Zarafatın təqdir olunması
Allahın Peyğəmbəri (s): "Mən zarafat edirəm, ancaq haqqdan başqa bir şey demirəm."
Allahın Peyğəmbəri (s): "Mömin şən və zarafatcıl, münafiq isə qaşqabaqlı və acıqlı olar."
Tənbihul-Xəvatir: "Bir qoca qarı Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər ona buyurdu: "Qocalar cənnətə getməz." Qoca qarı ağladı. Həzrət buyurdu: "Həmin gün sən qoca olmayacaqsan. Allah-taala buyurub ki, "Biz onları yaradılası kimi yaratdıq və onları gənc qızlar edəcəyik."
İmam Baqir (ə): "Allah, camaat arasında zarafat və məzəli söhbətlər edəni sevər. Bir şərtlə ki, onda söyüş olmasın."
İmam Sadiq (ə): "Elə bir mömin yoxdur ki, onda "duabə" olmasın." (Rəvayətçi deyir). Ərz etdim: "Duabə nədir?" Buyurdu: "Zarafatcıllıq."
İmam Sadiq (ə) (Yunis Şeybaniyə xitabən): "Bir-birinizlə zarafatda edirsinizmi?" (Yunis deyir) Ərz etdim: "Bir az." Buyurdu: "Belə etməyin. Çünki zarafat xoşbəxtlikdəndir və sən bu yolla qardaşını sevindirirsən. Allahın Peyğəmbəri (s) kimsəni sevindirmək üçün zarafat edərdi."
Zarafatın pislənilməsi
Allahın Peyğəmbəri (s): "Ey Əli! Zarafat etmə ki, hörmət-ehtiramın aradan getməsin. Yalanda danışma ki, nuraniliyin itməsin."
Allahın Peyğəmbəri (s): "Çox zarafat etmək abrı aparır."
İmam Əli (ə): "Əqlinin bir hissəsini çölə atandan başqa, heç kim zarafat etmədi."
İmam Əli (ə): "Zarafatın yerində kin qalar."
İmam Əli (ə): "Kim zarafat edərsə yüngül olar."
İmam Əli (ə): "Nə qədər çox zarafat var ki, mübahisə ilə nəticələnir."
İmam Sadiq (ə): "Zarafat kiçik söyüşdür."
İmam Sadiq (ə): "Zarafat etmə! Çünki nuraniliyin aradan gedər."
İmam Sadiq (ə): "Kimdən xoşun gəlsə, onunla nə zarafat et, nə də mübahisə."
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar