İbn Kəsir (rahiməhullah) ‘əl-Bidəyə van Nihəyə’ kitabında buyurur:
- Adəmin neçə il yaşaması ixtilaflıdır. Fəqət, ibn Abbasdan və Əbu Hureyradan (radıyAllahu anhumə) gələn səhih rəvayətə görə, Lövhul Məhfuzda Adəmin yaşı min il yazılmışdır.
Bu xəbər, Adəmin Tövratda göstərilmiş 930 il yaşı ilə zidd deyildir. Əgər onların söylədikləri Rasulullahın (SallAllahu aleyhi və səlləm) səhih hədisdə bizə bildirdiyi məlumata ziddirsə, onların bu məlumatı bizə görə məqbul deyildir.
Fəqət, biz onların dedikləri ilə bu hədisdə deyiləni cəm edə bilərik. Əgər həqiqətən də, Tövratda deyilənlər təhrif olunmamış məlumatdırsa, bu Adəmin Cənnətdən qovulduqdan sonra Yer üzündə yaşadığı illərin sayıdır. Bu Günəş təqvimi ilə 930 il, Ay təqvimi ilə isə 957 il edir. Yerdə qalan 43 il isə Adəmin Cənnətdə yaşadığı müddətdir. Bu İbn Cəririn və digər alimlərin görüşüdür. Beləliklə də, illərin sayı min il edir.
[Şeyx Səlim ibn Eyd əl-Hiləli, ‘Sahih Qasasul-Ənbiyə’ kitabı (Elektron variantda səh. 44)]
___________
əz-Zubeyr
Tarix: 08.04.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar