Onun fəzilətləri:
Əbu Hureyrə (r.a) Peyğəmbərdən (s.a.v) belə eşitdiyini rəvayət edir: "Kim (aşağıda deyilən) bu saleh əməllərdən ikisini Allah yolunda edərsə, Cənnətin qapılarından: "Ey Allahın qulu, bu qapı xeyirlidir!" – deyərək çağırılar. Kim namaz qılanlardan olarsa, "namaz" qapısından çağırılar. Kim cihad edənlərdəndirsə, "cihad" qapısından çağırılar. Kim sədəqə verənlərdəndirsə, "sədəqə" qapısından çağırılar. Kim oruc tutanlardandırsa, "Rəyyan" qapısından çağırılar".
Bu zaman Əbu Bəkr (r.a) : "Əgər məqsəd Cənnətə daxil olmaqdırsa, o zaman bu xüsusiyyətlərin birinə sahib olan sıxıntı keçirməməlidir" – deyərək soruşdu: "Ey Allahın elçisi! Bəs, kimsə bu qapıların hamısından çağırılacaqmı?"
Peyğəmbər (s.a.v) : "Bəli, mən arzu edirəm ki, sən onlardan olasan, Ey Əbu Bəkr!" - deyərək cavab verdi.
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3666.)
Ənəs ibn Malik (r.a) deyir ki, Peyğəmbər (s.a.v) , Əbu Bəkr, Ömər və Osman (r.anhum) Uhud dağının üzərinə çıxdıqları zaman dağ onları silkələdi. Peyğəmbər (s.a.v) buyurdu: "Ey Uhud, sakitləş! Sənin üzərində bir Peyğəmbər, bir siddiq və iki şəhid vardır"
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3675.)
Amr ibn əl-Asdan (r.a) rəvayət olunur ki, Peyğəmbər (s.a.v) onu Zətus-Səlasilə göndərilən qoşunun başçısı təyin etdi. Amr bin əl-As (r.a) deyir ki, mən onun r yanına gəlib dedim: "Hansı insan sənə daha sevimlidir?" O dedi: "Aişə". Dedim ki, bəs kişilərdən kimdir? Dedi: "Atası". Dedim ki, bəs sonra? Dedi: "Ömər ibn əl-Xəttab".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3662. Müslim: Fədailus Səhabə ? 2348.)
Onun elmi:
Əbu Səid əl-Xudru (r.a) deyir ki, Peyğəmbər (s.a.v) insanlara xütbə verərkən dedi: "Allah bir bəndəni ya dünyanı, ya da Allah nəzdində olanı seçməkdə ixtiyar sahibi etmişdir. Həmin bəndə Allahın nəzdində olanları seçdi". Bu zaman Əbu Bəkr (r.a) ağlamağa başladı. Biz onun ağlamağına təəcübləndik. Çünki Peyğəmbər (s.a.v) seçim haqqı verilən bir bəndə – zənnimizcə, seçim haqqı verilən Rəsulullah (s.a.v) idi – barəsində xəbər verdiyi zaman Əbu Bəkr ağlayırdı. Axı, o bizim ən elmli olanımız idi. Peyğəmbər (s.a.v) buyurdu: "Mənim dostluğunda və malında ən arxayın olduğum adam Əbu Bəkrdir. Əgər mən özümə Rəbbimdən başqasını xəlil (dost) seçəsi olsaydım, Əbu Bəkri seçərdim. Lakin bu sadəcə İslam qardaşlığı və nəvazişidir. Üzü məscidə olan bütün qapılar bağlansın yalnız Əbu Bəkrin qapısı açıq qalsın".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Qovlun Nəbiyy Səddu əl-Əbvab, ? 3654.)
Peyğəmbərlə (s.a.v) yoldaşlığı:
Abdullah ibn Amrdan (r.a) Peyğəmbərə (s.av) edilən ən şiddətli işkəncə haqda soruşduqda dedi: "Peyğəmbər r namaz qılarkən Uqba ibn Əbu Mueytin onun yanına gəldiyini və əlindəki paltar ilə Peyğəmbəri r şiddətli boğduğunu gördüm. Bu zaman Əbu Bəkr t gəlib onu Peyğəmbərdən uzaqlaşdırdı və dedi: "Siz, "Rəbbim Allahdır" – deyən və Rəbbinizdən sizə açıq-aydın sübutlar gətirmiş adamımı öldürürsünüz!"
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3678.)
Peyğəmbərin (r.a) Əbu Bəkrin (r.a) xilafətinə dair etdiyi işarələr:
1. Aişə (r.anha) deyir ki, Peyğəmbər (s.a.v) xəstələndikdə buyurdu: "Əbu Bəkrə deyin camaata namaz qıldırsın".( Buxari: Kitabul Əzan, Bab Əhlul İlm vəl Fadl Əhəqqu Bil İmamə, ? 678.)
2. Cubeyr ibn Mutimin (r.a) belə dediyi rəvayət olunur: "Bir qadın Peyğəmbərin (s.a.v) yanına gəlmişdi. Qadın gəldiyi yerə qayıdarkən Peyğəmbər (s.a.v) onun yanına bir daha gəlməsini tapşırdı. Qadın soruşdu: "Gəldiyim zaman səni tapmasam, (sanki qadın onun ölümünü nəzərdə tuturdu) kimə müraciət edim? Peyğəmbər (s.a.v) buyurdu: "Əgər məni tapmasan, Əbu Bəkrə müraciət edərsən"
( Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3659. Müslim: Kitab Fədailus Səhabə, ? 2386.)
3. Aişə )r.anha)deyir: "Peyğəmbər (s.a.v) xəstələndiyi zaman mənə dedi: "Əbu Bəkri və qardaşını mənim yanıma çağır ki, bir yazı yazım. Mən qorxuram ki, kimsə iştahlı birisi "mən daha layiqəm" desin. Lakin Allah və möminlər Əbu Bəkrdən başqasını istəməzlər".
(Müslim: Kitab Fədailus Səhabə, ? 2387. Rəvayətin bu tərtibatı Müslimə məxsusdur. Buxari: Kitabul Marad, Bab Mə Ruxxisə Lil Məridi Ən Yəqulə İnni Vacəun, ? 5666.)
Vəfatı:
Hicrətin on üçüncü ili Cumadil-axirə ayında Əbu Bəkr (r.a)ölümünə səbəb olan xəsətliyə düçar oldu.
Əbu Bəkrə deyirlər: “Bəlkə bir həkim gətirək!”
O dedi: “Həkim artıq məni görüb və deyib: “Mən istədiyimi edənəm! (Burada o, “Həkim” sözü ilə Allahı nəzərdə tuturdu.)
(Ət-Tabaqat əl-Kubra: 3/198.)
Beləliklə Əbu Bəkr (r.a) bu dünya ilə vidalaşıb genişliyi göylər və yer qədər olan cənnətə, sevimlisi Peyğəmbərin (s.av) müjdələdiyi məkana qədəm qoydu. O, Peyğəmbərin (s.a.v) yanında dəfn edildi.
Tarix: 04.05.2013 / 12:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar