Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏSVƏSƏLİYİN NAMAZA TƏSİRİ

(İslami saytlara istinadən)

İmam Sadiq (ə) buyurur: “Şeytan vəsvəsə vasitəsilə Allah bəndəsinin zərərinə bir iş görə bilməz. Ancaq o halda ki, bəndə Allahı yada salmaqdan məhrum olar”.

Vəsvəsə ən qədim psixoloji anomaliya kimi tanınaraq, insanlar arasında xüsusi əhəmiyyətə malikdir. Vəsvəs sözü bizim zamanımızda iki mənada işlədilir. Biri fikri vəsvəsəlikdir. Buna misal olaraq, insanın ölümdən, yangından və başqa şeylərdən qorxub, ehtiyat etməsi ola bilər. O biri isə əməli vəsvəsəlikdir. Məsələn əli yumaq, qapı və qıfılları yoxlamaq, daim “səliqəli” olmaq kimi.

Bizim əsas mövzumuz fikri vəsvəsəlikdir ki, insan üçün çox sayda problemlər yarada bilər. Bu halda vasvası insan mümkündür ki, zehnində çox sayda dəhşətli səhnələr qursun. Xəstə adam hər nə qədər ona müqavimət göstərsə də, ondan xilas ola bilmir. Bu fikri vasvasılığı bir çox suallara yol açır: Tanrını kim yaratmışdır? Həyatın hədəfi nədir? Bu suallar günahla dolu məsələlərdən başlamış, müxtəlif xəstəliklərdən qorxmağa qədər uzanar. Bütün bu fikirlər vasvası insanı dəhşətli vəziyyətə salar.

Xüsusən də namazda vasvasılıq etmək insan üçün çox böyük problemlər yarada bilər.

Bu mövzu həqiqətdə də mövcuddur. Çünki İslam dini də buna işarə edərək, şeytan əməli olduğunu vurgulayır. Misal üçün Üsuli-Kafidə yazılır: “İmam Sadiqin (ə) yanında ağlı ilə məşhur olan bir insanın adını çəkirlər və onun vasvasılıq xəstəliyinə düçar olduğunu da xəbər verirlər. Həzrət buyurur: “Necə ağıllıdır ki, şeytana itaət edir””.

Məsum İmamlar (ə) bu xəstəlikdən müalicə olunmağın bir çox yollarını göstəriblər. O cümlədən “Lə İləhə İlləllah” və “lə həvlə və lə qüvvətə illə billəh” zikrlərini söyləmək kimi. Həqiqətdə bütün bunları Allahı zikr etməkdə xülasə edə bilərik.

Yeni elmi mənbələrdə fikri vasvasalığı aradan aparmaq üçün dərmanla müalicədən başqa xüsusi üsullardan istifadə edilir. Onlardan ən mühümü fikri həbs etməkdir. Bu yolla xəstə adamdan tələb edilir ki, o, bilərəkdən fikirlərini azad buraxsın. Bu zaman həkim qəflətən qışqırar ki: dayan. Belə görünür ki, bu hərəkət fikri vasvasılığın qarşısını alır.

Buna baxmayaraq, namaz vaxtı zikrlərin edilməsi daha çox məqsədə uyğun gəlir. Dil və zehnin “Ğeyril məğzubi əleyhim vələzzallin” zikrini söyləməsi möminin şeytan və iblisdən ayrıldığını göstərər. Gündəlik namaz zamanı “Həmd” surəsindən sonra “Nas” surəsinin deyilməsi fikri vasvasılığın qarşısını almaqda ən qüdrətli vasitə kimi görülür.

İşarə olunduğu kimi, Məsum İmamlar (ə) bəşərin həqiqi həkimləridirlər. Onlar vasvasılıqdan uzaq olmaq üçün Allahı zikr etməyi tövsiyə edirdilər. Bu İlahi əmrdir: ”Məni zikr etmək üçün namaz qılın”.

Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar
loading...