Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təəccüb Edirəm

Öləcəyin yəqin bildiyin halda fərəhlənən şəxslərə

Hesaba cəkiləcəyin bildiyi halda var-dövlət yıganlara

Qəbrə girəcəyini bildiyi halda gülənlərə

Axirəti yəqin bildiyi halda istirahət edənlərə

Dunyanın yox olacağını bildiyi halda ona güvənən və qəlbi onunla rahatlıq tapanlara

Dili alim, qəlbi cahil olanlara

Su ilə təmizlənıb, mənən saflaşmayanlara

Başqalarının qüsur və eyibləri ilə məşğul olub öz nöqsanlarını görməyənlərə

Allah-Təalanın etdiklərinin hamısını bildiyi halda Ona üsyan edənlərə
-Qənaet edən zəngin olar.
-Qısqanlığı tərk edən rahatlıq tapar.
-Haram əməlləri tərk edənin dini, az danışanın aglı kimi olar.
-Az ruziyə qane olanlar Allaha daha cox güvənərlər.

Ömrünü dünya malına həsr edən insan görəsən Cənnəti nəyin qarşılıgına istəyir?

Axirətin ücün elə calış ki, sanki sabah öləcəksən.

Dunya malından yalnız sənə lazım olan qədərini götür, sanki sən bu dünyanın əbədi sakini deyilsən.

Hər gün ömür təqvimindən bir vərəq düşür, amma sən buna fikir vermirsən. Hər gün ruzin verilir, amma Allaha şükür etmirsən. Nə aza qənaət edir, nə də coxa qane olursan.

Tövbə etmək istədiyin vaxt, qətiyyən onu başqa vaxta təxirə salma.

Əməlsiz axirəti istəyib, gözəl əməlləri tərk edənlərdən olma.

Allaha gözəl qulluq edənlərin sözləri dilindən düşmür, amma riyakarların etdiklərini təkrar edirsən.


Verilən nemətlərə qənaet, başına gələn bəlalara səbr etmirsən.

Xeyirli işlərin başqalarına əmr etdiyin halda, özün nalayiü işlərdən çəkinmirsən.

Saleh adamları sevirsən, amma onlar kimi davranmırsan.

Etmədiyin işləri deyir, Allahın əmr etdiklərini isə yerinə yetirmirsən.

Haqqını başqalarından alırsan, başqalarının haqqını isə tam qaytarmırsan. Allah yolunda savaşın insan ancaq özü üçün savaşmış olur. Sözsüz ki, Allah kimsənin ibadətinə möhtac deyildir!Hər kəs və hər şey Ona möhtacdır! Nə iş görsən onun qarşılığını alırsan. Nə əkərsən onu biçərsən.
Ey dünya və dwnya malına ibadət edənlər! Sizin halınız üzü mərmərlərə bəzədilmiş, içi isə əzabla dolu olan soyuq qəbirlərə bənzər. İnsanlara şirin dil və gözəl sözlər söyləyir, anlarla çox gözəl davranırsız, ancaq içinizdə onlara qarşı ağlagəlməz hiylələr qurursunuz. Qaranlıq otaq bayırda yandırılan çıraqla işıqlanmadıgı kimi, piş işlər görüb aldadıcı və gözəl sözlər söyləməyində faydası olmaz. Əməl və ibadətlərinizi Allaha xatir edin, əvəzini ancaq Allahdan diləyin. Çünki Allah istənilən şeyin ən yaxşısını və üstününü verəndir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...