Bir gün, bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək, "Sizə dünya və axirətlə əlaqəli soruşacaq suallarım var." deyər. Bunun üzərinə Peyğəmbərimiz o kimsəyə, "Nə istəyirsənsə soruş" buyurar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz arasında bu dialoq yaşanar: 
- İnsanların ən zəngini olmaq istəyirəm.
  Qənaətkar olsan insanların ən zəngini olarsan. 
- İnsanların ən xeyirlisi olmaq istəyirəm. 
 İnsanların ən xeyirlisi, insanlara faydalı olandır. Sən də insanlara faydalı ol.
 
- İnsanların ən ədalətlisi olmaq istəyirəm. 
 Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan. 
- İnsanlar içində Allaha ən yaxın, Onun ən xas qullarından olmaq istəyirəm. 
 Allahı çox zikr edib xatırlayar və xatırlasan o zaman Allahın ən xas qulu olarsan. 
- Muhsinlerden, yaxşılıq edənlərdən olmaq istəyirəm. 
 Allaha, ONU görür kimi ibadət et, hər nə qədər sən ONU görməsən də O səni görür. 
- İmanımı kamala çatdırmaq istəyirəm. 
 Gözəl əxlaqlı olsan imanın kamala çatar 
- İnsanların ən mərhəmətlisi olmaq istəyirəm. 
 Əvvəl özünə və insanlara mərhəmət et ki; Allah da sənə mərhəmət etsin.
 
- Qiyamt günü nur içində yatmaq istəyirəm. 
 Heç kimə zülm etmə, qiyamət günü nur içində yatarsan. 
 
- Günahlarımın azalmasını istəyirəm.
İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan günahların azalar. 
 
- İnsanların ən kərimi olmaq istəyirəm. 
Allaha qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.
 
- Ruzimin bol olmasını istəyirəm. 
Təmizliyə davam etsən ruzinin bol olar. 
 
Allah və Elçisi tərəfindən sevilmək istəyirəm. 
O zaman Allah və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə. 
 
- Allahın mənə qızmasından özümü qorumaq istəyirəm. 
Kimsəyə qızmazsansa Allahın qəzəbindən və qızmasından xilas olarsan.
 
- Duanın qəbul edilməsini istəyirəm. 
Haramlardan çəkinsən duaların qəbul olar. 
-Allahın məni başqalarının yanında alçaq etməməsini istəyirəm. 
Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.
 
- Allahın ayıblarımı, qüsurlarımı örtməsini istəyirəm. 
Qardaşlarının ayıblarını örtsən Allah da sənin ayıblarını örtər.
- Mənim günahlarımı nə silər? 
Gözyaşların, huduun (hörmətlə Allaha qulluğun) və xəstəliklər
 
- Allah yanında hansı yaxşılıq daha fəzilətlidir? 
Gözəl əxlaq, bəlalara səbir və qəzaya razılıq.
- Allah yanında ən böyük günah hansıdır? 
Pis əxlaq və Allahın əmrlərinə qarşı göstərilən xəsislik
 
- Rəhman Allahın qəzəbini nə dindirər? 
Gizlidən gizliyə sədəqə vermək və sılasnı rəhm (qohumları ziyarət və görüb güdmək).
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar