Allahu Təalə mübarək kitabında bir çox yerdə məxluqata and içmişdir. Məxluqata and içmək məkruh, haram və ya şirk olduğu halda Allahu Təalənin məxluqata and içməsini necə anlamalıyıq? İmam Əbu Abdilləh Muhamməd bin Əli bin Ömər əl-Maziri - rahiməhullah - bu barədə deyir:
“Allahu Təalə demişdir: “Əncirə və zeytuna and olsun!” Bunun mənasının “Əncirin və zeytunun Rəbbinə and olsun” olduğu söylənmişdir. Ya da bununla qəsd olunan bu iki meyvədəki möhtəşəmliyə və onlarla Allahın insanlara etdiyi yaxşılığa diqqət çəkilmişdir və bununla and içmək qəsd olunmur. Əgər heç bir həzf və idmar olmadan and içmənin qəsd olunduğunu qəbul etsək belə Allahın – Subhənəhu – bu iki meyvəyə and içib bizə onlara and içməyi qadağan etməsi də uzaq bir ehtimal deyildir. Qüdrəti böyük olan Yaradanın əşyaları təzim etməsi bizim həmin əşyaları təzim etməyimiz kimi deyildir, çünki bütün haqlar Onun – Subhənəhu – haqqına münasibətdə dəyərsizdir və hər əzəmətli bir şey Allahu Təaləyə münasibətdə əhəmiyyətsizdir, çünki heç kəsin Allah üzərində haqqı yoxdur, lakin Onun hər bir şey üzərində haqqı vardır. Onun bəzi şeyləri təzim etməsi bizi onların qiyməti və dəyərindən xəbərdar etmək üçündür və yaxud da onları təzim etməklə Allaha ibadət etməyimiz üçündür və Allahın onlara and içməsi bizim onlara and içməyimiz ilə müqayisə olunmaz.”[37]
Peyğəmbərin Allahdan başqası ilə and içməsi
Muslim “əs-Sahih”də rəvayət edirlər ki, bədəvi bir ərəb peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəlin ondan İslam haqqında soruşdu. Allahin Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Gündüz və gecə beş vaxt namaz qılmaqdır.” Soruşdu: “Üzərimə bundan artığı düşür?” Dedi: “Xeyr, yalnız könüllü namaz qılmağın fərqlidir. Bir də Ramazan ayının orucu!” Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin fərqlidir.” Allahın Elçisi – salləllahu aleyhi va səlləm - ona zəkatı da xatırlatdı. Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin istisnadır.” Dedi: Həmin adam “Allaha and olsun ki, nə bundan artıq, nə də az etməyəcəm” deyərək dönüb getdi. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Atasına and olsun ki, doğru söyləsə qurtulacaq!”[38]
Yenə bir başqa hədisdə “bir adam peyğəmbərə - salləllahu aleyhi va səlləm - gələrək “Hansı sədəqənin savabı daha böyükdür?” deyə soruşdu. Peyğəmbər – salləllahu aleyhi va səlləm – buyurdu: “Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir”[39]
Bu hədislərə alimlər müxtəlif yönlərdən cavab veriblər. Bu cavabları belə tərtib edə bilərik:
Birinci: əl-Hafiz İbn Abdil-Bərr – rahiməhullah – bu ləfzin münkər olduğunu deyir, ona görə bu hədislər səhih hədislərə ziddir və onun üçün şaz olduğunu demişdir. Bunu eləcədə müasirlərdən Şeyx əl-Albani, Şeyx Abdullah əs-Sad, Şeyx Suleyman əl-Ulvan və digərləri inkar ediblər. Lakin əl-Qurtubi və digər böyük imamlar buna etiraz edərək hədisin səhih olduğunu deyiblər.
İkinci: Digərləri isə hədisin səhih olduğunu qəbul ediblər, lakin bunun ravilərin xətası ola biləcəyini deyiblər. Çünki “Allah” sözü ilə “Əbihi” (atası) sözləri arasında yazıda oxşarlıq mövcuddur. əl-Hafiz İbn Hacər – rahiməhullah - bu hədisdə xətanın olması haqqındakı görüşə münasibətdə deyir: “Belə bir ehtimal mövcuddur, lakin belə bir şey ehtimalla isbat olunmaz.”[40]
Üçüncü: Alimlərdən bir çoxu bunun yalnız peyğəmbərə - salləllahu aleyhi va səlləm – xas olduğuna deyiblər. Lakin əl-Hafiz İbn Hacər bu cür şeylərin də ehtimal ilə sabit olmadığını demişdir, yəni bu görüş də zəifdir.
Dördüncü: Bəzi alimlərə görə sözdə qəsdən düşürülmə olmuşdur ki, bunun təqdiri “Atasının Rəbbinə and olsun ki, əgər doğru söyləsə qurtulacaq!” olmalıdır. Bu görüş də tənqid olunmuşdur.
Beşinci: Bəzi alimlərə görə ərəblər and içmə üslubunu iki məqsəd üçün istifadə edirlər. Birinci məqsəd təqrir və təkid üçündür, ikinci məqsəd isə təzim üçündür. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – dediyi söz birinci məqsəd üçündür, şəriət isə təzim üçün edilən andları qadağan etmişdir. Bu görüş İbnul-Əsir, əl-Baydavi və başqaları tərəfindən dəstək görmüşdür. əl-Hafiz İbn Hacər deyir: “Bu cavab onunla tənqid oluna bilər ki, Ömərin hədisindəki məzmunun zahiri göstərir ki, Ömər bu məqsədlə and içirdi, çünki bəzi yollarla gəlmiş rəvayətdə deyir: “Xeyr, atama and olsun! Xeyr, atama and olsun!” və ona “And içmə!” deyildi. Əgər (onun sözləri) and içmə şəklində gəlməsəydi, qadağa məzmuna uyğun düşməzdi.”[41]
Altıncı: Başqa görüşə görə bu daha əvvəl caiz idi, lakin sonra nəsx olunmuşdur. Bunu əl-Məvardi söyləmişdir. əs-Subki deyir ki, bu görüş hədisi şərh edənlərdən əksəriyətin görüşüdür. əs-Suheyli bu görüşü zəif saymışdır və onun sözləri qarşıda gələcək. əl-Munziri isə deyir: “Nəsx iddiası zəifdir, çünki dəlillərin arasını birləşirmək mümkündür və üstəlik hansının nə vaxtı baş verdiyi bilinmir.”[42]
Yeddinci: Şeyx Əbu Amr Osman bin Abdir-Rahmən əl-Kurdi əş-Şəhrəzuri İbn Salah – rahiməhullah - deyir:
“Onun digər rəvayətdə “Atasına and olsun ki, doğru söyləsə qurtulacaq” şəklindəki sözləri, sadəcə olaraq ərəblərin arasında mövcud olan bir adətdir ki, onlar sözlərini bu cür başlayarlar və bununla həqiqi and içməyi qəsd etmirlər. Doğrusunu Allah bilir!”[43]
Bu, əl-Beyhəqi, ər-Rafi’inin “əş-Şərh əl-Kəbir”də, əl-Bəğavi’nin “Şərhus-Sunnə”də[44], ən-Nəvəvi[45] və bir çox digər alimlərin üstünlük verdikləri təvildir. əl-Hafiz İbn Hacər də son iki görüşü güclü saymışdır.
Bu barədə sonda məşhur nəhv alimi, mühəddis İmam Əbul-Qasim Abdur-Rahmən bin əl-Xatib əs-Suheyli’nin[46] – rahiməhullah – sözləri ilə son qoymaq istəyirik. O, deyir: “Necəki onlar (ərəblər) and içmək üçün uyğun olmayan bir məqamda, təəccüb bildirmək və işin böyüklüyünə diqqət çəkmək üçün and içiblər və buna misal olaraq İsmayıl bin Cafərin rəvayət etdiyi bədəvi ərəbin hədisindəki peyğəmbərin – aleyhissələm – sözlərini göstərmək olar: “Atasına and olsun ki, doğru söyləsə qurtulmuşdur.” Peyğəmbərin – salləllahu aleyhi va səlləm – Allahdan – Tabərakə va Təalə - başqası ilə, xüsusilə də küfr üzərində ölmüş bir nəfər ilə and içməyi qəsd etməsi imkansızdır. Onun bu sözü sadəcə olaraq bədəvinin sözünə təəccüb etməsinin əlamətidir ki, insanı təəvvübləndirən şey həmişə istizam olunar və and kəliməsi (ərəb dilində) ilk dəfə təzim olunan bir şey üçün istifadə olunmuşdur. Daha sonra istifadəsi o qədər genişlənmişdir ki, hətta bu cür hallarda da istifadə olunmağa başlanmışdır. Şair deyir:
فإن تك ليلى استودعتنيأمانة...فلاوأبي أعدائها لا أخونها
Leyla mənə bir əmanət tapşırmış olsa,
Düşmənlərinin atasına and olsun ki, ona xəyanət etmərəm!
O, düşmənlərinin atasına and içməyi qəsd etmir, bu sadəcə olaraq təəccübün bir növüdür. Hədisi şərh edənlərin çoxu “atasına and olsun ki, qurtulacaq” sözlərində nəsxin olduğunu söyləyiblər. Deyirlər ki, onun – aleyhissələm – “Atalarınıza and içməyin!” sözləri bu sözlərini nəsx etmişdir. Lakin bu görüş səhih deyildir, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – nəsxdən əvvəl Allahdan başqasına, kafirlərdən bir qövmə and içməsi sabit deyildir. Belə bir şey peyğəmbərin – salləllahu aleyhi va səlləm – xarakterindən nə qədər də uzaq bir şeydir. Allaha and olsun ki, belə bir şeyi heç bir zaman etməmişdir və ona yaraşan bir əxlaq deyildir.
Alimlərdən bir qrup İsmayıl bin Cafərin rəvayətində səhv olduğunu deyiblər; “Allaha and olsun ki, əgər doğru söyləsə qurtulmuşdur”[47] şəklində olmalıdır. Bu görüş də inkar olunan bir görüşdür və hifz etdiklərində sabit və adil olan ravilərə qarşı bir etirazdır. Muslim “əz-zəkat” kitabında peyğəmbərin – aleyhissələm – ondan “hansı sədəqə ən əfzəldir?” deyərək sual verən kişiyə dediyi sözləri rəvayət etmişdir; dedi: “Atana and olsun ki, sənə bildirəcəm və ya sənə xəbər edəcəm!” Sonra hədisi zikr etmişdir.”əl-Birr vas-Silə” (Xeyirxahlıq və xoş münasibət)kitabında “xeyirxahlıq etməyimə və ya xoş münasibət göstərməyimə ən layiqli kimsə kimdir?” sualını vermiş kimsəyə söylədiyi sözlərini rəvayət etmişdir; dedi: “Atana and olsun ki, sənə bildirəcəm! Anana qarşı xoş münasibət göstər, sonra atana qarşı və sonra sənə yaxın olan kimsələrə!” Bu hədislərdə gördüyün kimi “atana and olsun” demişdir. O zaman görünür ki, İsmayıl bin Cafər öz rəvayətində nə axmaq bir şey, nə də yeni bir söz söyləməmişdir. Ölkəmizin alimlərindən və ən böyük mühəddislərindən olan bir nəfər[48] onu (İsmayıl bin Cafəri) rəvayətinə görə tənqid etmiş və daha əvvəl qeyd etdiyimiz o iki hədisdən qafil qalmışdır, Allah onu bağışlasın! Hər iki hədisi də Muslim bin əl-Həccac rəvayət etmişdir. Əbu Davudun kitabındakı iman babında açdığı başlıqlardan biri ona dəlalət edir ki, Əbu Davud bunun nəsx olunması və (daha əvvəl) atalara and içməyin caiz olması görüşünü mənimsəmişdir. Bizim dediyimiz isə budur ki, daha əvvəl qeyd olunduğu kimi bu cür sözlər atalara and içmə növündən deyildir və hədisdə “atama and olsun” deməmişdir, sadəcə olaraq ikinci və üçüncü şəxs əvəzliklərinə izafə olaraq “atasına” və ya “atana and olsun” demişdir və bu şərt ilə and içmə mənasından çıxaraq bizim qeyd etdiyimiz təəccüb mənasına daxil olmuşdur.”[49]
Va salləllahu alə nəbiyyinə Muhammədin va alə Əlihi va sahbihi əcməin!
--------------------------------------------------------------------------------
[1] əl-Buxari, 9/174 (2482); Muslim, 8/436 (3105)
[2] Əhməd (2/34, 86), Əbu Davud (3/570), ət-Tirmizi (5/253), İbn Hibban (1177), əl-Hakim (1/18, 4/297)
[3] Abdurrazzaq (8/469), ət-Tabərani, “əl-Kəbir”, (8902)
[4] “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 4/621; Daru İbn Kəsir və Darul-Kəlimit-Tayyib, Dəməşq, birinci nəşr: 1417/1996
[5] “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 11/105; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, birinci nəşr: 1349/1930
[6] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/274; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005
[7] İbn Abidin, “Raddul-Muhtar aləd-Durril-Muxtar Şərhi Tənviril-Əbsar”, 5/473-474; Daru Aləmil-Kutub, Riyad, xüsusi nəşr: 1423/2003
[8] Yəni, Allah və onun sifətlərindən başqası ilə
[9] “Məvahibul-Cəlil li Şərh Muxtəsari Xalil”, 4/403-404; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1416/1995
[10] əl-Xaraşi, “Şərh Muxtəsar Xalil”, 3/53; əl-Mətbəə əl-Kubra əl-Əmiriyyə, Bulaq, Misir, ikinci nəşr: hicri 1317-ci il.
[11] Eyni məsdər; Bulaq nəşrində əl-Xaraşi’nin şərhi ilə birlikdə əl-Adəvi’nin bu şərhə yazdığı haşiyəsi də çap olunmuşdur. əl-Adəvinin sözlərini orda oxumaq olar.
[12] Bununla İmam əl-Ğazalini qəsd edir.
[13] ər-Rafi’i, “əl-Aziz Şərhul-Vaciz”, 12/235; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1417/1997
[14] “Muğnil-Muhtəc ilə Marifəti Məani Əlfəzil-Minhəc”, 4/431
[15] Yəni, hənbəli alimlərinin çoxuna görə.
[16] “Muntəhə əl-İradət fi Cəmil-Muqni məat-Tənqih va Ziyadət”, 5/214; Muəssəsə ər-Risalə, Beyrut, birinci nəşr: 1419/1999
[17] “Dəqaiqu Ulin-Nuhə li Şərhil-Muntəhə”, 6/375; Muəssəsə ər-Risalə, Beyrut, birinci nəşr: 1421/2000
[18] ər-Ruheybani, “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 6/364: Mənşurat əl-Məktəbil-İsləmi bi Diməşq, birinci nəşr: 1381/1961
[19] “əl-Mufhim” kitabının Almaniyadakı nüsxəsində əlyazmada bu sözlə bağlı haşiyə verilmişdir. Haşiyədə deyilir: “əd-Dumə, “dumyə” sözünün cəmidir və bu, büt anlamına gəlir. Bunu əl-Cəvhəri demişdir.”
[20] “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 4/621-622; Daru İbn Kəsir və Darul-Kəlimit-Tayyib, Dəməşq, birinci nəşr: 1417/1996
[21] Yəni, şafi’i məzhəbindəki məşhur görüşə görə qadağa haramlılıq ifadə etməz, lakin tənzih ifadə edən məkruhluq vardır, bu isə harama yaxın deyil, halala yaxın məkruhluqdur.
[22] Yəni Şeyx İbn Daqiqil-İd;bax: “İhkəmul-Əhkəm”, 4/394
[23] “əl-İləm bi Fəvaidi Umdətil-Əhkəm”, 9/256-257; Darul-Asimə, Riyad, birinci nəşr: 1417/1997
[24] Şeyx Valiyyud-Din Əbu Zura əl-İraqi’nin atası məşhur alim, imam, hafiz Zeynud-Din Əbul-Fadl Abdur-Rahim bin əl-Hüseyn əl-İraqidir. Hicri 725-ci ildə doğulub. Oğlu Valiyyud-Din Əbu Zura üçün hədisləri öyrətmək və hifzini asanlaşdırmaq üçün “Təqribul-Əsənid va Tərtibul-Məsənid” adlı kitab yazmış və hədislərin isnadları ilə mətnlərini asan üsuldə tərtib etmiş, fiqh bablarına görə ayırmışdır. Kitabın bir hissəsini şərh edir, lakin hicri 806-cı ildə vəfat edir. Daha sonra oğlu kitabı gözəl şəkildə şərh etməyə davam etmiş və bu şərhini hicri 818-ci ildə tamamlamışdır. Oğlu Şeyx Valiyyud-Din hicri 762-ci ildə doğulmuş və 826-cı ildə vəfat etmişdir. Allah hər ikisinə də rəhmət etsin.
[25] “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 7/142-143; Daru İhyə ət-Turasil-Arabi, Beyrut; 7/133; Darul-Kutubil-İlmiyyə, Beyrut, 2000
[26] Yəni halala yaxın məkruh qəsd olunur. Çünki məkruh iki növdür. Məkruhu təhrimi və məkruh tənzihi. Birinci məkruh harama yaxın olduğu halda və ya haramla eyni olduğu halda, ikinci məkruh halala yaxındır.
[27] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/274-275; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005
[28] İbn Qudamə, “əl-Muğni”, 13/436-438; Daru Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997
[29] ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 3/196 (1535); Darul-Ğarbil-İsləmi, birinci nəşr, miladi 1996. Doktor Bəşər Avvad əl-Mərufun təhqiqi ilə.
[30] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/274; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005
[31] ət-Tahavi, “Şərh Muşkilil-Əsər”, 2/297-298; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1415/1994
[32] Yəni “Muhammədun Rasulullah” deməsini tələb edərdi, çünki əgər küfr olsaydı, həmin adamın küfrdən qurtulması üçün şəhadəti tam deməsi lazımdır.
[33] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/285; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005
[34] “Təysirul-Azizil-Hamid fi Şərh Kitəbit-Təvhid”, 2/1022-1023; Darus-Səmii, Riyad, birinci nəşr: 1428/2007
[35] “əl-Cami əl-Kəbir”, 3/195 (1535); Darul-Ğarbil-İsləmi, birinci nəşr, miladi 1996.
[36] “Əhədis Muallə Zahiruhə əs-Sihhə”, rəq: 265
[37] “əl-Mulim bi Fəvaidi Muslim”, 2/366; əd-Dar ət-Tunisiyyə, Tunis, ikinci nəşr: miladi 1988
[38] Muslim, 1/150
[39] Muslim, 2/8
[40] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/278; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005
[41] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 15/279; Daru Tibə, birinci nəşr: 1426/2005
[42] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 15/279; Daru Tibə, birinci nəşr: 1426/2005
[43] “Siyanətu Sahih Muslim minəl-İxlət val-Ğalət va Himayətuhu minəl-İsqət vas-Saqət”, səh: 140; Darul-Ğarbil-İsləmi, Beyrut, ikinci nəşr: hicri 1408
[44] Bax: “Şərhus-Sunnə”, 6/10
[45] Bax: “əl-Minhəc Şərh Sahih Muslim bin əl-Həccəc”, 11/105; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1349/1930
[46] əs-Suheyli məşhur ərəb dili alimlərindən biridir, eyni zamanda böyük bir mühəddisdir. Hicri 508-ci ildə İspaniyada Malaqa şəhərində doğulmuşdur. Maliki alimlərindəndir. 17 yaşında kor olmuşdur. Lüğət, hədis, fiqh, sira, bir sözlə İslam elmlərinin hamısında bir imam olmuşdur. Daha sonra Mərakeşə köçmüş və orada qazi olmuşdur və orada hicri 581-ci ildə vəfat etmişdir. “ər-Ravdul-Unuf” kitabı İbn Hişamın sirasına yazılmış şərhdir.
[47] Yəni ərəb dilində “والله” sözü xəta olaraq "وأبيه" sözü ilə səhv salınmışdır və nəticədə həmin ravidən rəvayət edənlər rəvayəti o şəkildə rəvayət ediblər. Lakin gördüyünüz kimi əs-Suheyli bu iddianı qəbul etmir, ona görə hədisi rəvayət edənlər belə bəsit bir xəta etməyəcək qədər sabit və adil ravilərdir.
[48] Çox ehtimal ki, bununla əl-Hafiz ibn Abdil-Bərr’i qəsd edir və hər iki alimin vətəni Əndəlus torpaqları olmuşdur.
[49] ”ər-Ravdul-Unufu fi Şərhis-Siratin-Nəbəviyyəti li İbn Hişəm”, 6/548-549; Darul-Kutubil-İsləmiyyə, birinci nəşr: 1387/1967
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 258 Bölmə: Maraqlı melumatlar