Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təvazökarlıq

Təvazökarlıq sifəti müsəlmanları digərlərindən fərqləndirən sifətdir. Müsəlmanların təvazökarlıqlarını görməklə neçə-neçə insanlar İslamı qəbul etmişlər. Heç şübhəsiz Peyğəmbərimiz  digər peyğəmbərlərin seyidi və məxluqatın ən şərəflisi olduğu bir halda çox təvazökar idi.
Hətta Mədinə şəhərində yaşayan azyaşlı bir qız uşağı Peyğəmbərin əlindən tutar və Peyğəmbər (sav) də onun ardınca istədiyi yerə gedər və onun dilədiyi ehtiyaclarını yerinə yetirərdi"(Buxari: 10\ 489\ ? 6072.)

Peyğəmbər (sav) belə deyərdi:
"Məni öz zəiflərinizin arasında görün. Həqiqətən siz zəiflərinizə görə ruzi əldə edir və qələbə çalırsınız"(Tirmizi: 4\ 179\ ? 1702. Əbu Davud: 3\ 73\ ? 2594. Nəsai: 6\ 352-353\ ? 3179. Isnadı səhihdir.)
Bu kəramətli sifət insanların İslamı qəbul etmələrinə və onun ətrafına toplanmalarına səbəb idi.
Allah taala buyurur:
"(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...." (Ali İmran: 159).
"Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)" (əş-Şuəra: 215).
İslam, müsəlmana öz qardaşına qarşı təkəbbürlüyü unutmağı və təvazökar olmağı öyrədir. Müsəlman mülayim, nəvazişli, qardaşları tərəfindən sevilən və dost tutulan kimsə olmalıdır. Çünki o, öz qardaşlarına qarşı təvazökar davranır, Allahın, Peyğəmbərinin (sav) vasitəsi ilə bizə buyurduqlarını, yerinə yetirir. Peyğəmbər (sav)buyurur:
"Allah taala, bir-birinizin üzərində fəxr etməyəsiniz və bir-birinizə qarşı zülm etməyəsiniz deyə, mütləq təvazökar olmanızı mənə vəhy etdi"(Müslim: 4\ 2199\ ? 2865.)
İslam təkəbbürlüyə qarşı şiddətli mübarizə aparmışdır. Çünki təkəbbürlü adam digər insanlar tərəfindən sevilməz. Belə adam haqdan azıb nəfsi ilə fəxr edən və haqq ona yetişdikdə ondan üz çevirəndir. Ona görə təkəbbürlü adamın cənnətə daxil olmayacağı vəd edilmişdir.
Peyğəmbər (sav)buyurur:
"Qəlbində zərrə qədər təkəbbürlük olan insan cənnətə daxil olmayacaqdır"(Müslim: 1\ 93\ ? 91.)
Təvazökarlığın gözəl səmərələrindən biri də, öz sözü və əməli ilə fəxr edən, insanlar tərəfindən sevilməyən təkəbbürlü adamın əksi olaraq təvazökar insanın haqq yoluna yönəlib onunla həmişəlik getməsi və insanlar tərəfindən sevilməsidir.
Təvazökarlığın gözəl səmərələrindən biri də belə insanın cəmiyyət arasında gözəl məqama yetişməsidir.
Ona görə Peyğəmbər (sav) buyurur:
"Kim Allah üçün təvazökarlıq edərsə, Allah taala onu ucaldar"(Müslim: 4\ 2001\ ? 2588.)


Tarix: 09.05.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar
loading...