Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Müsəlmanın əməlisaleh xanımına baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaət etməsi, özünün yoxluğunda iffətini qoruması kişinin faydalandığı şeylərin ən xeyirlilərindəndir" (İbn Macə, Əbu Davud, Nəsai)
2. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)
3. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə, Ya ALLAHın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı olmayınca yatmayacağam" (Təbarani, Səhihdir)
4. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qadınlar 4 xislətinə görə nigahlanar: onun var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona görə də dindar qadınla evlənməlisiniz, yoxsa uduzanlardan olarsınız" (Səhih Buxari)
5. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qadını sırf zənginliyinə görə nigahlamayın! Ola bilər ki, xeyrini görməzsiniz. Dindar və güvənilən bir xanımla evlənin. Qadını sırf gözəlliyi ilə nigahlamayın! Gözəlliyi yox ola bilər. Dindar bir cariyə ondan daha fəzilətlidir. Sizə dindar xanımla evlənməyinizi tövsiyə edirəm" (İbn Macə, Beyhəqi)
6. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qiyamət günü insanlar arasında ALLAHın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır" (Səhih Müslim, Nigah kitabı)
7. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)
8. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey ALLAHın Rəsulu?" Buyurdu: "Bəli, mənim də. Lakin ALLAH mənə kömək etdi və o, müsəlman oldu" (Buxari, Müslim, Tirmizi)
9. Əbu Hureyrə rəvayət edir ki: "Rəsulullah (s.a.a.) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etdi" (Səhih Buxari, Əbu Davud, Tirmizi və başqaları)
10. Peyğəmbər (s.a.a.) buyurmuşdur: “Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir” (Səhih Buxari və Müslim)
11. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana və aldırana, tatuirovka edənə və etdirənə lənət olsun!" (Səhih Buxari və Müslim, Əbu Davud və başqaları)
12. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrail oğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər" (Tirmizi, Əbu Davud, Nəsəi, Əhməd)
13 Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar" (Tirmizi, Əbu Davud, İb Macə)
14 Peyğəmbər (s.a.a.) buyurmuşdur: "(Səbəsiz) Özünü boşatdırmaq istəyən qadınlar münafiqdirlər" (Tirmizi, Nəsai)
15 Rəsulullah (s.a.a.) buyurmuşdur: "Qadınlar haqqında ALLAHdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. ALLAHın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam" (İbn Macə, Tirmizi)
16. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Bunlar qadının əri üzərindəki haqlarıdır: qarnını doyurması, paltarını geydirməsi və ALLAHın Kitabını öyrətməsi"
17. Qays qəbiləsindən biri soruşdu: “Zövcəmim mənim üzərimdə haqqı nədir? Rəsulullah (s.a.a.) dedi: Yediyindən yedirmən, geyindiyindən geyindirmən, üzünə vurmaman və ona "Çirkinsən!" deməmən, (ədəbləndirmək üçün) yatağını ayırdığın zaman yalnız evin içində ayırmandır" (Əbu Davud, İbn Macə)
18. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir" (Əhməd, İbn Macə, səhihdir)
19. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir" (Əhməd, Nəsai, səhihdir)
20. Aişə buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, ALLAH onu Qiyamət günündə çılpaq və əlləri önündə olduğu halda həşr edər!" (Əlbani, "Səhihu Camiis Sağir, 2708)
Tarix: 04.06.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar