ bir saat var,
bu
birinci azandır!” söylədi. Bacım, ölümcül
xəstəliyə tutulub, yatağa
düşənə qədər bu cür idi. Məni yanına çağırdı:
-“Qardaşım, bir yanıma gəl!”
-“Nə istəyirsən?”- deyə soruşdum.
-“Otur!” Oturdum:
-“Bacım, nə olub axı?” – deyə
soruşdum. Xoş və yumşaq səslə dilləndi:
-“Hər bir kəs (canlı) ölümü dadacaqdır.
Şübhəsiz ki, mükafatlarınız qiyamət
günü
tamamilə veriləcəkdir.” (Ali İmran
surəsi, 185) Bir an susdu və məndən soruşdu:
-“Ölümə inanırsanmı?”
-“Əlbəttə, inanıram.” – deyə cavab
verdim.
-“Etdiyin hər şeyə görə bir-bir hesaba
çəkiləcəyinə inanırsanmı?” -“Bəli, amma... Allah böyükdür və rəhmlidir.
Həm də həyat daha uzundur... Bacım,
ani
bir ölümdənmi qorxursan? – deyə
soruşdum.
-“Qardaşım bax! Filankəs səndən də yaşca
kiçik idi, amma yol qəzasında öldü.
Sonra filan, filan... Ölüm ömür diləməz.
Ölçüsü də
yoxdur.” –deyə cavab verdi. Bacımın bu
son sözləri eşitcək otağın qaranlığı qəlbimi sıxdı:
-“ Mən qaranlıqdan qorxuram, sən də
məni
ölümlə qorxutdun, indi mən necə
yatacağam. Həm də mən bu tətildə
sənin də bizimlə gəlməyə qərar verdiyini
sanırdım.” Bacımın səsi anidən
boğuqlaşdı və boğuq
səslə:
- “Mən bəlkə bu il uzun bir səfərə
çıxdım. Bəlkə başqa bir məkana, bəlkə...
Ömürlər
Allahın əlindədir.” Ağlamağa
başlamışdım.
Onun bu amansız xəstəliyini
düşündüm. Həkimlər atama bəlkə də bu xəstəliyin
çox
vaxt almayacağını söyləmişdilər. Amma
bunu bacıma kim demiş ola bilərdi?
Yoxsa
bunu özü də hiss etmişdimi? -“Nə düşünürsən?” – bacım bu dəfə güclü
bir səslə soruşdu – “bunları xəstə
olduğum
üçünmü söylədiyimi sanırsan? Əsla yox!
Bəlkə sağlam adamlardan uzun bir
ömrüm olacaq və sən nə zamana qədər
yaşayacaqsan? Bəlkə 20 il, bəlkə 40 il,
bəs sonra ?! Bir-birimizdən fərqimiz
yoxdur.
Hamımız köçəcəyik. Ya Cənnətə, ya
Cəhənnəmə. Allahu təalənin bu sözlərini
heç eşitmədinmi? : “Oddan
(Cəhənnəmdən)
uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə
muradına çatacaqdır.” (Ali İmran surəsi,
185) -“Allah rahatlıq versin!” –deyib
otaqdan
çıxdım. Bacımın səsi isə qulağımda əks
səda verdi: -“Namaz qılmağı unutma!” Səhər saat 8
idi. Qapının döyüldüyünü
eşitdim. Hələ qalxmaq vaxtı deyildi.
Ağlaşma səsi gəlirdi. “Axı nə olub?”.
Sualın
cavabı özünü çox gözlətmir. Bacımın vəziyyəti ağırlaşmış və atam onu
xəstəxanaya aparmışdı. O il tətilə gedə
bilmədik. Yəqin qədərimizə
evdə oturmaq yazılıbmış. Uzun bir
gözləmədən sonra...
Saat günorta 1-i göstərəndə atam xəstəxanadan evə zəng etdi:
-Onu indi ziyarət edə bilərsiniz. Tez
olun!” Anam atamın həyəcanlı
olduğunu, səsinin
dəyişdiyini dedi. Paltomu əlimə
götürdüm. Tələsik maşına mindik. Hər zaman
gəzməyə çıxdığımız yol xeyli uzun
görünürdü. Nə olub bu gün bu yola?
Qurtarmaq bilmirdi. Bu gün nə boğucu
və sıxıcı idi. Anam yanımda bacım üçün
dua edirdi. Axı o, yaxşı və dürüst bir qız idi.
Bir
gün belə vaxtını boş yerə keçirdiyini
görməmişdim.
Xəstəxanın çöl qapısına çatdıq. Budur,
ah-vay içində bir xəstə. Yol qəzasında yaralanmışdır. Üçüncünün
gözləri çıxmışdır. Bilinmir ki, bu dünya
əhlidir, yoxsa Axirət ?!
Əvvəl heç görmədiyim mənzərəydi.
