Cəhənnəm əhlinin müxtəlif səviyyəli olması ilə əlaqədar onun hərarətinin dərəcəsi də fərqlidir. O bir təbəqədən ibarət deyildir. Cəhənnəm əhlinin ən ağır əzaba düçar olunanları onun ən aşağı təbəqəsində olacaqlar və bunlar da Allah-taalanın qeyd etdiyi kimi münafiqlərdir. «(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir...».
Bu təbəqədən üstdə nisbətən yüngül təbəqə yerləşir və bu qayda ilə Cəhənnəmin ən yüngül təbəqəsinə çatırıq. Cəhənnəmin hər bir təbəqəsində onun sakinlərinin bu dünyadakı küfr, günah və asi əməllərinə uyğun müxtəlif fiziki və mənəvi əzablar vardır. Cəhənnəmdə get-gedə aşağı endikcə onun hərarəti yüksəlir, atəşi daha da güclü alovlanmağa başlayır. Artıq Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) əzabın belə müxtəlif dərəcəli olmasını bizlərə belə təsvir etmişdir: «Cəhənnəm [öz sakinlərinin] bəzilərini topuqlarına, bəzilərini dizlərinə, bəzilərini bellərinə və bəzilərini isə körpücük sümüklərinə qədər çulğalayacaqdır». Hədisi Müslim rəvayət etmişdir.
Tarix: 04.05.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar