Uca Allah buyurur ki:
"…Əgər Şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma" (Ənam, 6/68)
Bundan məqsəd ümmətin hər hansı bir fərdinin Allahın ayələrini təhrif edən və onları layiqincə dəyərləndirməyən yalançılarla ünsiyyət saxlamamaqdır (İbn Kəsir)
Qeyd etməliyəm ki, "zalimlər tayfası" müşrikləri, yolundan azmışları və dində bidət yaradanları əhatə edir. İbn Qeyyim onlardan çəkindirərək, aşağıdakıları söyləmişdir:
"Dördüncü qism – ünsiyyət saxlanılması tamamilə məhvedici olan və onunla oturub-durulması zəhər yemək səviyyəsində olan insanlardır. Əgər onu yeyən adam zəhəri təsirsizləşdirən zəhər əleyhinə bir vasitə taparsa, xilas ola bilər. Əks təqdirdə o şəxsin başsağlığını verməkdən başqa bir çarə qalmır. İnsanlar arasında bu qəbildən olanlar nə qədər desən vardır. Allah onları çoxaltmasın! Bunlar bidət və zəlalət əhli olan şəxslər, Allahın və Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) sünnəsindən uzaq qaçanlar, o sünnənin əleyhinə olan yollara çağıranlar, Allahın yolu ilə gedilməsinə mane olub, onun şəkk-şübhəyə salınmasını istəyənlərdir. Beləliklə, onlar bidəti sünnə, sünnəni bidət, qəbul sayılan bir şeyi inkar edər, rədd ediləni isə bəyənilən kimi qələmə verərlər.
1. Əgər onların arasında təmiz bir tövhiddən söz salsan, sənə: əməlisaleh övliya cənablarını hörmətdən salırsan, deyərlər.
2. Əgər sadəcə olaraq Allahın Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) tabe olmaqdan bəhs edərsənsə, sənə: tabe olunması zəruri olan imamları heç etdin, deyərlər.
3. Əgər Uca Allahı, Onun Özünün və Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) buyurduğu sifətlərlə vəsf etsən, bu barədə özündən heç nə əlavə etməsən də, qüsurlu davranmasan da, səni: muşəbbihəçilərdənsən (yəni, Allahı Onun yaratdıqlarına bənzədən – red.) - deyə adlandırarlar.
4. Əgər Allah və Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) əmr etdiyi bəyənilmiş bir şeyi əmr etsən, Allah və Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) haram buyurduğunu qadağan etsən, sənə: fitnəkarlardansan deyərlər.
5. Əgər Sünnəyə tabe olar, Sünnəyə zidd olan şeyləri tərk edərsənsə, səni doğru yoldan azdıran bidət əhlindən adlandırarlar.
6. Yalnız Uca Allahın rizasına üz tutub dünya malı ilə onları baş-başa qoysan, səni haqqı batilə qarışdıran adlandırarlar.
7. Əgər getməkdə olduğun yolu buraxaraq onların istədiyinə tabe olsan, Allah yanında zərərə düşənlərdən olsan da, onlara görə münafiqlərdən olarsan. Belə hallarda, onları əsəbiləşdirmək bahasına da olsa, Allah və Peyğəmbərinin (sallallahu əleyhi və səlləm) rizasını axtarmağa, onların kandarına və danlağına yaxınlaşmamağa diqqət yetir. Onların səni məzəmmət etmələrinə və sənə nifrət bəsləmələrinə fikir vermə. Çünki bu sənin öz kamilliyindəndir və vəziyyət aşağıdakı beytdə deyildiyi kimidir:
"Əgər sənə əskik bir şəxs tərəfindən mənim pisləndiyim xəbəri çatsa,
Bil ki, o, mənim fəzilət sahibi olduğuma dair bir şəhadətdir" (Bax: İbn Qeyyim, ət-Təfsirul-Qeyyim, səh. 630)
Qeyd etməliyəm ki, belə adamları ən gözəl üsulla haqqa dəvət etmək qaçınılmazdır. Məhz bu yolla onlara qarşı dəlil gətirmək olar. Bunu da Rəsulu Əkrəminə (sallallahu əleyhi və səlləm) belə xitab edən Uca Allahın aşağıdakı əmrinə tabe olmaqla etmək lazımdır:
"Ya Rəsulum! İnsanları hikmətlə gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna İslamadəvət et…" (Nəhl, 16/125)
"Ya Rəsulum! Səbr et(Allah yolunda olan bütün əzab-əziyyətə ). Sənin səbr etməyin yalnız Allahın köməyilədir. Onlardan müşriklərdən ötrü kədərlənmə və qurduqları hiylələrə görə də ürəyini qısma! Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!" (Nəhl, 127-128)
8. Uca Allah belə buyurur: İnsanları hikmətlə gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna [İslama] dəvət et…" (Nəhl, 16/125) Uca Allah Peyğəmbəri Məhəmmədə (sallallahu əleyhi və səlləm) insanları Allahın yoluna hikmətlə dəvət etməsini əmr edir. Hikmət – ona nazil olmuş Quran və Sünnədir. Gözəl öyüd-nəsihət isə onların içində olan və hər ikisini baş verəcək yanlışlıqlardan uzaqlaşıracaq nəsihətlərdir.
9. Yenə də Uca Allah: "…Onlarla ən gözəl surətdə mübahisə et! …" (Nəhl, 16/125) – deyə buyurur. Yəni onlardan hər hansı biri ilə mübahisə və ya mübarizə etmək ehtiyacı varsa, bunu gözəl üsul olan şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə apar. Uca Allahın bu buyruğunda olduğu kimi: "Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!.." (Ənkəbud, 29/46)
Uca Allah Peyğəmbərə (sallallahu əleyhi və səlləm) yumşaqlıqla davranmasını əmr edir. Belə ki, Musa və Harunu (əleyhissəlamları) Fironun yanına göndərəndə də onlara eyni buyruğu vermişdi: "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (Taha, 20/44)
Tarix: 17.04.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar