Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlan sancması zamanı ilk yardım

İlan sancması Azərbaycanda nadir rast gəlinən bir hadisədir. Lakin Vətənimizin zəngin fauna aləminə zəhərli ilanların da daxil olduğunu bilərək demək olar ki, ilan sancmasından heç də hər birimiz sığortalanmamışıq. Xüsusilə də rayonda yaşayan, və ya oraya tez-tez səfər edən, otlaqda gəzməyi xoşlayanlara bu məsləhətlər birbaşa aiddir. Sancma zamanı ilanın görünüşünü yadda saxlamaq lazımdır (sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün).
İlan sancmasında toxumaların ödemi(şişməsi) və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) əlamətləri - başağrısı, hərarətin artması, zəiflik, özündəngetmə halları müşahidə olunur.
Təxirəsalınmaz yardım: Xəstə arxası üstə uzadılır. Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər.
Zəhəri sorub çıxarmaq yaxşı fikir deyil, çunki ağızdan zəhər qana keçə bilər. Amma başqa heç bir çıxış yolu yoxdursa, ilan sancmasından dərhal sonra 10-15 dəqiqə müddətində bunu etmək olar. Əgər özünüzlə kiçik banka götürmüşsünüzsə, onun içində kibriti yandırıb sonra yaranın üzərinə kip basa bilərsiniz. Bu zaman yaranmış vakuum zəhərin bir hissəsini sorub çixarır. Bankanı 15-20 dəqiqə saxlayın.
Bu tədbirlərdən sonra sancılmış yerə soyuq şey qoyulur, daxilə, əgər varsa, Dimedrol (0.05 qr) verilir.
Sonra xəstə təcili xəstəxanaya (daha yaxşı olar ki, toksikologiya şöbəsinə) çatdırılmalıdır. Burada ona həmin ilanın zəhərinə qarşı serum vurulur və başqa tədbirlər həyata keçırılır.


Tarix: 13.01.2015 / 15:18 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqlı Məlumatlar
loading...