Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xristian Alimin Suallari Ve Islami Qebul Etmesi

Imam Sadiq (ə) buyurmşudur: «Bir gün atamla birlikdə Hişamın məclisindən qayıdırdıq ki, yolumuz xristianların yığışıb alimlərinə sual verdikləri yerdən düşdü. Yaxınlaşdıq ki, görək nə xəbərdir.
Saçı ağarmış bir qoca kişinin onların arasında oturduğunu, Məsihi ardıcıllarının da onun qarşısında əyləşdiklərini və ona müxtəlif suallar verdiklərini gördük. Biz də onların arasında oturduq.
Qoca xristian atam Imam Məhəmməd Baqir əleyhisslamı gördükdə dedi: «Sən bizdən ya Muhəmmədin ardıcıllarındansan?»
Atam cavab verdi: «Muhəmmədin ardıcıllarındanam».
Qoca kişi dedi: «Alimlərdənsən ya cahillərdən?»
Atam buyurdu: «Cahillərdən deyiləm».
Qoca kişi dedi: «Mən səndən soruşum ya sən məndən soruşursan?»
Atam buyurdu: «Sən soruş».
Qoca kişi heyrətlə atama baxdı və dedi: «Ey Allahın bəndəsi! Gecə olmayan və gündüz də olmayan saat hansı saatdır?»
Atam buyurdu: «Danın söküldüyü ilə günəşin çıxdığı vaxtın arası».
Qoca dedi: Hansı saatlardandır?
Atam buyurdu: «Cənnətin saatlarındandır. Bu saatda xəstələr ayılar, ağrılar toxtayar və gecə yuxusuz qalan yuxulayar».
Kişi dedi: Cənnət əhli yeyib-içərlər, amma bir şey ifraz etməzlər. Bu dünyada da onlara bənzər bir şey varmı?
Atam buyurdu: «Bəli, uşaq anasının bətnində yeyər, lakin yediyi şeyi ifraz etməz.»
Qoca dedi: Iddia edirsən ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o meyvələrdən heç bir şey azalmaz və əvvəlki halına qayıdar. Dünyada da elə bir şey varmı?
Atam buyurdu: «Bəli, çıraqdır. Әgər yüz çırağı bir çıraqdan yandırsan yenə də ondan bir şey azalmaz».
Xristian alim yerindən qalxıb dedi: Bu kişi məndən daha alimdir və mübahisə etdiyi adamın Imam Məhəmməd Baqir əleyhisslam olduğunu öyrənən kimi ona iman gətirib müsəlman oldu.»


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar
loading...