Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi və qadınların öhdəlikləri

Şübhə yoxdur ki, pak və uca Allah Öz qullarına dinlərində və dünyalarında yararlı olan şeyləri buyurmuş, ağıl və istəklərə deyil, Kitab və Sünnəyə tabe olmaqla bir-birilərinə ədalətlə davranmağı əmr etmişdir. Əgər haqq onların ağıl və istəklərinə tabe olsaydı, göylər, yer və onlar arasında olanların hamısı fəsada uğrayardı.

Alllahın buyurduqları ilə razılaşmayan kəs mömin sayılmaz. Allah təala buyurur: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, açıq-aydın azmışdır!" (əl-Əhzab, 36) Başqa bir ayədə Uca Allah belə buyurur: "Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar". (ən-Nisə, 65) Günümüzdə ortaya çıxan problerdən biri də qadınlar məsələsidir. Bu məsələ hər sinif kişi və qadın tərəfindən istər bilməməzlikdən, istərsə də ağla istinad edilərək danışılır. Bu yaxınlarda Ciddə şəhərində keçirilən qadınların toplantısında baş verənlər buna misaldır. Hörmətli şeyx Rəbi ibn Hadi Umeyr əl-Mədxəli (Allah onu qorusun!) həmin toplantını nəzərdə saxlamış, orada baş verən qarışıqlığı, cəhaləti və qadınların məzlum, haqları tapdalanmış təbəqəyə çevrilməsi iddialarını diqqətlə izləmişdir. Əgər İslamın qadına zülm etdiyi ittihamı səslənirsə, bu, Allaha küfr etməkdir. Bəzi kişilərin qadınlara zülm etdiyi ittihamlar isə bəzən rast gəlinən hallardır. Lakin bunu İslama aid etmək olmaz. Bunu kimlər edirsə, məsuliyyətini də özləri daşıyır. Doğrudur, bəzi kişilər tərəfindən qadınlara haqsızlıqlar edilir. Ancaq qadınlar tərəfindən kişilərə edilən haqsızlıqlar daha çoxdur. Bunları aradan qaldırmağın yolu yığıncaqlarda deyil, şəriət məhkəmələrində həll olunur. Bu haqda şeyx Rəbi (Allah onu qorusun!) də olduqca faydalı və dolğun qeydlər verdi. Allah onun mükafatını xeyirli, yazdıqlarını faydalı etsin!

Böyük Alimlər İdarə Heyətinin üzvü
Şeyx Saleh ibn Fövzan əl-Fövzan

GİRİŞ
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Həmd-səna Allaha məxsusdur. Allahın elçisinə, ailə üzvlərinə, səhabələrinə və onun hidayət yoluna tabe olan hər kəsə Allahın salavatı və salamı olsun!
Bu günlərdə Hərameyn bölgəsində qadın haqları haqda car çəkib bu məsələdə öz təşvişini bildirən kəslər peyda olub. Təəssüflər olsun ki, bəzi qadınlar da bu çağırışlarla ayaqlaşırlar. Məhz bu da müsəlman bir kimsəni kişi və qadınların birgə hüquq və vəzifələri haqda, habelə qadının müsəlman olmayan digər millətlərdəki durumu barədə açıqlama verməyə sövq edir. Belə ki, hər şeyi ziddiyyətləri ilə aydınlaşır.
İnsanların və qadının İslamdan əvvəlki durumu:
İyad ibn Himərin rəvayət etdiyi uzun qüdsi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allah taəlanın belə buyurduğunu bildirir: "Mən qullarımın hamısını hənif (haqq yolda olan tövhid əhli) olaraq yaratdım. Lakin şeytanlar gələrək onları öz dinlərindən döndərdi, onlara halal onlan şeyləri haram etdi və əmr etdi ki, Mənə haqqında heç bir dəlil nazil etmədiyim şeyləri şərik qoşsunlar. Allah da yer əhlinə baxdı və kitab əhlindən başqa onarın istər ərəb, istərsə də qeyri-ərəblərinin üzərinə öz qəzəbini saldı". Hədisi Müslim (? 2865) və Əhməd (4/162) rəvayət etmişdir.
Qurani-Kərim cahiliyyə dövrünü, o dövrün bütpərəst və Əhli kitabdan onlan insanlarının əxlaqını əks etdirən bir çox məqamları qeyd etmişdir. Ərəblərin qadına anadan olandan bəri zülm edib onu alçaltmaları, dəyərlərini kiçiltmələri, onlardan təngə gəlib pis davranmaları və uşaqkən diri-diri torpağa basdırmaları ərəblərin qadına münasibətinin təzahürü idi. Allah təala buyurur ki, "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər!" (ən-Nəhl, 58-59)
Digər xalqlarda qadının düşdüyü vəziyyət ərəblərdə olduğundan daha da acınacaqlı idi. Yunan cəmiyyəti qadına bir bazar əşyası kimi baxırdı. Qadının ailədə heç bir dəyər-qiyməti yox idi. Bazarlarda pulla alınıb-satılırdı.
Roma mədəniyyətində kişi mütləq ağalığa, ailəsində tam haqlara malik idi. O, kiçik bir nöqsana görə arvadını öldürə bilər, heç bir məsuliyyət hiss etmədən övladlarına işgəncə verib qətlə yetirə bilərdi.
Hindistanda isə qadının vəziyyəti son dərəcə rəzil və rüsvay idi. Əgər qadının əri ölsəydi, onun cəsədinin yaxınlığında öz cəsədini yandırmalı idi.
Yahidilərdə qadın Adəmi yoldan çıxartdığına görə, lənətlənmiş məxluq hesab olunurdu. Yahudilərin bəzi qəbilələrində ataların öz qızlarını satmaq hüququ var idi. Qadın aybaşı olduğu zaman onun yanında oturmaz, onunla birgə yemək yeməzdilər. Hətta, qadın mundar olmasın deyə qaba da toxunmazdı.
İlk xristianlar belə qərara almışdılar ki, evlilik kirlənmək deməkdir və ondan uzaqlaşmaq lazımdır. Onlar dedilər ki, qadın şeytanın qapısıdır və onunla əlaqəyə girmək günahdır. Fransızlar miladi təqvimlə 586-cı ildə konfrans keçirmiş, orada qadının insan olub-olmadığı, ruha malikdirmi, əgər ruha malikdirsə, bu ruh insan, yoxsa, heyvan ruhudur və bu kimi məsələləri müzakirə etmişdilər. Sonda isə belə qərara gəldilər ki, qadın insan ruhuna malikdir, lakin təkcə kişiyə xidmət etmək üçün yaradılıb.
Ümumi İngilis qanununa uyğun olaraq qadınlar təxminən, on doqquzuncu əsrin ortalarına kimi şəxslər və qanunla şəxs adlandırılması nəzərdə tutulan vətəndaşlar hesab olunmurdular. Ona görə də onların şəxsi hüquqları yox idi. Qadınlar öz qazanclarında, şəxsi əşyalarında, hətta geyindikləri paltarlarda heç bir haqqa malik deyildilər.
Əksinə, İngilis qanunu miladi təqvimlə, 1805-ci ilə qədər kişiyə öz arvadını satmada haqq tanımışdı. Hətta, arvada satış qiyməti təyin etmişdi. Onu almaq istəyən altı sent ödəməli idi.
Miladi təqvimlə, 1931-ci ildə bir nəfər ingilis öz arvadını beş yüz funta satmışdı. Həmin ingilsin vəkili onu müdafi edərək demişdi ki, "miladi təqvimlə 1801-ci ildə qəbul olunan İngilis qanunu arvadın razılığı ilə başa çatan satışda arvada altı sent qiymət qoyub". Məhkəmə isə cavabında müdafiə tərəfinə bildirdi ki, həmin qanun miladi təqvimlə, 1805-ci ildə qadınların satışını və onların alçaldılmasını qadağan edən yeni qanunla ləğv edildi. Məhkəmə müşavirə etdikdən sonra öz arvadını satan şəxsə on ay həbs cəzası verdi.
"İslam mədəniyyəti" jurnalının ikinci illik toplusunda (səh 1078) belə deyilir: "Keçən il bir nəfər italyan öz arvadını başqa biri kredit yolu ilə satmışdı. Alıcı kreditin son hissəsini ödəməkdən boyun qaçırdıqda satan onu öldürmüşdü".
Professor Məhəmməd Rəşid Rza (Allah ona rəhmət etsin!) deyir: "Qəribə burasındadır ki, bu günlərdə bəzi İngiltərə mətbuatı hələ də ingilis kəndlərində kişilərin öz qadınalarını dəyərsiz bir qiymətə satdığını xəbər verir". Professor bu sözləri "Hicaba qayıdış" əsərindən (2/41-47) sitat gətirmişdir. Mən onun bəzi sözlərini ixtisar etdim.
Amerikada oxuyan tələbələrdən biri bildirir ki, amerikanlar bir xalq kimi öz arvadlarını müəyyən bir müddətə qədər dəyişdirirlər. Sonra hərə borc müvvəqqəti verilmiş öz arvadını tamamilə geri qaytarırlar. Bizim ölkələrimizdə bu əməlin bənzəri yalnız kəndli və ya şəhərlinin öz evindən bir əşyanı başqasına borc verməsi kimi ola bilər.
Çinlilərdə və farslarda qadının tarixi şəraiti olduqca acınacaqlı idi.
Bu, qeyri-müsəlman olan millətlərdə qadına verilən qiymətin təzahürüdür.
İslam isə qadını düşdüyü çirkabdan dartıb çıxartmış, zülmətin, qaranlığın, rəzilliyin, əsarətin kabuslarından xilas etmişdir. Beləcə, istər ana, istər bacı, istər arvad, istərsə də qız övlada lazimi dəyəri vermişdir. Heç bir mədəniyyətdə İslamın qadına verdiyi dərərin bənzəri yoxdur.
Uca Allah yeddi qat səmanın üzərindən qadının insan kimi var olmasına icazə verdi. Allah təala buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır". (əl-Hucurat, 13)
Qadının öz insanlığını sübut etmək üçün konfranslar keçirməyə ehtiyac yoxdur. Allah və Onun elçisi bunu bəyan etmiş, müsəlmanlar da iman gətirmişlər. Onun hicrət etmək, müsəlmanlardan kömək və dəstək görmək kimi haqları var. Allah təala buyurur: "Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin! Allah onların imanını çox gözəl bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır". (əl-Mumtəhinə, 10)
Uca Allah mömin kişi və qadınlara etmədiklərə işlərə görə əziyyət verməyin haram olduğunu bildirmişdir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər". (əl-Əhzab, 58)
Uca Allah mömin kişi və qadınlara öz dinlərindən döndərmək üçün əzab əziyyət verən kəsləri cəhənnəm əzabı ilə qorxudur: "Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan atəş əzabı gözləyir". (əl-Buruc, 10)
Allah təala Öz elçisinə əmr etmişdi ki, həm özü, həm də müsəlman kişi və qadınlar üçün Allahdan bağışlanma diləsin. Belə ki, uca Allah buyurur: "Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə! Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir!" (Muhəmməd, 19)
Əgər İslamın düşmənləri qadının İslamda sahib olduğu mövqeyi bilmək istəsələr, onun üçün hazırlanan cənazəyə və cənazə namazına baxsınlar. Yüz minlərlə insanın mübarək iki məsciddə sıralar düzərək mömin qadın və ya uşaq üçün cənazə namazı qılmaları kafir və münafiqləri dəhşətə gətirər.
Bu, İslamın mömin qadına bəxş etdiyi məziyyətlər. Öz düşüncələri ilə qadına həddən artıq dəyər versələr belə, bu məziyyətlərin nə təhrifə uğramış və uyrdurulmuş dinlərdə, nə də ki, saxta qanunlarda rast gəlinməsi qeyri-mümkündür. Əksinə, yahudi və xristianların əlincə cəmləşən müasir mədəniyyət qadını iyrənc bir alətə, ucuz bir əşyaya çevirmiş, onu iş yerlərində, bazarlarda, geyimlərin nümayişində, qəzet və jurnallarda kişilərin əyləncəsi etmişdir. Həmin qəzet-jurnallarda paltarsız və biabırçı qadın şəkilləri olduqca çoxdur. Pis əməl sahibləri bu rüsvayçı və iyrənc görüntülərlə əyləncəyə və həzzə dalarlar. Bəlkə də statistika qeyri-qanuni hamiləlik və doğum hallarının sayını verməkdə çətinlik çəkir.
Bütün bunlar qadına can yandırdığını, ona hüquqlar tanıdığını, onun azadlığını və bərabərliyini təmin etdiyini iddia edən qanunların mövcudluğu nəticəsində həyata keçir.
Bu qanunların, habelə yaradan və hikmət sahibi olan Allahın özündə Kitab və Sünnəni ehtiva edən şəriətinə qarşı müharibə aparan təşkilatların dəsdəklədiyi pisniyyətli mediyanın da bu məsələdə böyük təsiri var. Allahın şəriəti istər kişi olsun, istər qadın – hər kəsə şərəflə, ədalətlə və insafla öz haqqını vermişdir.
Bu təşkilatlar və qanunlar müsəlman ölkələrində dünyəviliyi, parlament sistemini və anarxiyanı dəstəkləyənlərin can atdıqları vasitələrdir. Bu insanlar müsəlman qadını ölümcül bataqlığa soxmaq istəyirlər.
İslam dini hər bir kişi və qadına ədalətlə, dürüst ölçü ilə öz haqqını vermişdir. Belə ki, kişilərə öz kişilik xüsusiyyətlərinə, güclərinə, düşüncələrinə, təhlükələrə qarşı hazır olmaq, çətinliklərə sinə gəlmək bacarığına və Allahın bəxş etdiyi fitrətlərinə uyğun haqlar tanımış, boyunlarına öhdəliklər qoymuşdur. Həmçinin, qadınlara öz qadınlıq xüsusiyətlərinə, gücsüzlüklərinə, kişilərdən ağıl və gücdə geri qaldıqlarına, habelə təhlükələrə və çətinliklərə qarşı hazır olmaqda zəif olduqlarına uyğun haqlar tanımış, byunlarına öhdəliklər qoymuşdur.
Müsəlmanlar kişi və qadın olaraq bu ilahi, hikmətli və rəhimli şəriətə razı olmuş və onu müsəlman əqidəsinə xas olan bir məsələ hesab etmişlər. Kim ondan üz döndərərsə, mömin olmaz, Allah və Rəsuluna düzəlişlər etməyə çalışan insan hesab olunar. Allaha, Onun elçilərinə və kitablarına iman gətirən möminlər isə bu azğınlığa düşməzlər.
İslam dini bu uyğunsuzluğu nəzərə almış, ayrı-ayrılıqda hər bir kişi vəqadına, ümumumilikdə isə Allahın haqlarından sonra, bir-birilərinə qarşı münasibətlərində hüquq və öhdəliklər tanımışdır. Allahın bütün kişi və qadın qulları üzərindəki haqqı, yalnız Ona ibadət etmələri, Ona heç bir şeyi şərik qoşmamaları, habelə İslamın və imanın bilinən ərkanlarını yerinə yetirmələridir. Valideynlərə xoş davranmaq, qohumluq əlaqələri saxlamaq, yaxşı işləri əmr edib, pis işlərlərdən çəkindirmək və bu kimi işlər kişi və qadınlar arasındakı müştərək haqlardır.
Kişilərə xas olan öhdəliklərdən bunları misal göstərmək olar:
Allahın kəlməsinin uca olması, İslamın yayılması və müsəlman torpaqlarının qorunması üçün canı və malı ilə Allah yolunda vuruşmaq;
Məscidlərdə cümə və camaat namazları qılmaq;
Öz xanımlarının bilinən qaydada məsrəflərini ödəmək, geyim və mənzillə təmin etmək; Bu, pul, güc və fiziki qüvvə sərf edilən mühüm işlərdir. Bəzi qadınların könüllü məşğuliyyətlərini nəzərə almasaq, bu işlər qadına xas olmayan öhdəliklərdir.
Ordunun təşkili; Ordu qadınlardan deyil, yalnız kişilərdən təşkil olunur:
Kişilərin qadınlardan üstün olduqları bəzi qanuni haqlar aşağıdakılardır:
1. İdarəçilik; Allah təala bu haqda buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar". (ən-Nisə, 34)
2. Kəbin zamanı qadına vəlilik (qəyyumluq) etmək; Bu məsuliyyət yalnız kişilərə məxsusdur. Qadın nikah zamanı nə özünə, nə də başqa birinə vəli ola bilməz.
3. Oğlan uşağı doğularkən Allaha şükr əlaməti olaraq iki qoyun, qız uşağı doğularkən isə bir qoyun kəsilir. Göründüyü kimi, kişi bu məsələdə də qadından üstündür.
4. Kişilərin miras işlərində üstün olması; İstər qız övladı olsun, istər bacı, istər ana, istərsə də arvad, qadın mirasdan kişiyə düşən payın yarısını alar.
5. Qan bahasında kişi ilə qadın arasında fərq var. Belə ki, qadının qan bahası kişinin qan bahasının yarısı qədərdir.
6. Kişi şahidlikdə də qadından üstündür. Belə ki, bir kişinin şahidliyi iki qadının şahidliyinə bərabərdir. Cinayət hadisələri kimi, qadının şahidliyinin qəbul olunmadığı məqamlar da var.
7. Rəhbərlik, idarəçilik, qazilik, qoşun başçılığı, ümummilli işlərə nəzarət yalnız kişilərə xas olan vəzifələrdir.
8. Kişilər dörd arvad ala bildiyi halda, qadınların bir nəfərdən artıq əri olması qadağandır. Bu hal axirətdə də eynidir.
İslam dini qadının yerinə yetirməsi vacib olan öhdəliklərdən daha çox ona haqlar tanımışdır. Ağır və çətin olan öhdəliklər, o cümlədən maddi və fiziki əmək sərf etmək yalnız kişilərə vacib olan işlərdir. Qadınlar isə bu kimi işləri yerinə yetirmək məsuliyyətini daşımırlar. Keçmişdə və ya indiki dövrdə elə bir quruluş varmı ki, qadına belə hüquqlar tanısın?!
Qadına öhdəlikləri isə aşağıdakılardır:
1. Allaha qarşı günah işlətməkdən başqa qadın öz ərinin bütün əmrlərinə tabe olmalıdır. Ərin öz arvadı üzərindəki haqqı qadının valideynlərinin onun üzərində olan haqqından çoxdur.
2. Evə və ailəyə qayğı göstərmək; Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qadın öz ərinin evində bir qoruyucudur və qoruduğu şeylərə görə məsuliyyət daşıyır”.
3. Ərinin icazəsi olmadan nafilə oruclar tutmamaq;
4. Ərinin icazəsi olmadan evə başqasının girməsinə icazə verməmək;
5. Ərinin icazəsi olmadan evdən bayıra çıxmamaq;
6. Öz dinini və namusunu qorumaq;
Qadının kişi üzərində bir qisim haqları da mövcuddur. Bunlardan bəziləri:
1. Kişi izdivac üçün qadına mehr ödəməlidir.
2. Bilinən miqdarda onun lazımi xərclərini ödəməlidir.
3. Onu geyim və mənzillə təmin etməlidir.
4. Ona qarşı şəriətə uyğun davranmalıdır.
Eyni zamanda kişi öz arvadına xoş münasibət göstərməli, ona gözəl adlarla xitab etməli, danışığına hörmət etməli, ona qarşı gözəl əxlaq nümayiş etdirməlidir.
Öz növbəmdə mən də kişinin qadından üstün olması inancında olmağıma baxmayaraq, istər ana olsun, istər qız övladı, istər həyat yoldaşı, istər bacı, istərsə də yaxın qohum, bütün qadınlara hörmət bəsləyirəm.
Bütün müsəlmanlara da məsləhət görürəm ki, qadına hörmət etsinlər, gözəl davransınlar, ona qarşı həmişə xoş niyyətdə olsunlar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müsəlmanlara qadına qarşı bu cür münasibətdə olmağı tövsiyə etmiş, cahiliyyətin tapdaladığı, İslamın isə geri qaytardığı qadın haqlarını onlara öyrətmişdi.
Eyni zamanda, Allahın elçisi (ona Allahın salavatı və salamı olsun!) qadına da kişinin haqlarını bilməyi və bu haqları Allahın şəriətinə uyğun şəkildə yerinə yetirməyi tövsiyə etmişdir. Həmçinin, hər iki tərəfə Allahın və digər insanların haqlarını yerinə yetirməyi, öhdəliklərini həyata ekeçirməyi tövsiyə etmişdir ki, həm qadın və kişi, həm də ailələr və ümmət səadətə qovuşsun, onların dünya və axirət həyatları yaxşılaşsın.
Hicri təqvimlə, 1424-cü ilin Zil-qadə ayının 22-sində çərşənmə axşamı günü çapdan çıxan “Əl-Mədinə” qəzetində “Səudiyyə Ərəbistanı Krallığının bir neçə qadın yazarlarının qadın toplantısı” başlığı altında nəş olunan məqaləsi ilə tanış oldum. Bu toplantıda onların İslam adı ilə bəzi tələbləri oldu. Çıxışlar ərzində ayələr, hədislər və böyük səhabə qadınların (Allah onlardan razı olsun!) həyatlarına baxmaq fikirləri qeyd olundu. Mənim onlara qarşı bəzi iradlarım var. Lakin bu iradların hamısı qeyd etməyə imkan yoxdur. Ancaq yenə də bunların bəzilərini sizin nəzərinizə çatdırıram.
Birincisi, ümumi ifadələr işlədir, yüksək tələblər irəli sürürdülər. Məsələn;
1. Ədalətlilik, haqlar və müxtəlif bərabərlik tələbləri;
2. Azadlıq və müstəqillik;
3. Dində gizli qalan insan haqlarına dair məqamları üzə çıxarmaq və onları şəriət, eyni zamanda qanunlar çərçivəsində tətbiq etmək;
4. Bərabər udarəçilik və mütənasib münasibətlər tələbləri;
5. Kişinin qadın üzərindəki söz sahibliyini və üstünlüyünü qadın üçün şərəf deyil, bir xidmət və yük hesab etmək;[1]
6. Onlar biri bunları söyləmişdi: “Qadınların öz hüquqlarını bilməmələri, bu hüquqlara etinasız yanaşmaları və onlarla ayaqlaşmamaları haqda söhbət açan silsilə yazıların müəllifi olduğum üçün özümü kişi oxucular tərəfindən ən çox hücuma məruz qalan kəs hesab edərdim. İslamdan xəbərsiz olanlar və qadını yalnız kişinin tabeliçiliyindəki bir varlıq hesab edənlər çoxdular. Qadın kişiyə tabe deyil, əksinə o, istər hüquq, istər öhdəlik, istərsə də digər baxımlardan kişi ilə bərabərdir…”
7. Fikirləri qadın haqları mövzusuna cəmləmək, kişi haqları mövzusuna isə ötəri baxmaq;
8. Guya qadınların zülmə məruz qaldıqları; Qadınların isə kişilərə əziyyət vermələri mövzusuna toxunmamaları;
9. Onların bəzilərinin alimlərə böhtan atmaları; Məsələn iştirakçılardan biri belə demişdi: “Mən elə hesab edirəm ki, ictihadların əksəriyyəti seçilmiş dəlillərə əsaslanır. Bu o deməkdir ki, biz istədiyimizi seçirik”.
Qadınların öz haqları vardır və onlar bu haqları tələb etməli və elə düşünməməlidilər ki, cəmiyyət və adətlər onları zəncirləmiş və boğmaq üçün boğazlarına kəndir keçirmişdir.
Xüsusilə, bəzi dini çıxışlar adət-ənənələrlə mütənasiblik təşkil edən bəzi Quran ayələrini və hədisləri seçərək qadının kişidən aşağı olduğunu və hər zaman kişinin qəyyumluğu altında olmasının vacibliyini sübut etmək istəyirlər. Bu, həmin qadın toplantısında çıxış edənlərin bütününü təşkil etməsə də, bəzilərinin ötəri qənaətidir. Bu ötəriliyə bir qədər aydınlıq gətirməyə vaxt çatmayacaq. Lakin buna baxmayaraq, mühüm olan bəzi məsələlərə aydınlıq gətirməyi məqsədəuyğun hesab etdim. Onu da qeyd edim ki, İslamın kişi və qadına tanıdığı haqları və verdiyi dəyəri heç bir əlavəsiz və nöqsansız, sizə çatdıracağam. Elə hesab edirəm ki, sağlam düşüncələr və doğru səmtdə olan fitri hisslər bu şərii buyuruqlara hörmət edir, onları ədalətin və insafın siması kimi görür. Həmin bu düşüncələr həqiqətən də hikmətlə dolu olan şəriətin qarşısında cansızdır. Çünki şəriət hikmətin və ədalətin ən son mərhələsinə çatmışdır.
Toplantı iştirakçılarının tələblərindən aydınlıq gətirmək istədiyim məsələlər bunlardır:
1. Kişi və qadınlar arasında hüquq və öhdəlik vərabərliyi;
2. Allah təalanın buyurduğu və müsəlmanların dinin bir hissəsi kimi inandığı üstünlük prinsipi; Onun səbəblərinin izahı;
3. Alimlərin dəlilləri seçilərək götürülənlərdirmi?
4. Təkcə qadınlarmı haqsızlığa məruz qalır?


Tarix: 05.05.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Maraqlı melumatlar
loading...