Sürətlə
pilləkəni çıxdıq. Bacım ciddi nəzarət altında idi. “Sizi onun yanında
aparacağam”, -deyə tibb bacısı bizə
yaxınlaşdı və anama təsəlli verdi: “Huşu
indi-indi özünə gəlir.”
Bir nəfərdən artıq adamın girməsi
qadağan idi. Bax budur, ciddi nəzarət otağının
qapısının
pəncərəsindən, həkimlərin arasından
bacımın mənə baxan gözlərini görə
bildim.
Anam yanında durmuşdu. İlk dəqiqədən
sonra göz yaşlarını gizləyən anam
otaqdan
çıxdı. Çox danışmamaq şərti ilə yanına
girməyimə icazə verdi: “İki dəqiqə sənə
bəs edər!” Daxil oldum:
-“Bacım necəsən?”
Əlimi sıxdıqdan sonra cavab verdi:
-“”Əlhəmdulillə h, indi yaxşıyam.” Əlhəmdulilləh. Amma əlləri buz kimiydi.
Yanında oturmaq istəyəndə, bilmədən
ayağına toxundum, ayağını çəkdi.
-“Bağışla, səni narahat etdimmi?” –
soruşdum.
-“Əlbəttə yox. Sadəcə Allahu təalənin bu sözünü xatırladım: ”Qıçı-qıçına
dolaşacağı
zaman, aparılacağı yer Rəbbinin hüzuru
olacaqdır ! (Qiyamə surəsi, 29-30)”
Mənim
üçün dua et, qardaşım. Bəlkə yaxında Axirət günlərinin birincisinə salam
deyəcəyəm. Yolum uzun, tədarüküm isə
azdır.” Dediklərini eşitdikdən sonra
gözlərimdən
damla-damla yaş axmağa başladı.
Ağladım. Və bu sözlər bacımdan eşitdiyim son
sözlər
oldu. O artıq danışmırdı. Mən isə harada
olduğumu artıq
unutmuşdum. Hönkürtü ilə ağlayırdım.
Atam mənim üçün daha çox narahat olurdu. Bu cür ağlamağıma və otağıma
çəkilməyimə öyrəşməmişdilər . O həzin gün... Günün batması ilə
evimizdə uzun bir səssizlik hökm sürdü.
Qohumlar
gəldi. Söhbətlər. Gəlib-gedənin səsi bir-
birinə qarışırdı. Mənimsə bildiyim tək bir
şey var idi: “Bacım artıq vəfat etmişdi”. Kim gəldi, nələr dedi, artıq ayırd edə
bilmirdim. Allahım, haradayam, nələr
baş
verir? Ağlamaqdan yorulmuşdum.
Bacımın
kədərlənmiş halını düşünüb, ölüm barəsində söylədiklərini xatırladım: “Və
qıçın-qıçına dolaşacağı zaman” və
həqiqəti
anladım ki, “o gün aparılacağın yer
Rəbbinin hüzuru olacaqdır !” O gecədən
etibarən bacımın namaz qıldığı yerə getmədim. O zaman anladım ki,
kim
anamın bətnini mənimlə bölüşdürüb,
çünki
biz əkiz idik. Kim üzüntülərini mənimlə
bölüşdürüb. Kim sıxıntılarımı uzaqlaşdırıb.
Kim hidayətim üçün dua edib. Kim
mənə ölümdən, hesabdan bəhs
edərkən gecələr
boyu göz yaşı töküb... Bu gün onun
qəbrdə ilk gecəsidir. Allahım, ona mərhəmət et, qəbrini nurla doldur.
Bu onun oxuduğu Qurani-Kərim... Bu onun
səccadəsiydi. Onunla yaşadıqlarım
günləri
bir-bir xatırladım və boş keçən
günlərimə
ağladım. Göz yaşlarımın arası kəsilmədi. Mənə
mərhəmət etməsi və məni bağışlaması
üçün Allaha dua etdim. Allahın onu
qəbrində nemətləndirməsi üçün dua etdim.
Və birdən özümdən bunu soruşdum:
-“Əgər mən ölsəydim? Sonum nə cür
olacaqdır?
Üstümə bir qorxu çökdü və bu suala
cavab belə axtarmadan yerimdən qalxdım.
“Allahu Əkbər, Allahu Əkbər” Sübh
azanı..
Fəqət bu dəfə nə qədər şirin.. Bir hüzur

rahatlıq hiss etdim. Müəzzinin dediklərini bir-bir təkrarladım.
Sevinirdim.. Axı Allahu
təalə mənə rəhm edib, möhlət vermişdi.
Sübh namazına qalxdım və hüzur
içində
namaz qıldım. Daha öncə bacımın qıldığı və onun son
namazı kimi... Daha səhər açıldıqda
axşamı gözləmirəm,
axşam olduqda isə səhərə çıxacağımı
düşünmürəm..


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 384 Bölmə: Maraqlı melumatlar
loading...