Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar

sual-
assalamu aleykum.
Tövbə bütün günahları silirmi?

cavab-
va aleykum salam.
Əlbəttə ki silir.
Bu barədə Saleh Fouzan al Fouzan adlı alimə sual vermişdilər.
İstəyirəm sizdə bu sualın cavabını oxuyasınız.

sual-«Peyğəmbər (s.ə.s)-dən bir hədis eşidmişəm, dəqiq ləfzini yada sala bilmirəm, amma mənası belədir : «Əgər insanlar günah işlədməsələr və bağışlanma diləməsələr, Allah başqa günah işlədib bağışlanma diləyən insanlar yaradar» Əgər bu hədis səhih olaraq Peyğəmbər (s.ə.s)-dən rəvayət olunubsa, bunun mənası nədir? Burada nəyə işarə olunur?

cavab- Hədisi imam Suyuti «Camius Sağir» kitabında ibn Abbas (r.a)-dan «Əgər siz günah eləməsəniz, Allah sizi yox edər, yerinizə günah edən qövm yaradar» (bu hədisi imam Muslim «Səhih» əsərində Əbu Hureyrə (r.a)-dan rəvayət etmişdir) Başqa bir rəvayətdə : «Sonra onlar günahlarının bağışlanmasını dilərlər, Allah da onları bağışlar» bu əlavə İmam Əhmədin «Musnəd»-indədir. Sonra İmam Muslimin tövbə babında Əbu Eyyubdan «Əgər siz günah etməsəniz, Allah günah edən, sonra onları bağışlayan bir qövm yaradar»
Hədisin mənası zahirdədi. Hədisdən görünür ki, Allah Sübhanahu və Təala qullarından Öz fəzilətini və Bağışlayan (Ğaffar və Ğəfur) sifətlərinin təsirini göstərmək üçün Ondan bağışlanma diləməklərini və Özünün də onları bağışlamasını sevir. Necə ki, bir ayədə Uca Allah belə buyurur: «(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: 'Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! » (Zümər surəsi, 53-54) Hədis özlüyündə iki əzəmətli məsələyə dəlalət edir:
Birincisi: Həqiqətən Allah Sübhənəhu və Təala Bağışlayandır, bağışlamağı sevir.
İkincisi: Bu hədisdə tövbə edənlərə tövbələrinin qəbul olunmasında və günahlarının bağışlanmasında müjdə var. İnsan ümüdünü Allahdan kəsməməlidir və günahlarına davam etməyi tərk etməlidir. Onlar Allaha tövbə etməli və günahlarının bağışlanmasını diləməlidirlər. Çünki Allah onlara tövbənin qapısını açıb. Hədisin mənası budur.
Sonra bu hədisdə insana olan təəccübün qırılması var. Yəni insan özünə və əməlinə təəccüb edib heyrətlənməməlidi. Çünki o xəta və nöqsan içindədir. Əksinə o tövbə etməlidi bə təqsirlərinə, xətalarına görə bağışlanma diləməlidi. Və elə zənn etməməlidir ki, onun ibadəti kamildir və onun bağışlanma diləməyə ehtiyacı yoxdur. Və bilmək lazımdır ki, Allah qulların Ondan bağışlanma diləyib tövbə etmələrini sevir. Necə ki, imam Əhmədin «Müsnəd»-ində Ənəs ibn Malikdən rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) buyurur: «Hər Adəm oğlu xəta edəndir, ən xeyirli xəta edənlər tövbə edənlərdir» Bu o demək deyil ki, Allah qullarından günah eləmələrini istəyir və ya bunu sevir. Allah küfrü sevmir, ondan razı deyil, asiliyi də sevmir. Lakin Allah sevir ki, qulların günah işlədikdə, asi olduqda Ona tövbə etsinlər və Ondan bağışlanma diləsinlər. Hədisin mənası budur.


Tarix: 07.04.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 333 Bölmə: Maraqlı melumatlar
loading...