Med.Az-ın news.bbc.co.uk saytına istinadən verdiyi xəbərə görə İngiltərənin “Keele” Universitetinin əməkdaşları tərəfindən aparılan bir tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, insanlar ağrıyan zaman söyüş söydükdə ağrıları azalır.
Tədqiqata rəhbərlik edən Dr.Richard Stephens söyüşlərin mənalarının demək olar ki, bütün dünya dillərində eyni olduğunu bildirərək söyüşün dilin duyğusal bir forması olduğunu qeyd etmişdir.
Həyat yoldaşının doğum zamanı söyüş söydüyünü sonra isə bu hərəkətindən peşman olduğunun şahidi olan Dr.Richard Stephens insanların niyə söyüş söydükləri haqqında tədqiqatlara başlamışdır.
64 könüllü seçərək araşdırmaya başlayan Dr.Richard Stephens könüllülərin əllərini içi buzla dolu olan soyuq suya salmış və soyuqdan əlləri göynəyən insanların reaksiyalarını müşahidə etməyə başlamışdır.
Müşahidə zamanı ağrıdan söyüş söyməyə başlayan insanlar əllərini digərlərinə nisbətən 40 saniyə daha artıq suda saxladıqları və daha az ağrı hiss etdikləri müəyyən olunmuşdur.
Tarix: 13.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar