Keçən bəhslərdə qeyd etdiyimiz kimi ("Həqiqət olduğu kimi" 1-cild), o, Peyğəmbər (s)-dən beş yüz hədis yığmış və sonra hamısını yandırmışdı. Öz moizəsində xalqa belə demişdi: Peyğəmbərdən heç nə rəvayət etməyin. Hər kəs sizdən sual etsə deyin: Quran bizimlə sizin aramızdadır. Onun halalını halal və haramını isə haram sayın.
Qeyd etdik ki, o, Peyğəmbər (s)-in vəsiyyət yazmasında o Həzrətlə müxalifətçilik etmişdi. Ömərin dediyi: “Allah Rəsulu dediyini bilmir, Quran bizə bəsdir” sözündən himayət etmişdir!
Həmçinin, Allah Rəsulundan Əli (ə)-ın xilafəti barəsində olan rəvayətə göz yummuş, xilafəti qəsb etmişdi.
Peyğəmbər (s)-in Üsaməni qoşun başçısı təyin etməsi sünnəsi ilə müxalifətçilik etmişdi.
Peyğəmbər (s)-in Zəhra (əleyha-salam) haqqında olan sünnəsini ayaq altına qoymuş, ona əzab verib qəzəbləndirmişdi.
Peyğəmbər (s)-in “müəllifətu qulubihim” haqqında olan sünnətini sındırıb, Ömərin fikrinə itaət etdi. Onların haqqını vermədi.
Peyğəmbər (s)-in xilafət barəsində olan sünnətini sındırıb müsəlmanlarla məsləhət etmədən Öməri onlara xəlifə təyin etdi.
Bəli, bunlar onun Peyğəmbər (s)-in sünnəti ilə müxalifət etməsinin başqa ünvanlarıdır ki, əhli-sünnənin səhih kitablarında qeyd olunmuş və tarix kitablarında yazılmışdır.
Əgər Peyğəmbər (ə)-in sünnəsi (alimlərin bəyan etdiyi kimi) hər söz, ya iş, ya Peyğəmbərin təyid etməsi deməkdirsə, onda demək olar ki, Əbu Bəkr onların hamısı ilə müxalifətçilik etmişdir. İndi isə bir neçə nümunəni qeyd edirik:
1-PEYĞƏMBƏRİN SÖZÜ İLƏ MÜXALİFƏTÇİLİK
a) Peyğəmbər (s)-in sözündən biri budur ki:
“Fatimətu bəzətu minni, mən əğzəbəha fəqəd əğzəbəni”
Yəni “Fatimə mənim bədənimin yarısıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”
Buxarinin yazdığına görə, həzrət Fatimə (s) dünyadan getdiyi zaman Əbu Bəkrdən qəzəbli olmuşdur.
b) Həmçinin Peyğəmbər buyurmuşdur:
“Ləənəllahu mən təxəlləfə ən cəyşil-Üsamə.”
“Üsamənin qoşunundan qaçan hər kəsə Allah lənət etsin.”
Peyğəmbər bu sözü elə bir zaman buyurmuşdu ki, bir dəstə Üsamənin qoşun başçısı olmasına etiraz etmiş, onunla getməkdən boyun qaçırmışdılar. Bütün bunlara baxmayaraq, Əbu Bəkr yerindən hərəkət etməmiş, xilafəti bəhanə etmişdi.
2-PEYĞƏMBƏRİN ƏMƏLİ İLƏ MÜXALİFƏTÇİLİK
Peyğəmbərin işlərindən biri “müəllifətu qulubihim”lə yaxşı rəftar etməsi idi. Allahın əmri ilə onlara zəkatdan pay ayırmışdı. Amma Əbu Bəkr – Quranın aşkar surətdə onların haqqı olmasını bildirməsinə baxmayaraq, – onları bu haqdan məhrum etdi. Ömər ibni Xəttabı sevindirmək üçün Peyğəmbərin əməli ilə müxalifətçilik etdi. Ömər onlara demişdi: Mənim sizə ehtiyacım yoxdur.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar