Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BƏNDƏ SEVDİYİNİ ƏN UCA SEVDİYİ ÜÇÜN TƏRK EDİR

İnsan sevdiyi bir şeyi ondan da böyük istədiyi bir şey üçün tərk edir. Lakin az sevdiyini çox sevdiyi üçün tərk edir. İki əməldir. Biri az sevimlidir, digəri isə daha çox sevimlidir. Lakin az sevimli olanı çox sediyinə görə digərini ona görə tərk edir. Həmçinin insan bəzən xoşlamadığı şeyi də tərk edir.

Hər bir nəfs malı sevir. İnsanın təbiətində bu vardır. Buna görə də sədəqə vermək də nəfsə ağırdır. Lakin insan Allahı daha çox sevdiyinə görə bunu edir. İnsan malı sevir. Lakin Allahı daha çox sevdiyi üçün onu Allah rizası üçün çıxardır. Bu da onun imanının sadiqliyinə dəlalət edir. Əgər iman onda olmasaydı sədəqə çıxarmazdı. Həmçinin də bu ağlın xüsusiyyətlərindəndir ki, insan iki sevimlidən ən üstün sevdiyini seçsin və ya iki xoşlamadığı işdən daha yüngül olanı seçsin. Bu da sevginin və nifrətin güclü olmasının kamilliyindəndir. Bu da iki işlə kamilləşir (tamamlanır).

1) İnsanın dərk etməsinin güclü olmasına görə.
2) Qəlbin şücaətinə görə.

İnsanın iki sevimli şeydən ən sevimlini etməməsinə və ya iki xoşlamadığı işdən daha yüngül olanı seçməməsinə səbəb iki şeyə görədir. O, şeyin nə dərəcədə sevimli olduğunu, üstün olduğunu dərk etmədiyinə görə və ya dərk edib lakin nəfsində, qəlbində olan acizliyinə görədir. Daha xeyirli və yararlı olanı üstün tutmağa qadir deyildir. Əgər insanın dərk etmək qabiliyyəti və qəlbində şücaət olarsa bununla o, kimsə səadətin səbəblərinə müvəffəq olar. İnsanlardan elələri də vardır ki, onun şəhvətinin gücü ağlının, imanının gücündən daha güclüdür. Şəhvəti ağlını üstələyir və bu zaman güclü zəifə qalib gəlir. Elələri də vardır ki, imanı şəhvətini üstələyib. Görürsən ki, həkim öz xəstəsini filan-filan yeməkləri yeməkdən çəkindirir. Lakin insanın şəhvəti (nəfsi-istədiyi) ağlına güc gələrək o, yeməklərdən yeyir. Belə bir insanı şəxsiyyəti itən insan adlandırırlar. Qəlbi xəstə olanlar da belədir. Onlar da nəfsi istəklərinə görə xəstəliklərini artıran şeyləri üstün tuturlar. Şərin əsası da elə idrakı (dərk etməyin) aşağı olmasına və nəfsin zəif olmasına görədir. Xeyrin əsas mənbəyi isə idrakın kamil və nəfsin də güclü olmasındandır. Deməli sevgi və iradə hər bir şeyin mənbəyidir (əsasıdır). Hər bir tərk etməyin də əsası nifrət və xoşlamamaqdır. Bu iki şey sevgi və nifrət insanın xoşbəxtçiliyinin və bədbəxçiliyinin əsasıdır. İnsanın səadəti Allah üçün sevib nifrət etməyə görə buna bağlıdır. Həmçinin də insanın əməli onun sevgi və iradəsinin əməlinə bağlıdır.

Bəzən görürsən ki, insanlar ləzzət almağı qəsd edirlər. Lakin bu ləzzətin ardınca nə kimi ağrıların gəldiyini isə düşünmürlər. O, kimsə bilmədiyi yerdən nəfsinə ağrı gətirir. Elə zənn edir ki, onun hasil olması ilə ləzzət tapacaq. Elə şeylə qəlbinə şəfa gətirmək istəyir ki, onun ardınca qəlbinə sonsuz xəstəlik gəlir. Bu da baxışları qısa olanların fikirləridir. O kimsələr ki, baxışları yalnız bu dünyayadır. Dünyanı axirətdən üstün tutanların işi belədir. Onlar işi tuturlar ki, burada ləzzət vardır, lakin aqibətini fikirləşmirlər. Ağlın xüsusiyyəti isə aqibəti fikirləşəndir. İnsanların ən ağıllıları da axirəti (əbədi ləzzəti) bu fani dünya ləzzətindən üstün tutanlardır. Səfeh insan isə əbədi bir neməti dünyəvi şeylərə dəyişəndir. Dünyada olanlar isə tez qurtarandır.

Sələflər deyirlər: "Mən ağıllı insanların səy etdikləri şeylər barəsində fikirləşdim. Fikirləşdim ki, ağıllı insanlar nə kimi şeylərə səy göstərirlər. Gördüm ki, bunların istəkləri birdir. Lakin əldə etmək yolları müxtəlifdir. Mən gördüm ki, onların hər biri dərdlərini, qəmlərini, kədərlərini uzaqlaşdırmaq üçün səy göstərirlər. Gördüm ki, kimisi bu dərd-qəmi özündən yemək-içməklə, kimisi ticarət və qazanmaqla. kimisi şəhvətini söndürməklə, kimisi evlənməklə, kimisi musiqi ilə, kimisi oyun, əyləncə ilə uzaqlaşdırır. Bunların tələb etdikləri ağıllı insanların istədikləri şeylərdir. Lakin bu yollardan heç biri onları o, istədikləri şeyə çatdırmır. Bunların çoxu o, şeyin ziddidir. Mən bu yolların içərisində o şeyə çatdıran yalnız bir əməl gördüm. Allaha yönəlmək, Allahın razılığını hər bir şeydən üstün tutmaq. O, şeylərdə ləzzət olsada onlar ani keçici şeylərdir. Yenə də bunların ardınca qəm-kədər, bədbəxtçilik gəlir. Əgər insan iman yolunu tutarsa, o, uca bir şeyi əldə edər. Əgər bəndə üçün bu iman hasil olarsa, demək hər bir şey onun üçün hasil olmuşdur. Əgər bu yoxa çıxarsa, onda hər bir şey də boş şeydir. İnsanı bu xoşbəxtçiliyə, səadətə çatdıran bu bir yoldur. Əgər insan bu şeyi yeməkdə, içməkdə, şəhvətdə axtararsa onda o, kimsə heyvandan heç bir şey ilə fərqlənmir. Hətta heyvan bu işlərdə ondan üstündür. Çünki, heyvandan çox yeyən, içən, yatan və həmçinin şəhvətdə də heyvandan çox məşğul olan yoxdur. İnsan mütləq fərqlənməlidir; "Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik". (ən-Nəhl 97). Hamı xoş həyat axtarır. Kafir, fasiq, mömin və s. Lakin Allah xoş həyatı imanda və saleh əməldə qoymuşdur. Belə bir insan xəstəlik anında da, müsibətdə də xoş həyat içindədir. Bu da yalnız möminə xasdır.

Sevilən İki Qismdir:
1)Öz-özlüyündə sevilən.
2) Başqası üçün sevilən.

Allahdan qeyri sevilən hər bir şey başqası üçün sevilən adlanır. Özlüyündə sevilən Allahdan başqa heç kəs yoxdur.Uca Allahdır ki, özlüyündə sevilir. Allahdan qeyri sevilən hər bir şey və ya hər bir kəs bu məhəbbətə tabedir. Allahın mələklərini, peyğəmbərlərini, salehlərini sevmək Allaha olan sevgiyə bağlıdır. Allahın tələb etdiyi sevgidir ki, əgər Allahı sevirsənsə mələklərini, peyğəmbərlərini də sevməlisən. Allahı sevmək onun sevdiyi şeyləri də sevməyi tələb edir. O şeylər özlüyündə müstəqil olaraq sevilmir. Allah sevir deyə sevirik. Bil ki, zatına görə sevilən yalnız tək olan Allahdır. İnsanda nifrət Allahın sevdiyi şeylərə zidd olduğuna görə artır. O şeylər ki, Allahın sevgisinə müxalifdir, Allah sevmir, nə qədər nifrət edirsə sən də bir o, qədər də ona nifrət etməlisən. Bir var fasiq müsəlman, bir də var kafir. Kafir nifrət olunmalıdır. Çünki, kafirdə sevilən bir yer yoxdur. Əksinə ona nifrət edilir. Fasiq müsəlmana isə onun asiliyinə görə nifrət edilir, imanına görə isə sevilir. Bu da düzgün və ədalətli bir tərəzidir ki, bununla dost və düşmən bilinir. Elə bir kimsə vardır ki, Allahın xoşlamadığını sevir, Allahın sevdiyini isə xoşlamır. Artıq bilirik ki, bu kimsə Allahın düşmənidir. Elə kimsələr də vardır ki, Allahın sevdiyini sevir, xoşlamadığını isə sevmir. Belə bir kimsə Allahın dostlarındandır. Allahın dostluğuna çatmaq da nədən ibarətdir? Allahın sevdiyi şeylərə müvafiq olmaq, onun qəzəbləndiyi şeylərə müxalif olmaq.

İbn Teymiyyə deyir: "Sevən və nifrət edilən üç yerə bölünür. 1) Bütövlükdə sevilən mömin. 2) Bütövlükdə nifrət edilən kafir. 3) Yarı sevilən və nifrət edilən fasiq müsəlman.

Allahdan Qeyri Sevilən Də İki Qismdir:

1) Sevən sevdiyinə çatdığına görə ləzzət alır.
2) Onunla ağrı çəkir lakin o, ağrıya sevdiyinə çatdığına görə dözür.
Bunun da misalı xoşlamadığı dərmanı içən insana bənzəyir ki, dərman xoşuna gəlməsə də belə sonda şəfa olduğuna görə içir; "(Allahın düşmənlərinə qarşı) vuruşmaq xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz biməzsiniz". (əl-Bəqərə 216).
Allah bu ayədə bizə xəbər verir ki, döyüşmək xoşunuza gələn bir şey deyildir. Lakin bu döyüşmək onlar üçün xeyirlidir. Nəyə görə? Daha mənfəətli, sevimli bir şeyə çatdırdığına görə. Nəfs isə daima rahatçılığı və arxayınçılığı sevir. Görürsən ki, dünyəvi işlərdə də insanlar onun ardıyca ləzzət gəldiyinə görə ağır və xoşagəlməz işlərə dözürlər. Hətta o ləzzət davamlı olmasa da belə. Buna görə də bu kimi işlər dörddür. 1. Elə bir işdir ki, nəfs də xoşlamır və nəticəsi də xoşa gəlməzdir. 2. Elə bir işdir ki, xoşa gəlməzdir lakin nəticəsi sevimli bir şeyə çatdırır. 3. Elə bir işdir ki, həm xoşa gələndir, həm də nəticəsi də sevimli bir işə çatdırır. 4. Elə bir işdir ki, xoşa gələndir, lakin nəticəsi isə xoşgəlmaz bir şeyə çatdırır. Nəfsə gəldikdə nəfs özünə yaxın olanı istəyir (dünyəvi işləri). Ağıla və imana gəldikdə isə daha mənfəətli olanı və daha əbədi olanı üstün tutur. Qəlb də bunların ikisi arasındadır. Gah buna yönəlir, gah da digərinə. Ağıl və iman daima insanı Hayyə Aləl Fələh – xoşbəxçiliyə çağırır. Buna görə də insanda şəhvət gücləndiyi zaman nəfsinə deyir ki: “Ey nəfs səbr et! Bu çətinliklər müəyyən bir vaxtdır. Sonra qurtaracaqdır". Bu da ağıllı, imanı güclü olan insanın mövqeyidir.


Tarix: 10.04.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 581 Bölmə: Maraqlı melumatlar
loading...