Kişi aşiq olduğu üçün evlənir. Qadın ərə getmək üçün aşiq olur.
A.Dürer
Kişi evin beyni, qadın isə ürəyidir.
F.Volter
Xanımı gözəl olan xoşbəxt olar, gözəl olmayan filosof...
Sokrates
Bir çox kişi müvəffəqiyyətini ilk xanımına borcludur. İkinci xanımını da müvəffəqiyyətinə...
Jim Backus
Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq bu böyük suala hələ də cavab tapa bilməmişəm: qadın nə istəyir?
Sigmund Freud
Tək canımla varlı və dəbdəbəli həyat sürməkdənsə, arvadımla birgə yoxsul yaşamağı üstün tuturam.
A.Bullard
Fikir və arzuları üst-üstə düşən ər-arvadın həyatı qədər gözəl həyat ola bilməz.
B.Franklin
Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir.
D.Karnegi
Evlilik cismani həzz üçün deyil, nəslin davamı üçün vacibdir.
M.Qandi
Özündən varlı qadınla evlənən kişi özü üçün arvad deyil, rəis alır.
Naməlum
Evlilik iki nəfərin bir-birinə deyil, bir səmtə baxmasıdır.
Naməlum
Yaxşı ər kar, yaxşı arvad kor olmalıdır.
J.J.Russo
Evlilik müharibə strategiyasına bənzəyir. Bir dəfə buraxılmış səhvləri düzəltmək olmur.
F.Sidni
Ailə çətinlikləri ər-arvadın iç üzünü aşkara çıxarır.
S.Smayls
Evlənmək öz hüquqlarını ikiqat azaltmaq və öz vəzifə borclarını ikiqat artırmaqdır.
A.Şopenhauer
Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı üzə çıxır.
B.Şou
Ana qəlbi möcüzələr xəzinəsidir.
P.Beranje
Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur.
P.Burje
Ata olmaq asandır, atalıq etmək çətin.
V.Buş
Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
Demokrit
Kimin rastına yaxşı kürəkən çıxıbsa, oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib.
Demokrit
Atanın pis vərdişləri övladların qüsurlarına çevrilir.
D.Didro
Yaxşı ana min müəllimə dəyər.
C.Herbert
Ən yaxşı ana o anadır ki, lazım gəldikdə uşaqları üçün atanı da əvəz edə bilsin.
İ.Höte
Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsinlər.
İbn Sina
Anan və atan səni eyni vaxtda səsləyirsə ananın yanına get.
Hz.Məhəmməd (s)
Bütün günahlarımızı bağışlaya biləcək yeganə insan anadır.
Naməlum
Dünyada yeganə təhlükəsiz qadın anadır.
M.Tven
Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər.
Ü.Hacıbəyli
Yetim uşağı himayə edənlə mən cənnətdə tam bərabərik.
Hz.Məhəmməd (s)
Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz.
J.J.Russo
Ata-ana öz uşaqlarına kiçik yaşda danışmağı, sonra isə susmağı öyrədir.
R.Terner
Uşaqlıqdakı ərköyünlüyün izi ömrün sonuna qədər qalır.
İ.Turgenev
Öz uşaqlığını yada salmayan adamdan uşaq tərbiyəçisi çıxmaz.
M.Ebner-Eşenbax
Tərbiyə vermək yuxudan oyatmaq deməkdir.
Q.Hippel
Ən adi nümunə ən bəlağətli moizədən təsirlidir.
Seneka
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar